Qəzzada körpələrin 92%-i qidadan məhrumdur
Dünya 01 May 2025, 16:00

508
Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlərin Koordinasiya Ofisi (OCHA) işğalçı İsrailin Qəzza zolağında davam edən hücumları, blokadası və sərhədlərinin bağlanması səbəbiylə fələstinli körpələrin 92 faizinin əsas qidalardan məhrum olduğunu açıqlayıb.
CityPost.az xəbər verir ki, OCHA-nın işğal altındakı Fələstin ərazilərindəki nümayəndəsindən verilən yazılı açıqlamada, İsrailin sərhəd qapılarını bağlaması səbəbiylə ölkəyə yardımın daxil olmaması səbəbindən aprel ayında aclıqdan əziyyət çəkən, xəstələnən və qida çatışmazlığından müalicə alan uşaqların sayının əvvəlki aya nisbətən 80 faiz artdığı bildirilib.
Açıqlamada qeyd olunub ki, 6-24 aylıq körpələrin yüzdə 92-si anaları ilə birlikdə əsas qida ehtiyaclarının minimum səviyyəsinə belə çata bilmir.
Bu vəziyyətin körpələr üçün ömür boyu ciddi sağlamlıq risklərinə səbəb ola biləcəyi xəbərdarlığı edilən açıqlamada, Qəzza zolağındakı fələstinlilərin yüzdə 65-nin təmiz içməli suya çıxışı olmadığı vurğulanıb.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Tramp Roma Papası obrazında şəklini paylaşıb
ABŞ Prezidenti Donald Tramp Roma Papası obrazında fotoşəklini dərc edib.Tramp müvafiq şəkli bu gün “Truth Social” şəbəkəsində paylaşıb.Fotoda o, qızıl suyuna salınmış taxtda oturub və ağ sutana geyinib. Trampın sinəsində böyük qızıl xaç, başında isə dəfnə çələnginin simvolu olan katolik mitrası var.Şəkildə ABŞ Prezidenti şəhadət barmağını yuxarı qaldırıb, adsız barmağında isə üzük var.Qeyd edək ki, Ağ Evin “X” sosial şəbəkəsindəki səhifəsində Trampın paylaşımı dərc edilib....
03 May 2025, 10:18

Almaniya Ukraynada Avropanın əsas səhvinin adını çəkdi
“Sahra Wagenknecht Union – Reason and Justice” partiyasının rəhbəri Sahra Vaqenknext Avropanın Ukraynadakı əsas səhvini münaqişənin sülh yolu ilə həll etmək istəyinin olmaması adlandırıb.
02 May 2025, 23:49

Polşa XİN ABŞ-ın səbrinin sona çatacağı ilə bağlı xəbərdarlıq edib
ABŞ Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda irəliləyişin olmamasına səbrini itirir.
02 May 2025, 23:45

"Apple"-ın xərcləri artdı
Trampın tətbiq etdiyi tariflər təkcə cari rübdə "Apple" xərclərini təxminən 900 milyon dollar artırdı.
02 May 2025, 23:33

Mark Ruttedən alyans dövlətlərinə TƏKLİF
NATO-nun baş katibi Mark Rutte təklif edib ki, alyans ölkələri ÜDM-in 3,5%-ni müdafiəyə və ÜDM-in 1,5%-ni müdafiə ilə bağlı digər xərc maddələrinə xərcləsinlər.
02 May 2025, 23:13

"Almaniya kursunu dəyişməlidir" - Rubio
"Almaniya öz kəşfiyyat agentliyinə müxalifətə casusluq etmək üçün yeni səlahiyyətlər verib".
02 May 2025, 22:59