70 yaşlı məşhur siyasətçi 27 yaşlı qızı ilə görüntüləndi
Dünya 11 Fevral 2026, 16:32
1368
Google-ın keçmiş baş direktoru, texnologiya dünyasının ən varlı simalarından biri olan 70 yaşlı Erik Şmidt İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu zamanı 27 yaşlı alman qadınla birlikdə görüntülənib. Gənc qadının Almaniyada Bavariya əyalətinin baş naziri Markus Zöderin qızı Qloriya-Sofi Burkandt olduğu məlum olub.
Citypost.az-ın məlumatına görə, Almaniyanın “BILD” qəzeti onların sadəcə dost olmadığını, aralarında romantik yaxınlıq olduğunu iddia edib. Şmidt ilə Burkandt arasında 43 yaş fərqi var. Bundan əlavə, Şmidt Burkandtin atası Markus Zöderdən də 21 yaş böyükdür. Zöder Almaniyanın Xristian Sosial Birlik Partiyasının lideri və ölkənin nüfuzlu siyasətçilərindən biridir.
Məlumata görə, cütlük son həftələr ABŞ, Hindistan və Avropanı əhatə edən səfərlərdə birlikdə görünüb və Münhen Təhlükəsizlik Konfransına da birgə qatılmaları gözlənilir. Şmidtə yaxın mənbə onların “yaxın dost” olduqlarını bildirsə də, ictimaiyyətdə bu açıqlama inandırıcı qarşılanmayıb.
Erik Şmidt 1980-ci ildən Vendi Şmidt ilə evlidir. Cütlüyün münasibətinin qeyri-ənənəvi və açıq formatda olduğu uzun müddətdir müzakirə olunur.
Həmçinin oxuyun
Qloriya-Sofi Burkandt isə modellik edir, kitab müəllifidir və müxtəlif konfranslarda çıxış edir. O, həmçinin uşaqlar üçün mədəniyyət və incəsənət layihələrində fəal iştirak edir və iqtisadiyyat üzrə ali təhsil alıb.
Tərəflər məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Davosda başlayan bu yaxınlığın yaxın günlərdə daha geniş müzakirələrə səbəb olacağı gözlənilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Tramp: İran dondurulmuş aktivlərini almadan nüvə proqramını dayandırmağa razı olub
“İran ABŞ-dan dondurulmuş aktivlərini almadan nüvə proqramını qeyri-müəyyən müddətə dayandırmağa razı olub”.Bu barədə “Bloomberg“ ABŞ prezidenti Donald Trampdan aldığı müsahibəyə əsasən məlumat yayıb.Trampın sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibəyə son qoymaq üçün razılaşma əsasən yekunlaşıb. Uzunmüddətli razılaşma üzrə danışıqların bu həftə sonu baş tutması ehtimalı var."Əsas məqamların əksəriyyəti razılaşdırılıb. Hər şey kifayət qədər tez irəliləyəcək", - Tramp deyib.İran hələ ki, heç bir razılaşmaya, nə də Trampın cümə axşamı günü Tehranın, o cümlədən nüvə proqramının əsas məsələsində güzəştə getdiyi barədə verdiyi açıqlamaya münasibət bildirməyib....
17 Aprel 2026, 21:45
Tramp İsrailin Livanı bombalamasını qadağan edib
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib.Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.Onun sözlərinə görə, İranın nüvə aktivləri ilə bağlı pul mübadiləsi heç bir formada baş tutmayacaq. Belə ki, ABŞ möhtəşəm B2 bombardmançı təyyarələrinin yaratdığı bütün nüvə “tozu”nu götürəcək.“Bu razılaşmanın Livana heç bir şəkildə aidiyyəti yoxdur. Amma ABŞ ayrıca olaraq Livanla işləyəcək və lazımi tərzdə Hizbullah məsələsi ilə məşğul olacaq. İsrail daha Livanı bombalamayacaq. Onların bunu etməsinə ABŞ tərəfindən qadağa qoyulub. Bəsdirin daha!”...
