“Zirə” – “Turan Tovuz”: əlavə fasilə hansı komandaya üstünlük verəcək?
İdman 04 Fevral 2026, 13:33
232
“Zirə” – “Turan Tovuz” matçı öncəsi əlavə fasilə müzakirə mövzusu olub
Citypost.az xəbər verir ki, jurnalist İxtiyar Əsgərov sosial şəbəkədə “Zirə” və “Turan Tovuz” komandaları arasında fevralın 20-də keçiriləcək Premyer Liqa oyununa hazırlıqla bağlı fikirlərini bölüşüb.
O qeyd edib ki, “Zirə” 20-ci turda fevralın 14-də “Karvan-Yevlax” ilə qarşılaşacaq, “Turan Tovuz” isə iki gün sonra – fevralın 16-da “Şamaxı” səfərinə çıxacaq. Nəticədə fevralın 20-də keçiriləcək birbaşa oyun öncəsi komandalar arasında iki günlük fərq yaranır.
İ.Əsgərov oxuculara sual ünvanlayıb: əsas rəqiblə qarşılaşmadan əvvəl yaranan iki günlük əlavə fasilə hansı komanda üçün üstünlük sayılır və bu, oyunun gedişinə təsir göstərə bilərmi?
O, həmçinin Avropa Liqası vəsiqəsi uğrunda mübarizə aparan digər komandaları – “Sumqayıt” və “Araz-Naxçıvan”ı da qeyd edib və hazırda “Turan Tovuz”, “Zirə”, “Sumqayıt” və “Araz-Naxçıvan” arasında cəmi 3 xallıq fərq olduğunu vurğulayıb.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Qarabağ” ilk transferini reallaşdırdı
“Qarabağ” qış transfer pəncərəsində ilk keçidini reallaşdırıb.Apasport.az saytının əldə etdiyi məlumata görə, klub heyətini yarımmüdafiəçi ilə gücləndirib.Futbolçunun kimliyi hələlik açıqlanmasa da, tərəflər arasında tam razılıq əldə olunub. Cinah yarımmüdafiəçisi artıq Bakıdadır.Futbolçunun transferinin yaxın günlərdə rəsmən elan ediləcəyi gözlənilir.
01 Fevral 2026, 10:02
Rəşad Ergündən çempionluq mesajı
Komanda.az saytının baş redaktoru Rəşad Ergün Azərbaycan Premyer Liqasında çempionluq mübarizəsi ilə bağlı sosial şəbəkədə proqnozunu bildirib.Citypost.az xəbər verir ki, Rəşad Ergün bildirib ki, möhkəm müdafiəsi ilə seçilən “Zirə” kimi bir komandaya qarşı “Sabah”ın ilk hissədə üç qol vurması diqqətçəkən məqamdır. Onun sözlərinə görə, hazırda “Sabah” Premyer Liqanın lideridir və “Qarabağ”ı 7 xal qabaqlayır.Baş redaktor qeyd edib ki, “Sabah”ın çempion olmamalı olduğu ilə bağlı müxtəlif fikirlər səslənir və bunu əsaslandıranlar komandanın Çempionlar Liqasında uğur qazana bilməyəcəyini iddia edirlər. Rəşad Ergün bu yanaşma ilə razılaşmadığını vurğulayaraq bildirib ki, istər “Qarabağ”, istərsə də “Sabah” azarkeş sayı baxımından böyük fərqə malik deyil və...
31 Yanvar 2026, 22:27
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi məlum oldu
UEFA Çempionlar Liqasının bütün "pley-off" cütlükləri açıqlanıb.Citypost.az xəbər verir ki, püşkatmanın nəticəsinə görə, Azərbaycan təmsilçisi "Qarabağ" İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşacaq. “Qarabağ” ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək. "Pley-off" görüşləri 17-18 fevral, cavab qarşılaşmaları isə 24-25 fevralda oynanılacaq.Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" cütünün qalibi 1/8 finalda Liqa mərhələsini 5-ci pillədə başa vuran "Barselona" yaxud "Çelsi" ilə qarşılaşacaq.Digər cütlüklər aşağdakı kimidir:"Borussiya Dortmund" - "Atalanta""Bayer" - "Olimpiakos" "Yuventus" - "Qalatasaray""Atletico Madrid" - "Brügge"PSJ - "Monako""Real Madrid" - "Benfika""İnter" - "Bodo-Glimt"Modern.az...
