SHXÇDX-nın yaradılmasından 13 il ötür
Hərbi 13 Fevral 2025, 11:00

1402
Bu gün ölkəmizin hərb quruculuğuna öz töhfəsini verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 13 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 fevral 2012-ci il tarixli fərmanı ilə yaradılan Dövlət Xidməti yaradıldığı gündən fəaliyyət istiqamətinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, xidmətin daha bacarıqlı və savadlı kadrlarla komplektləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və digər sahələrdə müvəffəqiyyətlər qazanıb.
Citypost.az xəbər verir ki, bu barədə xidmətin yaydığı məlumatda deyilir.
Bildirilir ki, ötən ildə Xidmət tərəfindən bir sıra yeniliklər və tədbirlər həyata keçirilib. Dövlət Xidməti Müzəffər Ali Baş Komandanın müəyyənləşdirdiyi məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. Qanunla müəyyən edilmiş vəzifələrin həyata keçirilməsində, o cümlədən vətəndaş məmnuniyyətinin, şəffaflığın təmin edilməsində yeni nailiyyətlər qazanılıb.
Xidmətin qarşısında qoyulan əsas vəzifələrdən biri səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkilidir. Bu baxımdan səfərbərliyin idarə olunması, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi üçün komandalara təyin edilmiş ehtiyatda olan resursların çağırılması, toplanılaraq hərbi hissələrin qəbul məntəqələrinə göndərilməsi məqsədi ilə mütəmadi olaraq məşğələlər keçirilib, həmçinin ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığının, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün ötən ilin hazırlıq planına əsasən Müdafiə Nazirliyi ilə birgə təlim toplanışları davam etdirilib.
Xidmətin fəaliyyətinin mühüm istiqamətlərindən biri olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə göndərilməsi işi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 2024-cü ildə də uğurla davam etdirilib. Müvafiq işlərin koordinasiya edilməsi məqsədilə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə yanvar, aprel, iyul, oktyabr çağırışının gedişatı ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclasları keçirilib. Bu iclaslarda Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi məqsədilə görülən işlər, həmçinin gündəliyə çıxarılan məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Müddətli həqiqi hərbi xidmətə çağırışın əsas istiqamətlərindən biri də çağırışaqədərki yaş həddində olan gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılması, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğidir. Bu məqsədlə 2024-cü ildə Ağcabədi, Şamaxı, Sabunçu, Lənkəran, Göygöl, Daşkəsən, Neftçala, Gəncə və Biləsuvar rayonlarında yuxarı sinif şagirdlərinin iştirakı ilə gənclər üçün silsilə görüşlər keçirilib.
Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən, 2024-cü il iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilməsinə başlanılıb. Həmçinin, ilkin hərbi qeydiyyata alınan və hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsinin regional xəstəxanada aparılması ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə pilot layihənin həyata keçirilməsi nəticəsində 2024-cü ilin may ayından etibarən Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonları üzrə ilkin hərbi qeydiyyata alınan və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsi Quba Rayon Mərkəzi Xəstəxanasında aparılır.
Həmçinin oxuyun
Ölkəmizdə müasir texnologiyanın rəqəmsallaşdırılması istiqamətində aparılan islahatlarda Xidmətin fəaliyyəti uğurla davam etdirilir. Belə ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinələrdən keçirilməsi üçün verilən göndərişlərin elektronlaşdırılması, həmçinin tibbi müayinə aktlarının elektron şəkildə əldə edilməsi məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Səhiyyə Nazirliyi və TƏBİB-in müvafiq altsistemi arasında inteqrasiyalar təşkil olunub. Hazırda müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların hansı tibb müəssisəsində müayinə edilməsinə dair məlumatların SMS və ya “mygov” portalı vasitəsilə göndərilməsi həyata keçirilir.
Vətəndaşların Xidmətin səlahiyyətinə aid müraciətlərinin dinlənilməsi, onların müvafiq problemlərinin həlli məqsədilə Xidmət rəisi Mürsəl İbrahimov 2024-cü il ərzində Salyan, Saatlı, Quba, Qəbələ, Masallı, İsmayıllı, Sumqayıt, Gədəbəy, Naxçıvan, Ağdaş, Ağcabədi və Gəncə şəhərlərində vətəndaş qəbulu keçirib. Qəbullarda 300 vətəndaşın müraciəti dinlənilib, 93 nəfərin müraciəti araşdırılması üçün qeydiyyata alınıb, 57 nəfərin müraciəti müsbət həllini tapıb, 113 nəfərə qanunvericiliyin tələbləri izah olunub, 37 nəfərin müraciəti digər qurumlara aid olduğundan müvafiq qaydada yönləndirilib. Həmçinin vətəndaşların müraciətlərinin çevik, obyektiv araşdırılması və cavablandırılması məqsədi ilə yaradılmış “Çağrı Mərkəzi”nə ötən il ərzində 24 mindən artıq müraciət daxil olub.
Dövlət qurumlarının fəaliyyətində vətəndaş məmnuniyyəti və şəffaflığın artırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə, cənab Prezidentin müvafiq sərəncamına uyğun olaraq 2024-cü ildə də iş planına uyğun tədbirlər həyata keçirilib. Belə ki, ötən il ərzində qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər haqqında xidməti yoxlamalar aparılaraq 249 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, 13 əməkdaş isə mənfi motivlə ehtiyata buraxılıb və əmək müqaviləsinə xitam verilib. 51 fakt üzrə 95 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hər zaman şəhid ailələrinə, müharibə veteranlarına, onların müraciətlərinə həssaslıqla yanaşır və bu ənənə bu gün də davam edir. Bu məqsədlə Xidmət tərəfindən Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canından keçən şəhidlərin övladları üçün 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir təşkil edilib. Həmçinin ötən il ərzində 44 günlük Vətən müharibəsində iştirak etmiş bir neçə veteran həqiqi hərbi xidmətə və işə qəbul edilib.
Ölkədə ekologiyanın qorunması, ətraf mühitin sağlamlaşdırılması istiqamətində aparılan işlərə töhfə vermək naminə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ağacəkmə aksiyası baş tutub. Aksiya Prezident İlham Əliyev tərəfindən elan edilən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirlər planına uyğun olaraq həyata keçirilib. Bundan başqa ətraf mühitin və təbiətin mühafizəsi məqsədilə "Yaşıl ASAN" ekoloji proqramı ilə əməkdaşlığa başlanılıb və istifadə olunmuş kağız tullantıları toplanılaraq təkrar emal üçün təhvil verilib.
Bu gün Xidmətin hər bir əməkdaşının amalı Vətənə sədaqət, insana qayğı, ən başlıcası isə milli-mənəvi dəyərlərə hörmətdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti bundan sonra da ümummilli liderimiz Heydər Əliyev ideyalarına sadiq qalacaq, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin etimadını doğruldacaq, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün var qüvvələri ilə çalışacaqlar.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Bunları antiteror əməliyyatlarında gördük - Eyvazov
Müasir döyüş üsullarının öyrənilməsi, yeni tendensiyaların orduya tətbiq edilməsi yollarını antiteror əməliyyatlarında gördük.Citypost.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, polkovnik Anar Eyvazov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun “Konstitusiya və Suverenlik İlində müdia gündəmi” adlı panel sessiyasında çıxışı zamanı deyib.O bildirib ki, bir neçə saat ərzində həyata keçirilən antiterror əməliyyatlarında peşəkarcasına döyüşən ordu fəaliyyət göstərib.“Qarabağda heç bir mülki insana, abidələrə zərər gəlməməli idi. Bu kimi məhdudiyyətlərə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri erməni birləşmələrinin qalıqlarını ölkə ərazisindən təmizlədi”, - deyə o bildirib....
02 May 2025, 12:45

