Bizə yazın

Baku

-°C

USD

-

Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb  

İqtisadiyyat 15 Aprel 2025, 21:23

1175

Gələn il dövlət büdcəsinin gəlirləri 39 milyard 251 milyon 300 min manat, xərcləri 42 milyard 230 milyon manat olacaq.

CityPost.az-ın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin açıqladığı 2026-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin ortamüddətli proqnoz göstəricilərində əksini tapıb.

Beləliklə, 2025-ci illə müqayisədə 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 895 milyon 300 min manat, yaxud 2,33 faiz, xərcləri 822 milyon 400 min manat, yaxud 1,98 faiz artacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri 41 milyard 407 milyon 600 min manat məbləğində təsdiq edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bankların valyuta əməliyyatlarından gəlirləri artıb  

2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda fəaliyyət göstərən bankların məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlirlərinin həcmi 72.3 milyon manat təşkil edib.Citypost.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17.6% və ya 10.8 milyon manat artıb. Belə ki, 2024-cü ilin I rübündə bankların bu qəbildən olan gəlirləri 61.5 milyon manat təşkil edib.Qeyd edək ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 22 bankın nağd ABŞ dolları ilə alqı-satqı əməliyyatlarının həcmi 965 milyon 218 min, avro ilə 103 milyon 129.6 min, Rusiya rublu ilə 1 milyard 520.3 milyon, İngilis funtsterlinqi ilə əməliyyatların həcmi isə 6...

02 May 2025, 11:17

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,37 ABŞ dolları və ya 2,1% azalaraq 63,76 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65,13 ABŞ dolları təşkil edib.

02 May 2025, 10:09

“Şahdəniz”ə bu il çəkilən xərclərin həcmi açıqlanıb  

Bu ilin birinci rübündə “Şahdəniz” qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təxminən 939 mln. manat əməliyyat və əsaslı xərclər çəkilib.Bu barədə CityPost.az BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.Məlumata görə, qeyd olunan göstəricinin 726 mln. dolları əməliyyat xərcləri və təxminən 213 milyon dollarını əsaslı xərclər təşkil edib. Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.“Rüb ərzində “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib”, - hesabatda qeyd olunur.Bu ilin ilk üç ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo”...

01 May 2025, 13:06

Mərkəzi Bankın valyuta ehtiyatları açıqlanıb  

2025-ci il mayın ayının 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 62.5 milyon ABŞ dolları təşkil edib.CityPost.az AMB-yə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 36 milyon dollar çoxdur.Qeyd edək ki, AMB-nin valyuta ehtiyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1% azalıb.

01 May 2025, 12:59

Azərbaycan nefti bir az da ucuzlaşıb  

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.CityPost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,13 ABŞ dolları və ya 1,71% azalaraq 65,13 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66,26 ABŞ dolları təşkil edib.

01 May 2025, 11:44

Azərbaycan neftinin qiyməti 68 dollardan aşağı enib  

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.CityPost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,34 ABŞ dolları və ya 1,95% azalaraq 67,21 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68,55 ABŞ dolları təşkil edib.

29 Aprel 2025, 10:22