Rəşad Ergün: “Bir az şansla ‘Qarabağ’ ‘Nyukasl’ı keçə bilər”
İdman 30 Yanvar 2026, 15:57
1836
Komanda.az saytının baş redaktoru Rəşad Ergün Citypost.az saytına açıqlamasında “Qarabağ”ın bu mövsüm UEFA Çempionlar Liqasındakı çıxışını yüksək qiymətləndirib.
Baş redaktor bildirib ki, Azərbaycan futbolunun reallıqları fonunda “Qarabağ” artıq inanılmaz nəticəyə imza atıb. Onun sözlərinə görə, “iştah diş altındadır” prinsipi ilə komandanın pley-off mərhələsində də iddialı olması təbiidir.
Rəşad Ergün qeyd edib ki, “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl” bu mövsüm qarşılaşdıqları İngiltərə klubları arasında nə “Çelsi”, nə də “Liverpul” səviyyəsindədir:
“Bir az da şansla ‘Nyukasl’ı keçmək olar. Düzdür, istənilən halda İngiltərə Premyer Liqası təmsilçisidir və dünyanın ən güclü liqasında çıxış edir”.
O, xatırladıb ki, “Qarabağ” daha güclü heyətə malik olan “Çelsi” ilə Bakıda heç-heçə edib və məhz bu nəticə azarkeşlərdə böyük ümid və inam yaradıb.
Komanda.az-ın baş redaktoru əlavə edib ki, mərhələni keçmək mümkün olmasa belə, komandanı buna görə qınamaq düzgün olmaz:
“‘Qarabağ’ bu mövsüm onsuz da əlindən gələni edib və Azərbaycan futbolu üçün ciddi uğura imza atıb”.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Abşeron Lions" Azərbaycan Basketbol Liqasının yarımfinalına yüksəlib
"Abşeron Lions" Azərbaycan Basketbol Liqasının yarımfinalına vəsiqə qazanıb."Report" xəbər verir ki, komanda buna 1/4 finalın ikinci oyununda "Şəki"ni məğlub etməklə nail olub.Şəki Olimpiya İdman Kompleksində reallaşan qarşılaşma 105:94 hesabı ilə yekunlaşıb. İlk görüşdə də "Abşeron Lions" üstün olub - 109:78.Günün ikinci matçında "Sabah" "Naxçıvan"ın müqavimətini qırmağa çalışacaq. Oyun Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq. "Sabah" birinci dueldən qalib ayrılıb - 106:74.Xatırladaq ki, ötən gün "Gəncə" "Ordu"nu 85:78 (ilk oyun - 106:108) "Neftçi" NTD-ni 119:99 (ilk oyun - 94:97) hesabı ilə məğlub edib.Bu cütlərdə üçüncü qarşılaşma baş tutacaq. Reqlamentə əsasən, 1/4 finalda iki qələbə qazanan komanda növbəti mərhələyə adlayacaq....
17 Aprel 2026, 17:16
Şərhçi: Azərbaycan cüdoçuları qızıl səviyyəsində çıxış etdi
Ağa Dadaşzadə Tbilisidə keçirilən yarış çərçivəsində Azərbaycan cüdoçularının çıxışını yüksək qiymətləndirib.Citypost.az xəbər verir ki, idman şərhçisi bildirib ki, milli komandanın çıxışı sistemli və peşəkar fəaliyyətin nəticəsi kimi diqqət çəkir. Onun sözlərinə görə, Azərbaycan yığması ən azı qızıl medal səviyyəsində mübarizə nümayiş etdirib.A. Dadaşzadə xüsusilə Balabəy Ağayevin çıxışını önə çəkərək qeyd edib ki, idmançının görüşü həm texniki, həm də taktiki baxımdan yüksək səviyyədə olub və bu, komandanın potensialını açıq şəkildə göstərib.Bununla belə, şərhçi məhz həmin görüşdə hakim qərarlarının ciddi müzakirə mövzusuna çevrildiyini vurğulayıb. Onun fikrincə, Balabəy Ağayevin haqq etdiyi nəticəni əldə etməməsi suallar doğurur və idmanda ədalət prinsipinə kölgə sala biləcək...
