"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi məlum oldu
İdman 30 Yanvar 2026, 16:15
207
UEFA Çempionlar Liqasının bütün "pley-off" cütlükləri açıqlanıb.
Citypost.az xəbər verir ki, püşkatmanın nəticəsinə görə, Azərbaycan təmsilçisi "Qarabağ" İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşacaq.
“Qarabağ” ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək. "Pley-off" görüşləri 17-18 fevral, cavab qarşılaşmaları isə 24-25 fevralda oynanılacaq.
Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" cütünün qalibi 1/8 finalda Liqa mərhələsini 5-ci pillədə başa vuran "Barselona" yaxud "Çelsi" ilə qarşılaşacaq.
Həmçinin oxuyun
Digər cütlüklər aşağdakı kimidir:
"Borussiya Dortmund" - "Atalanta"
"Bayer" - "Olimpiakos"
"Yuventus" - "Qalatasaray"
"Atletico Madrid" - "Brügge"
PSJ - "Monako"
"Real Madrid" - "Benfika"
"İnter" - "Bodo-Glimt"
Modern.az
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Rəşad Ergün: “Bir az şansla ‘Qarabağ’ ‘Nyukasl’ı keçə bilər”
Komanda.az saytının baş redaktoru Rəşad Ergün Citypost.az saytına açıqlamasında “Qarabağ”ın bu mövsüm UEFA Çempionlar Liqasındakı çıxışını yüksək qiymətləndirib. Baş redaktor bildirib ki, Azərbaycan futbolunun reallıqları fonunda “Qarabağ” artıq inanılmaz nəticəyə imza atıb. Onun sözlərinə görə, “iştah diş altındadır” prinsipi ilə komandanın pley-off mərhələsində də iddialı olması təbiidir.Rəşad Ergün qeyd edib ki, “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl” bu mövsüm qarşılaşdıqları İngiltərə klubları arasında nə “Çelsi”, nə də “Liverpul” səviyyəsindədir:“Bir az da şansla ‘Nyukasl’ı keçmək olar. Düzdür, istənilən halda İngiltərə Premyer Liqası təmsilçisidir və dünyanın ən güclü liqasında çıxış edir”.O, xatırladıb ki, “Qarabağ” daha güclü heyətə malik olan “Çelsi” ilə Bakıda...
30 Yanvar 2026, 15:57
İdman eksperti 0:6-nın səbəbini AÇIQLADI
“Qarabağ”ın Çempionlar Liqasındakı səfər oyunu ilə bağlı idman eksperti Ağa Dadaşzadə Citypost.az-a açıqlama verib. O, komandanın 0:6 hesablı ağır məğlubiyyətinin əsas səbəblərindən birinin psixoloji amillər olduğunu bildirib.Ağa Dadaşzadənin sözlərinə görə, oyunun gedişi “Qarabağ” futbolçularının həddindən artıq həyəcanlı olduğunu göstərib və rəqibin adı komandaya ciddi psixoloji təsir edib. İdman eksperti qeyd edib ki, komanda bu qarşılaşmaya psixoloji baxımdan tam hazır olmayıb, meydanda fərqli və riskli taktika ilə çıxış edib. Onun fikrincə, ilk iki qoldan sonra “Qarabağ”ın oyunu tamamilə dağılıb və uğursuzluq açıq şəkildə hiss olunmağa başlayıb.Ağa Dadaşzadə vurğulayıb ki, “Qarabağ” futbolçularının potensialı daha yüksəkdir və bu komanda 0:6 hesablı məğlubiyyət alacaq...
29 Yanvar 2026, 11:29
Bekhem və ailəsi haqqında sənədli film çəkiləcək
Dünyaca şöhrətli futbolçu Devid Bekhemin ailəsi haqqında sənədli film çəkiləcəkCitypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Beckham: Family at War – UNTOLD” adlı sənədli filmi yayımlamağa hazırlaşır. Film, ən böyük oğul Brooklyn Beckhamın valideynləri David və Victoria Beckhama qarşı etdiyi açıqlamadan sonra ailədə baş verən gərginliyi araşdıracaq.26 yaşlı Brooklyn, sosial şəbəkədə paylaşdığı yazıda valideynlərini həyat yoldaşı Nicola Peltzin nikahını pozmaqda ittiham edərək əlaqələrini kəsdiyini açıqlayıb. Bu paylaşım internetdə böyük səs-küy yaradıb, memlər, müzakirələr və araşdırmalara səbəb olub.Sənədli film, ailə dramının dünya miqyasında niyə diqqət çəkdiyini PR mütəxəssisləri, psixoloqlar və məşhurların şərhləri ilə izah edəcək, zəngin və məşhur ailələrin uşaqlarının və...
28 Yanvar 2026, 15:54
Ağa Dadaşzadə: “Qarabağ Enfilddə sürpriz edə bilər”
Bu gün axşam “Qarabağ” futbol klubu Avropa arenasında növbəti ciddi sınaqla üz-üzə qalacaq. Komandamız səfərdə, futbolun məbədlərindən biri sayılan Enfild stadionunda İngiltərənin “Liverpool” klubunun qonağı olacaq.Citypost.az-a açıqlamasında idman eksperti Ağa Dadaşzadə qarşılaşma ilə bağlı fikirlərini bölüşərək bildirib ki, bu cür atmosferdə oynamaq asan deyil, lakin məhz belə oyunlar “Qarabağ”ın Avropadakı xarakterini ortaya qoyur: “Enfilddə oynamaq hər bir komanda üçün çətindir. Ancaq ‘Qarabağ’ artıq Avropada belə atmosferlərə yad deyil. Bu cür matçlar klubun xarakterini, dözümlülüyünü və səviyyəsini göstərir”, deyə ekspert qeyd edib.A. Dadaşzadənin sözlərinə görə, qarşılaşmada sürpriz nəticə ehtimalını tamamilə istisna etmək olmaz. O bildirib ki, “Qarabağ” bu mövsüm Avropa oyunlarında...
28 Yanvar 2026, 15:06
"İnter" yeni transferini açıqlayıb
İtaliyanın "İnter" klubu yeni futbolçu transferini açıqlayıb.Citypost.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasından Leon Yakiroviç heyətə cəlb olunub. 18 yaşlı müdafiəçi ilk olaraq "İnter"in U-23 komandasının heyətində yer alacaq.Qeyd edək ki, Leon Yakiroviç "Dinamo"da 4 matça çıxıb.(Report)
26 Yanvar 2026, 19:00
"Liverpul" - "Qarabağ" oyununu bu hakim idarə edəcək
Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu turunda keçiriləcək "Liverpul" - "Qarabağ" oyununa hakim təyinatları açıqlanıb.Citypost.az xəbər verir ki, UEFA matçı Slovakiyadan olan hakimlər briqadasına tapşırıb.Görüşü FİFA referisi İvan Krujlyak idarə edəcək. Ona yan xətt hakimləri qismində Branislav Hantsko və Yan Pozor köməklik göstərəcəklər. Dördüncü hakim Peter Kraloviç olacaq.VAR Pol van Boekelə, AVAR isə Yan Boterberqə həvalə olunub.Xatırladaq ki, İvan Krujlyak ötən ilin avqustinda Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçirilmiş “Şkendiya” - “Qarabağ” oyununu idarə etmişdi. Həmin oyunda "Qarabağ" 1:0 hesabı ilə qalib gəlmişdi.Qeyd edək ki, yanvarın 29-da keçiriləcək "Liverpul" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. (modern.az)...
26 Yanvar 2026, 18:15