DİN paytaxt və bölgələrdə xüsusi əməliyyatlar keçirib, saxlanılanlar var
Hadisə 06 Sentyabr 2025, 11:22
1830
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi paytaxt və bölgələrdə xüsusi əməliyyatlar keçirib.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi vətəndaşların qanuni mənafelərinin qorunması, paytaxt və bölgələrdə kriminogen duruma nəzarət, o cümlədən odlu silah-sursat əldə edib saxlama, habelə narkotik vasitə və psixotrop maddələrin qeyri-leqal dövriyyəsinin qarşının alınması istiqamətində əməliyyatlar keçirib.
Həmçinin oxuyun
Tədbirlər zamanı cinayət törətməyə meyilli, o cümlədən kriminal həyat tərzinin təbliği ilə məşğul olan, ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb edən və odlu silah-sursat saxlayan 20-dən artıq şəxs saxlanılıb. Onlardan xeyli sayda “Kalaşnikov” avtomatı, “Makarov” və digər markadan olan tapançalar, habelə müxtəlif çaplı patronlar aşkarlanıb.
Həmçinin, Baş İdarə əməkdaşları tərəfindən vətəndaşların narkotiklərin ziyanlı nəticələrindən qorunması, həmin vasitələrin daşınmasının qarşısının alınması, bu işin sərhədyanı bölgələrdə daha da gücləndirilməsi və xüsusən paytaxt ərazisində satışının qarşısının alınması məqsədi ilə də əməliyyatlar keçirilib. Sonuncu əməliyyatlar zamanı ümumilikdə 142 kiloqram müxtəlif adda narkotik vasitə qeyri-leqal dövriyyədən çıxarılıb, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 mütəşəkkil dəstənin üzvləri, habelə qeyd edilən cinayətlərdə təqsirli bilinən 7 şəxs saxlanılıb. Narkotiklərlə əlaqəli başlanan 10 cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Xalq artistinin kürəkəni artistlik edir
Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadənin adının dələduzluqda hallanması barədə xəbər vermişdik.Onun yaxın dostları Qasımlı Boran Fazil oğlu,Qasımlı Sahil Fazil oğlu və Məmmədzadə Məmməd İmran oğlu birlikdə bu əməli törətdiyi iddia olunur.Məlumata görə,R.Qasımzadə qızıl-ziynət ticarəti adı ilə bir neçə şəxsdən külli miqdarda pul alaraq onları aldadıb.Şikayətçilər sırasında Elşən Mahmudbəyli,Mirəli Cəfərov,Pərvanə Cəfərova da var.Məlumata görə,Rüfət Qasımzadənin başqa şəxslərlə də anoloji problemləri var.O,insanları tora salmaq məqsədi ilə dayısının Mərkəzi Univermaqdakı qızıl mağazasını öz obyekti kimi təqdim edirmiş və bu yolla insanları iş qurmaq adı ilə yoldan çıxarırmış.CityPost.az yazıda adı hallanan Rüfət Qasımzadə ilə əlaqə saxlayıb.O,sayta açıqlamasında ziddiyətli fikirlər səsləndirib.Əvvəlcə onun...
03 Noyabr 2025, 15:17
Vəzifəli şəxslər niyə tutulub?
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.CityPost.az xəbər verir ki, əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs saxlanılıb.Saxlanılan Qaradağ Rayon İcra başçısının müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay 28 gün müddətinə həbs edilib.Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin32.5, 311.3.1, 32.5, 311.3.3, 311.3.2, 311.3.3-cü maddələri ilə ittiham edilir....
02 Noyabr 2025, 12:59
İcra başçısı Süleyman Mikayılovun müavini həbs olundu
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb.CityPost.az "Unikal"a istinadla bildirir ki, yoxlamalar nəticəsində rayonun icra başçısının müavini Muradov Nadir Yədulla oğlu həbs edilib. Onun hansı səbəbdən həbs olunduğu hələlik açıqlanmayıb. N.Muradovla bağlı məhkəmə tərəfindən 4 aylıq həbsqətimkan tədbiri ilə bağlı qərar verilib.
01 Noyabr 2025, 23:24
DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı saxlanıldı
Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əməliyyat Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilir.Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir.Əlavə məlumat veriləcək.
30 Oktyabr 2025, 11:24
Astarada hamilə qadın toyundan sonra ölüb
Astarada hamilə qadın toyundan sonra ölüb."Report"un məlumatına görə, hadisə rayonun Deqədi kəndində baş verib.Belə ki, kənd sakini, 2008-ci il təvəllüdlü Ə.İmanovanın dünən toyu olub. Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.İlkin məlumata görə, gəlin köçən Ə.İmanovanın hələ 18 yaşı tamam olmayıb və o, hamilə imiş.Faktla bağlı araşdırma aparılır....
29 Oktyabr 2025, 11:20
Bərdədə minik avtomobilləri toqquşub, 2 nəfər ölüb
Bərdə rayonunun Mehdili kəndində iki avtomobil toqquşub, ölənlər var.Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.Onlar VAZ markalı minik avtomobillərində sıxılmış vəziyyətdə qalan iki nəfərin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
28 Oktyabr 2025, 09:52