17 Aprel 2026, 11:26
AFFA "Qarabağ"ı 700 manat cərimələdi
"Qarabağ" klubu 700 manat cərimələnib.Citypost.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.Buna Ağdam təmsilçisinin dörd futbolçusunun Misli Premyer Liqasının XXVII turunda "Şamaxı" ilə oyunda sarı vərəqə alması səbəb olub.Xatırladaq ki, qarşılaşma qolsuz yekunlaşıb.
15 Aprel 2026, 12:41
Viktor Axelsen karyerasını başa vurdu
Danimarkanın ikiqat Olimpiya və badminton üzrə dünya çempionu Viktor Axelsen 32 yaşında peşəkar idmandan təqaüdə çıxdığını açıqlayıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Axelsen qərarını belindəki xroniki problemlərlə əsaslandıraraq bildirib ki, artıq yüksək səviyyədə yarışmaq və məşq etmək mümkün deyil.“Bu vəziyyəti qəbul etmək inanılmaz dərəcədə çətindir, amma bədənim artıq davam etməyə imkan vermir”, – deyə o bildirib.2021-ci ildə Tokio və 2024-cü ildə Paris Olimpiya Oyunlarında qızıl medal qazanan danimarkalı badmintonçu ötən ilin aprelində belindən əməliyyat olunub və bundan sonra tam sağala bilmədiyini qeyd edib.Karyerası ərzində iki dünya çempionluğu qazanan Axelsen 2016 Rio Olimpiadasında da bürünc medal əldə edib. O, həmçinin...
15 Aprel 2026, 12:06
Hamano Yaponiyanın ABŞ üzərində qələbəsinə imza atdı
ABŞ-ın Sietl şəhərində keçirilən yoldaşlıq oyununda Yaponiya qadın milli komandası ABŞ-ı 1:0 hesabı ilə məğlub edərək rəqibinin 10 oyunluq məğlubiyyətsiz seriyasına son qoyub.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Tottenhem”in hücumçusu Maika Hamano qarşılaşmanın 27-ci dəqiqəsində vurduğu qol ilə oyunun taleyini həll edib. Bu nəticə iki qadın futbol nəhəngi arasında keçirilən üç oyunluq seriyanın ikinci matçında qeydə alınıb.Oyunda topa nəzarətdə üstünlük ABŞ yığmasının tərəfində olsa da, komanda yaradılan imkanlardan istifadə edə bilməyib.ABŞ-ın baş məşqçisi Emma Hayes San Xosedə keçirilən və 2:1 hesabı ilə qazanılan əvvəlki oyundan fərqli olaraq start heyətində bir sıra dəyişikliklər edib və tamamilə yeni tərkibə üstünlük verib.Yaponiya...
15 Aprel 2026, 12:03
19 yaşlı azərbaycanlı futbolçu Avropa klublarının diqqətində
Azərbaycan I Liqasında çıxış edən “Difai Ağsu” klubunun 19 yaşlı futbolçusu Kamil Sadıqov Avropa klublarının maraq dairəsinə düşüb.Gənc yarımmüdafiəçi ilə Portuqaliyanın “Eştoril” klubunun U-23 komandası, Polşanın “Rakow” klubunun B komandası, həmçinin Slovakiyanın “Pohronie” və “Zilina” kollektivləri maraqlanır.Məlumata görə, futbolçunun karyerasını Slovakiyada davam etdirməsi daha real görünür. Bu baxımdan “Zilina” klubu əsas namizəd hesab olunur.Qeyd edək ki, Kamil Sadıqov “Qarabağ” klubunun yetirməsidir.Turan...
14 Aprel 2026, 11:24