Bizə yazın

Baku

-°C

USD

-

Rəşad Ergündən çempionluq mesajı

İdman 31 Yanvar 2026, 22:27

2337

Komanda.az saytının baş redaktoru Rəşad Ergün Azərbaycan Premyer Liqasında çempionluq mübarizəsi ilə bağlı sosial şəbəkədə proqnozunu bildirib.

Citypost.az xəbər verir ki, Rəşad Ergün bildirib ki, möhkəm müdafiəsi ilə seçilən “Zirə” kimi bir komandaya qarşı “Sabah”ın ilk hissədə üç qol vurması diqqətçəkən məqamdır. Onun sözlərinə görə, hazırda “Sabah” Premyer Liqanın lideridir və “Qarabağ”ı 7 xal qabaqlayır.

Baş redaktor qeyd edib ki, “Sabah”ın çempion olmamalı olduğu ilə bağlı müxtəlif fikirlər səslənir və bunu əsaslandıranlar komandanın Çempionlar Liqasında uğur qazana bilməyəcəyini iddia edirlər. Rəşad Ergün bu yanaşma ilə razılaşmadığını vurğulayaraq bildirib ki, istər “Qarabağ”, istərsə də “Sabah” azarkeş sayı baxımından böyük fərqə malik deyil və əsas məsələ tribunaya gələn real azarkeşlərdir.

O, futbolun rəqabət olduğunu diqqətə çatdıraraq, sonda güclü olan komandanın çempion olacağını qeyd edib. Ergünün fikrincə, heç bir ümumi çağırışla hansısa klubu çempion etmək və ya digərinin çempionluğuna mane olmaq mümkün deyil.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

AFFA "Qarabağ"ı 700 manat cərimələdi

"Qarabağ" klubu 700 manat cərimələnib.Citypost.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.Buna Ağdam təmsilçisinin dörd futbolçusunun Misli Premyer Liqasının XXVII turunda "Şamaxı" ilə oyunda sarı vərəqə alması səbəb olub.Xatırladaq ki, qarşılaşma qolsuz yekunlaşıb.

15 Aprel 2026, 12:41

Viktor Axelsen karyerasını başa vurdu  

Danimarkanın ikiqat Olimpiya və badminton üzrə dünya çempionu Viktor Axelsen 32 yaşında peşəkar idmandan təqaüdə çıxdığını açıqlayıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Axelsen qərarını belindəki xroniki problemlərlə əsaslandıraraq bildirib ki, artıq yüksək səviyyədə yarışmaq və məşq etmək mümkün deyil.“Bu vəziyyəti qəbul etmək inanılmaz dərəcədə çətindir, amma bədənim artıq davam etməyə imkan vermir”, – deyə o bildirib.2021-ci ildə Tokio və 2024-cü ildə Paris Olimpiya Oyunlarında qızıl medal qazanan danimarkalı badmintonçu ötən ilin aprelində belindən əməliyyat olunub və bundan sonra tam sağala bilmədiyini qeyd edib.Karyerası ərzində iki dünya çempionluğu qazanan Axelsen 2016 Rio Olimpiadasında da bürünc medal əldə edib. O, həmçinin...

15 Aprel 2026, 12:06

Hamano Yaponiyanın ABŞ üzərində qələbəsinə imza atdı  

ABŞ-ın Sietl şəhərində keçirilən yoldaşlıq oyununda Yaponiya qadın milli komandası ABŞ-ı 1:0 hesabı ilə məğlub edərək rəqibinin 10 oyunluq məğlubiyyətsiz seriyasına son qoyub.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Tottenhem”in hücumçusu Maika Hamano qarşılaşmanın 27-ci dəqiqəsində vurduğu qol ilə oyunun taleyini həll edib. Bu nəticə iki qadın futbol nəhəngi arasında keçirilən üç oyunluq seriyanın ikinci matçında qeydə alınıb.Oyunda topa nəzarətdə üstünlük ABŞ yığmasının tərəfində olsa da, komanda yaradılan imkanlardan istifadə edə bilməyib.ABŞ-ın baş məşqçisi Emma Hayes San Xosedə keçirilən və 2:1 hesabı ilə qazanılan əvvəlki oyundan fərqli olaraq start heyətində bir sıra dəyişikliklər edib və tamamilə yeni tərkibə üstünlük verib.Yaponiya...

15 Aprel 2026, 12:03

19 yaşlı azərbaycanlı futbolçu Avropa klublarının diqqətində 

Azərbaycan I Liqasında çıxış edən “Difai Ağsu” klubunun 19 yaşlı futbolçusu Kamil Sadıqov Avropa klublarının maraq dairəsinə düşüb.Gənc yarımmüdafiəçi ilə Portuqaliyanın “Eştoril” klubunun U-23 komandası, Polşanın “Rakow” klubunun B komandası, həmçinin Slovakiyanın “Pohronie” və “Zilina” kollektivləri maraqlanır.Məlumata görə, futbolçunun karyerasını Slovakiyada davam etdirməsi daha real görünür. Bu baxımdan “Zilina” klubu əsas namizəd hesab olunur.Qeyd edək ki, Kamil Sadıqov “Qarabağ” klubunun yetirməsidir.Turan...

14 Aprel 2026, 11:24

Abşeronda yeniyetmələr cüdoçu medal uğrunda mübarizə aparacaq 

Aprelin 18–19-da cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının II turu keçiriləcək.Azərbaycan Cüdo Federasiyasından Citypost.az-a verilən məlumata görə, Abşeron Olimpiya İdman Kompleksində gerçəkləşəcək yarışda 94 klub və idman cəmiyyətindən 691 cüdoçu (582 oğlan, 109 qız) ümumilikdə 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.Cari ildə U-14 Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar idmançıların reytinq cədvəlinin formalaşmasında önəmli rol oynayacaq.Qeyd edək ki, heç bir kəmər dərəcəsi olmayan və buna görə verilmiş 2 yarışlıq güzəşt imkanını istifadə etmiş idmançılar yarışlara buraxılmırlar....

13 Aprel 2026, 13:38

Avstraliyada yuxulu suiti yolu bağladı

Avstraliyanın Viktoriya ştatında yerləşən Dromana şəhərində yuxulu suiti yolun hərəkətinə müvəqqəti mane olub.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Məlumata görə, yerli sakinlər tərəfindən “Sammy” kimi tanınan suiti yolda mürgüləyərkən görünüb və bu səbəbdən polis ərazidə hərəkəti müvəqqəti olaraq dayandırıb.Hadisə yerinə gələn polis əməkdaşları və vəhşi təbiət xidməti əməkdaşları suiti ətrafında təhlükəsizlik konusları yerləşdirib və daha sonra onu çimərliyə qaytarıblar.Rəsmilər bildiriblər ki, bölgədə suitilər tez-tez görünsə də, onlara toxunmaq və yem vermək qadağandır.Əli...

10 Aprel 2026, 12:12