Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanın külək stansiyalarından enerji Avropaya çatdırılacaq  

İqtisadiyyat 04 Aprel 2025, 12:53

1284

Biz meqa təşəbbüslərin həyata keçirilməsinə başlayırıq. Bu çərçivədə Azərbaycanın külək enerji stansiyalarından, o cümlədən Mərkəzi Asiyadan yaşıl enerji Avropaya çatdırılacaq.

Citypost.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən il təbii qaz Avropa İttifaqında elektrik enerji istehsalının 13 faizini təşkil edib.

“Bəzi ölkələrdə bu, 35-40 faizə çatıb. Yaşıl Enerji Dəhlizlərinə gəldikdə isə, Xəzər dənizi-Qara dəniz-Avropa, Mərkəzi Asiya-Azərbaycan, Azərbaycan-Türkiyə və Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan – bunlar strateji layihələrdir və məhz Avropa enerji təchizatının şaxələndirilməsinə xidmət edir. Dəhlizin texniki əsaslandırılması təlimatlarına gəldikdə, demək istəyirik ki, bununla bağlı birgə müəssisə yaradılıb. Bu, Mərkəzi Asiya ilə Azərbaycan Enerji Dəhlizi arasında olan birgə müəssisədir. Asiya İnkişaf Bankı, o cümlədən Asiya İnfrastruktur İnvestisiya Bankı maliyyələşdirməyə başlayıb. İki potensial ixrac marşurtları var. Bununla bağlı biz qeyd etmək istəyirik ki, burada Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında elektrik əməkdaşlığı ilə bağlı anlaşma memorandumu imzalanmalıdır. Əminik ki, Cənub Qaz Dəhlizi genişmiqyaslı əməkdaşlığa çevrilərək bir platforma olacaq. Bizim birgə səylərimiz yeni mərhələyə də öz nəticələrini verəcək və enerji təhlükəsizliyində yeni imkanlar açacaq”, - deyə Pərviz Şahbazov qeyd edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bankların valyuta əməliyyatlarından gəlirləri artıb  

2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda fəaliyyət göstərən bankların məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlirlərinin həcmi 72.3 milyon manat təşkil edib.Citypost.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17.6% və ya 10.8 milyon manat artıb. Belə ki, 2024-cü ilin I rübündə bankların bu qəbildən olan gəlirləri 61.5 milyon manat təşkil edib.Qeyd edək ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 22 bankın nağd ABŞ dolları ilə alqı-satqı əməliyyatlarının həcmi 965 milyon 218 min, avro ilə 103 milyon 129.6 min, Rusiya rublu ilə 1 milyard 520.3 milyon, İngilis funtsterlinqi ilə əməliyyatların həcmi isə 6...

02 May 2025, 11:17

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,37 ABŞ dolları və ya 2,1% azalaraq 63,76 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65,13 ABŞ dolları təşkil edib.

02 May 2025, 10:09

“Şahdəniz”ə bu il çəkilən xərclərin həcmi açıqlanıb  

Bu ilin birinci rübündə “Şahdəniz” qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təxminən 939 mln. manat əməliyyat və əsaslı xərclər çəkilib.Bu barədə CityPost.az BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.Məlumata görə, qeyd olunan göstəricinin 726 mln. dolları əməliyyat xərcləri və təxminən 213 milyon dollarını əsaslı xərclər təşkil edib. Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.“Rüb ərzində “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib”, - hesabatda qeyd olunur.Bu ilin ilk üç ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo”...

01 May 2025, 13:06

Mərkəzi Bankın valyuta ehtiyatları açıqlanıb  

2025-ci il mayın ayının 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 62.5 milyon ABŞ dolları təşkil edib.CityPost.az AMB-yə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 36 milyon dollar çoxdur.Qeyd edək ki, AMB-nin valyuta ehtiyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1% azalıb.

01 May 2025, 12:59

Azərbaycan nefti bir az da ucuzlaşıb  

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.CityPost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,13 ABŞ dolları və ya 1,71% azalaraq 65,13 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66,26 ABŞ dolları təşkil edib.

01 May 2025, 11:44

Azərbaycan neftinin qiyməti 68 dollardan aşağı enib  

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.CityPost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,34 ABŞ dolları və ya 1,95% azalaraq 67,21 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68,55 ABŞ dolları təşkil edib.

29 Aprel 2025, 10:22