17 Aprel 2026, 18:15
İsrael Kats: "Hizbullah"ın tərksilah edilməsi hərbi əməliyyatımızın əsasını təşkil edir
İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, İsrail Müdafiə Ordusu radikal "Hizbullah" qruplaşmasına qarşı quru əməliyyatı zamanı ələ keçirdiyi Livanın cənubundakı əraziləri nəzarətdə saxlamağa davam edəcək."Report" xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb."Müəyyən etdiyimiz məqsəd - "Hizbullah"ın tərksilah edilməsi - əməliyyatımızın əsas vəzifəsi olaraq qalır", - o bildirib.Kats qeyd edib ki, Litani çayından başlayan təhlükəsizlik zonası hələ də qruplaşma yaraqlılarından təmizlənməyib və bütün mümkün vasitələrlə onun tərksilah edilməsini təmin etməyə çağırıb."Bu, ya siyasi yolla, ya da atəşkəs rejiminin başa çatmasından sonra İsrail Müdafiə Ordusunun hərbi əməliyyatlarını davam etdirməsi vasitəsilə həyata keçirilməlidir", - deyə nazir fikrini yekunlaşdırıb....
17 Aprel 2026, 17:57
Ərdoğan: Müharibələr regionu "barıt qoxusuna" çevirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Dünya 5-dən böyükdür" fikrinin 13 ildir gündəmdə qaldığını bəyan edib.Citypost.az xəbər verir ki, Antalya Diplomatiya Forumunun açılış mərasimində çıxış edən Türkiyə lideri dünyada güc mərkəzlərinin üstünlük təşkil etdiyi bir sistemin formalaşdığı və bunun ədalətsiz olduğunu düşündüyünü bildirib.O qeyd edib ki, bölgədə davam edən müharibələr regionu "barıt qoxusuna" çevirib və bu vəziyyət ciddi narahatlıq doğurur:"Pakistan Prezidenti Şahbaz Şərifin təşəbbüsü ilə əldə olunan atəşkəsdən çox məmnunuq. Münaqişələrin həllində silahlar deyil, danışıqlar əsas rol oynamalıdır. Sülhə aparan yol dialoq və diplomatiyadan keçir"....
17 Aprel 2026, 17:42
Madyar Baş nazir vəzifəsinin icrasına mayın 9-10-da başlayacaq
Macarıstan parlament seçkilərində qalib gələn “Tisa” partiyasının sədri Peter Madyar Baş nazir vəzifəsinin icrasına 9 May - Qələbə Günündə və ya ertəsi gün milli parlamentin qarşısındakı Layoş Koşut Meydanında keçiriləcək mərasimlə başlamağı planlaşdırır.Citypost.az xəbər verir ki, o, dəqiq tarixin Macarıstan Prezidenti Tamaş Şuyok tərəfindən təyin olunacağını bildirib.Madyar qeyd edib ki, dövlət başçısı baş nazir seçkilərinin keçiriləcəyi yeni parlamentin iclasının tarixini müəyyən edəcək:“Prezident əvvəlcə bunu mayın 7-8-də etməyi real hesab etdiyini bildirmişdi. Biz fraksiyalara bunun həftəsonu keçirilməsini təklif etdik, onlar razılaşdılar. Şənbə - 9 May - Qələbə Günü və ya ertəsi gün - bazar gününə planlaşdırdıq ki, mümkün qədər çox həmvətənimiz...
17 Aprel 2026, 17:23
Hakan Fidan: Türkiyə regionda dialoqa vasitəçilik edə bilən ölkələrdən biridir
Bölgədə müxtəlif böhranlar davam edir. Şimalda Rusiya–Ukrayna müharibəsi, Suriya və İranda baş verən proseslər, eləcə də Sudandakı daxili qarşıdurmalar regional sabitliyə mənfi təsir göstərir."Report" xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunun açılış mərasimində deyib.O bildirib ki, bu kontekstdə Türkiyə regionda dialoqa vasitəçilik edə bilən ölkələrdən biridir:"Rəsmi Ankara bölgədə sabitliyin təmin olunması üçün məsuliyyət daşıdığını və bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini bildirir. Regionların müharibə, terror və işğal risklərindən uzaqlaşdırılması əsas məqsədlərimizdən biridir"....
17 Aprel 2026, 17:00