Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavab ötürürmüş
Hadisə 12 Dekabr 2025, 19:38
283
Tanınmış təhsil eksperti Kamran Əsədov cinayət məsuliyyətinə cəlb edilib.
CityPost.az xəbər verir ki, ekspert tanışı Gündüz Abbasovla birlikdə qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə hallarına görə ittiham olunur.
Gündüz Abbasov bu iş üzrə həbsdədir. Kamran Əsədov barəsində isə istintaq dövründə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.
İttiham ondan ibarətdir ki, K.Əsədov və G.Abbasov cinayət əlaqəsinə girərək qanunsuz texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara kömək ediblər.
Belə ki, gizli kamera, səsötürücü funksiyalı “vip smart” telefon, nano qulaqlıq, mifi cihazları və digər qurğular əvvəlcədən bir-biri ilə əlaqələndirilib və istifadəyə yararlılığı yoxlanılıb.
Daha sonra həmin avadanlıqlar hazır vəziyyətdə Gəncə və Bakı şəhərlərində keçirilən buraxılış və ali məktəblərə qəbul imtahanlarında asanlıqla nəticə əldə etmək istəyən müxtəlif şəxslərə verilib.
Qurğular isə imtahanda iştirak edənlərin ayaqqabılarında gizlədilib. Bunun üçün əvvəlcə ayaqqabıların altı kəsilərək boşluq yaradılıb və texniki vasitələr həmin yerə yerləşdirilib. Daha sonra imtahan iştirakçılarına binanın tualetində qurğunu üzərlərinə yerləşdirərək sual vərəqini kamera ilə çəkmələri, ardınca qulaqlıq vasitəsilə cavabları gözləmələri izah edilib.
Həmçinin oxuyun
Bütün bunların müqabilində təqsirləndirilən şəxslər müştərilərindən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq öz aralarında bölüblər.
Kamran Əsədovla Gündüz Abbasova bu əməllərinə görə Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Hər iki maddə üzrə 3 ilədək həbs cəzası nəzərdə tutulur.
Hazırda cinayət işinə Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə baxılır. Bu gün keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərə hüquq və vəzifələri izah olunub və barələrində seçilmiş qətimkan tədbirlərinin dəyişdirilmədən saxlanılması qərara alınıb.
Əsas iclas dekabrın 15-də keçiriləcək.
Qeyd edək ki, cinayət işinin başlanmasına səbəb Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət edilməsi olub. DTX-dən göndərilən materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb. İstintaq nəticəsində yuxarıda qeyd edilən şəxslərdən əlavə daha bir neçə nəfərə cinayət işi açılıb. Onların da işi hazırda məhkəmədədir.(Qafqazinfo)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Rusiyanın ən böyük neft emalı zavodlarından biri dron hücumuna məruz qalıb
Bu gecə Rusiyanın Yaroslavl şəhərində yerləşən ən iri neft emalı zavodlarından biri olan “Slavneft-YANOS”da pilotsuz uçuş aparatlarının zərbəsi nəticəsində güclü yanğın baş verib.CityPost.az xəbər verir ki, bu barədə “Unian“ Rusiyada sosial şəbəkələrdəki yanğını əks etdirən paylaşımlara və şahidlərə istinadən məlumat yayıb.Məlumata görə, zavodda ardıcıl olaraq yeddi partlayış baş verib və sonra güclü yanğın başlayıb.Bildirilir ki, “Slavneft-YANOS” Rusiyanın ən böyük beş neft emalı zavodundan biridir və ildə təxminən 15 milyon ton neft emal etmək gücünə malikdir. Müəssisə benzin, reaktiv yanacaq və yağlar da daxil olmaqla geniş çeşiddə neft məhsulları istehsal edir.Eyni zamanda, bu gün səhər Orenburq vilayətinin Orsk şəhərində yerləşən strateji...
12 Dekabr 2025, 13:53
“Meydan" TV işi üzrə məhkəmə başlayıb
“Meydan" TV işi üzrə məhkəmə başlayıb.CityPost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilir.Qeyd edək ki, ötən ilin dekabr ayında "Meydan" TV işi üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova saxlanılıb.Onların barəsində həbs-qətimkan tədbiri seçilib.Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.Bu ilin fevral ayında iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) həbs...
12 Dekabr 2025, 11:54
Bakıda 44 yaşlı kişi qətlə yetirilib
Bakıda 44 yaşlı kişi qətlə yetirilib.Hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.Belə ki, 1981-ci il təvəllüdlü İftixar Vəlizadəyə kəsici alətlə xəsarət yetirilib və o aldığı yaralardan ölüb.Şübhəli qismində mərhumun oğlu Ayxan Vəlizadə saxlanılıb.Araşdırma aparılır.
11 Dekabr 2025, 22:28
Bakıda 14 yaşlı qız ana olub, DİN araşdırma aparır
Bakıda 14 yaşlı qız ana olub.CityPost.az xəbər verir ki, yeniyetmə bu gün qız uşağı dünyaya gətirib.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli "Report"un sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.Qeyd edək ki, ilk xəbəri "Qafqazinfo" saytı yayıb.
11 Dekabr 2025, 20:00
İki gömrük işçisi ölkədən qaçdı - Şok
Xəbər verdiyimiz kimi, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin bir qrup yüksək vəzifəli əməkdaşlarını həbs edib.CityPost.az Bakupost.az-a istinadla xəbər verir ki, Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanunsuz siqaret yüklərinin aşkarlanması ilə əlaqədar həbslər başladıqdan sonra DGK-nın iki əməkdaşı ölkəni tərk edib.Onların Tahir Tahirli və Ənvər (soyadı dəqiqləşdirilir - red.) adlı gömrük işçiləri olduqları bildirilir. Həmin şəxslərin məsuliyyətdən yayınmaq üçün İrana qaçdıqları qeyd edilir.Xatırladaq ki, Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanunsuz siqaret yüklərinin aşkarlanması ilə əlaqədar Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Hövsan Məntəqəsinin rəisi Fərid Usubov, Bakı-Hövsan Beynəlxalq...
11 Dekabr 2025, 16:14
Vəzifəli şəxslər həbs edildi
Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi Rəşad Daşdəmirov da həbs olunub.APA-nın əldə etdiyi məlumata görə, Rəşad Daşdəmirov və Fərid Usubov barəsində məhkəmənin qərarı ilə 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.Onlara 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham elan olunub.İş üzrə dəymiş ziyanın həcminin 5 milyon manatdan çox olduğu ehtimal edilir.***13.50Dövlət Gömrük Komitəsinin vəzifəli...
11 Dekabr 2025, 14:18