Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
İdman 07 Fevral 2025, 12:14

1620
“Turan Tovuz” klubunun futbolçusu Nahid Əliyev Bakıda yerləşən otellərin birində qızla tanış olmağa çalışarkən qalmaqala səbəb olub.
Citypost.az “Sportinfo”ya istinadən xəbər verir ki, gənc oyunçu komandanın yerləşdiyi məkanda qarşısına çıxan qızla tanış olmaq istəyib.
Xarici ölkə vətəndaşı olan zərif cinsin nümayəndəsi onun təklifini qəbul etməyib. Oğlanın ondan əl çəkmədiyini görən əcnəbi xanım hotelin təhlükəsizlik xidmətinə şikayətlənib.
Onlar da öz növbəsində bu barədə klub funksionerlərini məlumatlandırıblar. Hadisə yerinə gələn rəsmilər qızı sakitləşdiriblər.
Eyni zamanda klubun baş məşqçisi Kurban Berdiyev Nahid Əliyevi düşərgədən uzaqlaşdırıb.
Həmçinin oxuyun
Rusiyalı çalışdırıcı 2005-ci il təvəllüdlü gənci yalnız əsas komandadan kənarlaşdırmayıb. O, əvəzedici heyətin qapılarını da yarımmüdafiəçinin üzünə bağlayıb.
“Turan Tovuz”un futbol akademiyasının koordinatoru Eltay Aslanovun bacısı oğlu olan N.Əliyev həm də noyabrın 10-da etdiyi hərəkətlə 73 yaşlı mütəxəssisin qəzəbinə tuş gəlib. Belə ki, N.Əliyev əvəzedici heyətin “Səbail-2” ilə keçirdiyi matç (1:1) günü yoxa çıxıb. Nə komandayla Bayıla gəlib, nə də telefon zənglərinə cavab verib.
Yalnız qarşılaşmadan xeyli sonra onunla əlaqə saxlamaq mümkün olub. Nahid iddia edib ki, oyun günü olduğunu unudub və yatıb qalıb.
Berdiyev bu barədə bilgi alandan sonra müvafiq göstəriş verib. Baş məşqçinin tapşırığına əsasən, yarımmüdafiəçi o tarixdən bəri meydan üzünə həsrət qalıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Gimnastlarımız Avropa kubokunun qalibi oldu
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa kubokunun qalibi olub.
02 May 2025, 18:56

Azərbaycan komandası Avropa Kubokunda qızıl medal qazandı
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunda qızıl medal qazanıb.
02 May 2025, 17:30

"Tottenhem" 1971-ci ildə əldə etdiyi nailiyyəti təkrarladı
İngiltərənin "Tottenhem" klubu avrokuboklar tarixində ikinci dəfə oyunun ilk dəqiqəsində qol vurub.Citypost.az "Opta"ya istinadən xəbər verir ki, London təmsilçisi sonuncu dəfə 1971-ci ilin dekabrda bunu bacarıb.Paytaxt klubu ötən gün UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk matçında, evdə Norveçin "Budyo Qlimt" komandasına 3:1 hesabı ilə qalib gəlib. Görüşün 1-ci dəqiqəsində Brennan Conson hesabı açıb."Tottenhem" 1971-ci ildə UEFA Kubokunda (hazırkı Avropa Liqası) Rumıniyanın "Rapid" (Buxarest) kollektivi ilə qarşılaşmanın ilk dəqiqəsində rəqibi məyus edib....
02 May 2025, 10:48

Millətlər Liqası: Millimiz finalda!
Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında finala yüksəlib.CityPost.az xəbər verir ki, komanda yarımfinalda Belçikanı 2:0 hesabı ilə üstələyib.Qeyd edək ki, milli ötən gün qrupda Slovakiyaya uduzub (2:3), Ukrayna ilə heç-heçə edib - 2:2.
01 May 2025, 16:12

Azərbaycan Premyer Liqasında XXXII tura yekun vuruldu
Misli Premyer Liqasında XXXII tura yekun vurulub.CityPost.az-ın məlumatına görə, sonuncu matçda "Neftçi" "Sumqayıt"ın qonağı olub.Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüş heç-heçə nəticələnib - 2:2.Meydan sahiblərindən Bobir Abdixolikov (21-ci dəqiqə) və Ronaldo Vaskez (52-ci dəqiqə) fərqlənib. "Neftçi"nin qollarını isə Bassala Sambu (60-cı dəqiqə) və Andrey Ştoqrin (87-ci dəqiqə) rəqib qapısından keçirib.Bu nəticədən sonra Sumqayıt klubu 30 xalla 8-ci yerdə qərarlaşıb. Xallarının sayını 36-ya yüksəldən “Neftçi” isə altıncı pillədə yer alıb.Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Kəpəz"i minimal hesabla üstələyib. "Turan Tovuz" - "Şamaxı", "Səbail" - "Araz-Naxçıvan" və "Sabah" - "Qarabağ" matçları 1:1 hesabı ilə başa çatıb....
28 Aprel 2025, 22:38

Ançelotti “Real”dan gedir
İspaniyanın "Real Madrid" komandasının baş məşqçisi Karlo Ançelotti gələn həftə tutduğu vəzifədən istefa verəcək.
27 Aprel 2025, 18:44