Bizə yazın

Baku

-°C

USD

-

Ağa Dadaşzadə: “Qarabağ Enfilddə sürpriz edə bilər”  

İdman 28 Yanvar 2026, 15:06

2129

Bu gün axşam “Qarabağ” futbol klubu Avropa arenasında növbəti ciddi sınaqla üz-üzə qalacaq. Komandamız səfərdə, futbolun məbədlərindən biri sayılan Enfild stadionunda İngiltərənin “Liverpool” klubunun qonağı olacaq.

Citypost.az-a açıqlamasında idman eksperti Ağa Dadaşzadə qarşılaşma ilə bağlı fikirlərini bölüşərək bildirib ki, bu cür atmosferdə oynamaq asan deyil, lakin məhz belə oyunlar “Qarabağ”ın Avropadakı xarakterini ortaya qoyur: “Enfilddə oynamaq hər bir komanda üçün çətindir. Ancaq ‘Qarabağ’ artıq Avropada belə atmosferlərə yad deyil. Bu cür matçlar klubun xarakterini, dözümlülüyünü və səviyyəsini göstərir”,  deyə ekspert qeyd edib.

A. Dadaşzadənin sözlərinə görə, qarşılaşmada sürpriz nəticə ehtimalını tamamilə istisna etmək olmaz. O bildirib ki, “Qarabağ” bu mövsüm Avropa oyunlarında qol imkanları yaradan və rəqiblərini narahat etməyi bacaran komandadır:“Enfilddə qol vurmaq real görünür. Xüsusilə sürətli keçidlərdə və əks-hücumlarda şanslarımız ola bilər. Bu baxımdan oyunun gedişi gözləniləndən fərqli inkişaf edə bilər” deyə o vurğulayıb.

Ekspert eyni zamanda “Liverpool”un oyuna yüksək motivasiya ilə çıxacağını da diqqətə çatdırıb: “İngilis klubu qələbəyə sözün əsl mənasında acdır. Statistikaya baxsaq, ‘Liverpool’ son dörd oyunun hamısında qol vurub və bu qarşılaşmaların əksəriyyəti məhsuldar keçib. Bu da onu deməyə əsas verir ki, bizi çox qollu bir oyun gözləyir” deyə Dadaşzadə əlavə edib.

Onun fikrincə, “Liverpool”un heyətində olan müəyyən itkilər oyunun balansına təsir göstərə və “Qarabağ” üçün əlavə imkanlar yarada bilər: “Əsas məsələ ilk dəqiqələrdə oyunda qalmaq, tempə dözmək və yaranan fürsətlərdən maksimum dərəcədə istifadə etməkdir” deyə ekspert bildirib.

Sonda Ağa Dadaşzadə Enfilddə maraqlı və gərgin qarşılaşma izləniləcəyini qeyd edib: “Düşünürəm ki, futbolsevərlər üçün baxımlı bir oyun olacaq. ‘Qarabağ’ bu stadionda yalnız müdafiə olunmaq üçün yox, adını Avropa futboluna bir daha yazdırmaq üçün meydana çıxacaq”deyə o fikrini yekunlaşdırıb.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

AFFA "Qarabağ"ı 700 manat cərimələdi

"Qarabağ" klubu 700 manat cərimələnib.Citypost.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.Buna Ağdam təmsilçisinin dörd futbolçusunun Misli Premyer Liqasının XXVII turunda "Şamaxı" ilə oyunda sarı vərəqə alması səbəb olub.Xatırladaq ki, qarşılaşma qolsuz yekunlaşıb.

15 Aprel 2026, 12:41

Viktor Axelsen karyerasını başa vurdu  

Danimarkanın ikiqat Olimpiya və badminton üzrə dünya çempionu Viktor Axelsen 32 yaşında peşəkar idmandan təqaüdə çıxdığını açıqlayıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Axelsen qərarını belindəki xroniki problemlərlə əsaslandıraraq bildirib ki, artıq yüksək səviyyədə yarışmaq və məşq etmək mümkün deyil.“Bu vəziyyəti qəbul etmək inanılmaz dərəcədə çətindir, amma bədənim artıq davam etməyə imkan vermir”, – deyə o bildirib.2021-ci ildə Tokio və 2024-cü ildə Paris Olimpiya Oyunlarında qızıl medal qazanan danimarkalı badmintonçu ötən ilin aprelində belindən əməliyyat olunub və bundan sonra tam sağala bilmədiyini qeyd edib.Karyerası ərzində iki dünya çempionluğu qazanan Axelsen 2016 Rio Olimpiadasında da bürünc medal əldə edib. O, həmçinin...