Hərbçilərimiz KURTARAN təlimlərində – FOTO
Türkiyənin Marmaris şəhərində keçirilmiş “KURTARAN-2025” sualtı axtarış və xilasetmə təlimlərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusu müşahidəçi qismində iştirak edib.Müdafiə Nazirliyindən CityPost.az-a verilən məlumata görə, təlimin planına əsasən, qəzaya uğramış sualtı qayığın axtarış-xilasetmə gəmiləri tərəfindən xüsusi texnika və robotların köməyi ilə axtarışı, xilasedici dalğıclar vasitəsilə batan heyətə qida və tibbi ləvazimatın ötürülməsi, onların xüsusi avadanlıqlarla xilas edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.Təlim zamanı helikopter və təyyarələrdən də istifadə olunmaqla axtarış-xilasetmə tədbirləri yerinə yetirilib. Belə ki, hava vasitələrindən dənizə paraşüt tullanışları icra edilib, qəzaya uğramış gəminin su üzərində köməyə ehtiyacı olan heyətinə lazımi ləvazimatların atılması və zərərçəkənlərin təxliyəsi üzrə fəaliyyətlər...
30 Aprel 2025, 19:27

Azərbaycan Ordusunun artilleriya bölmələri döyüş atışları keçirib
2025-ci ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunlarının artilleriya bölmələrində praktiki döyüş atışları keçirilib.CityPost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.Real döyüş şəraitinə uyğun keçirilən döyüş atışlarında şərti düşmənin planlı və plandankənar hədəflərinin aşkar edilməsi və sərrast atəşlə məhv edilməsinə nail olunub.Praktiki məşğələlərin keçirilməsində əsas diqqət hərbi qulluqçuların praktiki bacarıqlarının artırılması, komandirlərin idarəetmə vərdişlərinin və qarşılıqlı əlaqənin təkmilləşdirilməsinə yönəldilib.
29 Aprel 2025, 11:18

Azərbaycan Ordusunun mövqeləri Çəmbərək istiqamətindən atəşə tutulub - MN
Aprelin 28-i saat 00:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
28 Aprel 2025, 11:02

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.
27 Aprel 2025, 20:23

Yeganə övladı şəhid olan Balaxanı neftçisinin ailəsində yenidən uşaq səsi gəlir - FOTO
“Balakahni Operating Company” LTD-nin əməkdaşı İlham Mikayılovun ailəsində 30 ildən sonra yenidən uşaq səsi gəlir.həyat yoldaşı Nailə Mikayılova ilə birgə onlar beş il əvvəl yeganə övladları Rəşadı Vətən uğrunda qurban verən valideynlərdən idilər.25 yaşlı Rəşad Mikayılzadə könüllü əsgər kimi Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qatılmışdır. Füzuli və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 9 noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə komandirini xilas edərkən snayperlə açılan atəş nəticəsində şəhid olmuşdur.“Oğlum evin tək övladı idi. Çox şən və istiqanlı idi. Özü öz zəhməti ilə çalışıb işləyirdi. Həm ali...
27 Aprel 2025, 09:47