30 Yanvar 2026, 16:15
Rəşad Ergün: “Bir az şansla ‘Qarabağ’ ‘Nyukasl’ı keçə bilər”
Komanda.az saytının baş redaktoru Rəşad Ergün Citypost.az saytına açıqlamasında “Qarabağ”ın bu mövsüm UEFA Çempionlar Liqasındakı çıxışını yüksək qiymətləndirib. Baş redaktor bildirib ki, Azərbaycan futbolunun reallıqları fonunda “Qarabağ” artıq inanılmaz nəticəyə imza atıb. Onun sözlərinə görə, “iştah diş altındadır” prinsipi ilə komandanın pley-off mərhələsində də iddialı olması təbiidir.Rəşad Ergün qeyd edib ki, “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl” bu mövsüm qarşılaşdıqları İngiltərə klubları arasında nə “Çelsi”, nə də “Liverpul” səviyyəsindədir:“Bir az da şansla ‘Nyukasl’ı keçmək olar. Düzdür, istənilən halda İngiltərə Premyer Liqası təmsilçisidir və dünyanın ən güclü liqasında çıxış edir”.O, xatırladıb ki, “Qarabağ” daha güclü heyətə malik olan “Çelsi” ilə Bakıda...
30 Yanvar 2026, 15:57
İdman eksperti 0:6-nın səbəbini AÇIQLADI
“Qarabağ”ın Çempionlar Liqasındakı səfər oyunu ilə bağlı idman eksperti Ağa Dadaşzadə Citypost.az-a açıqlama verib. O, komandanın 0:6 hesablı ağır məğlubiyyətinin əsas səbəblərindən birinin psixoloji amillər olduğunu bildirib.Ağa Dadaşzadənin sözlərinə görə, oyunun gedişi “Qarabağ” futbolçularının həddindən artıq həyəcanlı olduğunu göstərib və rəqibin adı komandaya ciddi psixoloji təsir edib. İdman eksperti qeyd edib ki, komanda bu qarşılaşmaya psixoloji baxımdan tam hazır olmayıb, meydanda fərqli və riskli taktika ilə çıxış edib. Onun fikrincə, ilk iki qoldan sonra “Qarabağ”ın oyunu tamamilə dağılıb və uğursuzluq açıq şəkildə hiss olunmağa başlayıb.Ağa Dadaşzadə vurğulayıb ki, “Qarabağ” futbolçularının potensialı daha yüksəkdir və bu komanda 0:6 hesablı məğlubiyyət alacaq...
29 Yanvar 2026, 11:29
Bekhem və ailəsi haqqında sənədli film çəkiləcək
Dünyaca şöhrətli futbolçu Devid Bekhemin ailəsi haqqında sənədli film çəkiləcəkCitypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Beckham: Family at War – UNTOLD” adlı sənədli filmi yayımlamağa hazırlaşır. Film, ən böyük oğul Brooklyn Beckhamın valideynləri David və Victoria Beckhama qarşı etdiyi açıqlamadan sonra ailədə baş verən gərginliyi araşdıracaq.26 yaşlı Brooklyn, sosial şəbəkədə paylaşdığı yazıda valideynlərini həyat yoldaşı Nicola Peltzin nikahını pozmaqda ittiham edərək əlaqələrini kəsdiyini açıqlayıb. Bu paylaşım internetdə böyük səs-küy yaradıb, memlər, müzakirələr və araşdırmalara səbəb olub.Sənədli film, ailə dramının dünya miqyasında niyə diqqət çəkdiyini PR mütəxəssisləri, psixoloqlar və məşhurların şərhləri ilə izah edəcək, zəngin və məşhur ailələrin uşaqlarının və...
28 Yanvar 2026, 15:54