15 Aprel 2026, 12:06

Hamano Yaponiyanın ABŞ üzərində qələbəsinə imza atdı  

ABŞ-ın Sietl şəhərində keçirilən yoldaşlıq oyununda Yaponiya qadın milli komandası ABŞ-ı 1:0 hesabı ilə məğlub edərək rəqibinin 10 oyunluq məğlubiyyətsiz seriyasına son qoyub.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Tottenhem”in hücumçusu Maika Hamano qarşılaşmanın 27-ci dəqiqəsində vurduğu qol ilə oyunun taleyini həll edib. Bu nəticə iki qadın futbol nəhəngi arasında keçirilən üç oyunluq seriyanın ikinci matçında qeydə alınıb.Oyunda topa nəzarətdə üstünlük ABŞ yığmasının tərəfində olsa da, komanda yaradılan imkanlardan istifadə edə bilməyib.ABŞ-ın baş məşqçisi Emma Hayes San Xosedə keçirilən və 2:1 hesabı ilə qazanılan əvvəlki oyundan fərqli olaraq start heyətində bir sıra dəyişikliklər edib və tamamilə yeni tərkibə üstünlük verib.Yaponiya...

15 Aprel 2026, 12:03

19 yaşlı azərbaycanlı futbolçu Avropa klublarının diqqətində 

Azərbaycan I Liqasında çıxış edən “Difai Ağsu” klubunun 19 yaşlı futbolçusu Kamil Sadıqov Avropa klublarının maraq dairəsinə düşüb.Gənc yarımmüdafiəçi ilə Portuqaliyanın “Eştoril” klubunun U-23 komandası, Polşanın “Rakow” klubunun B komandası, həmçinin Slovakiyanın “Pohronie” və “Zilina” kollektivləri maraqlanır.Məlumata görə, futbolçunun karyerasını Slovakiyada davam etdirməsi daha real görünür. Bu baxımdan “Zilina” klubu əsas namizəd hesab olunur.Qeyd edək ki, Kamil Sadıqov “Qarabağ” klubunun yetirməsidir.Turan...

14 Aprel 2026, 11:24

Abşeronda yeniyetmələr cüdoçu medal uğrunda mübarizə aparacaq 

Aprelin 18–19-da cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının II turu keçiriləcək.Azərbaycan Cüdo Federasiyasından Citypost.az-a verilən məlumata görə, Abşeron Olimpiya İdman Kompleksində gerçəkləşəcək yarışda 94 klub və idman cəmiyyətindən 691 cüdoçu (582 oğlan, 109 qız) ümumilikdə 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.Cari ildə U-14 Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar idmançıların reytinq cədvəlinin formalaşmasında önəmli rol oynayacaq.Qeyd edək ki, heç bir kəmər dərəcəsi olmayan və buna görə verilmiş 2 yarışlıq güzəşt imkanını istifadə etmiş idmançılar yarışlara buraxılmırlar....

13 Aprel 2026, 13:38

Avstraliyada yuxulu suiti yolu bağladı

Avstraliyanın Viktoriya ştatında yerləşən Dromana şəhərində yuxulu suiti yolun hərəkətinə müvəqqəti mane olub.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Məlumata görə, yerli sakinlər tərəfindən “Sammy” kimi tanınan suiti yolda mürgüləyərkən görünüb və bu səbəbdən polis ərazidə hərəkəti müvəqqəti olaraq dayandırıb.Hadisə yerinə gələn polis əməkdaşları və vəhşi təbiət xidməti əməkdaşları suiti ətrafında təhlükəsizlik konusları yerləşdirib və daha sonra onu çimərliyə qaytarıblar.Rəsmilər bildiriblər ki, bölgədə suitilər tez-tez görünsə də, onlara toxunmaq və yem vermək qadağandır.Əli...

10 Aprel 2026, 12:12