"Problemlərimizi birlikdə həll edə bilərik - İran Prezidenti
Siyasət 28 Aprel 2025, 16:33

596
Biz birlikdə problemlərimizi həll edə bilərik.
CityPost.az-ın xəbərinə görə, bunu İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatda bildirib.
İran Prezidenti deyib ki, ərazi bütövlüyünə hörmət etməklə, region ölkələri ilə regionumuzda məsələləri həll edə bilərik: “Şimaldan Cənuba, Şərqdən Qərbə yolları, dəhlizləri aça bilərik. Biz bəzilərinə aramızda ixtilaf yaratmasına yol verə bilmərik. Ailələrimiz arasında da əlaqələr var, bunu heç kim poza bilməz. Mən Prezident İlham Əliyevin bu istiqamətdə iradəsini görürəm. Bizim də iradəmiz belədir. Biz qərarlıyıq, qardaşımın da qərarlılığın hiss edirəm. Həm İran, həm Azərbaycan üçün yaxşı gələcək yarada bilərik”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Deputatlarımız Zimbabveyə gedirlər
Milli Məclisin deputatları, Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Zaur Şükürov və Məzahir Əfəndiyev Zimbabve parlamenti sədrinin dəvətinə əsasən mayın 3-də bu ölkənin Harare şəhərinə səfər edəcəklər.Citypost.az-ın məlumatına görə, səfər çərçivəsində Milli Məclisin deputatları bir sıra görüşlər keçirəcək, qanunverici orqanlar arasında təcrübə mübadiləsinə və qarşılıqlı münasibətlərin perspektivlərinə dair müzakirələr aparacaqlar.Qeyd edək ki, səfər mayın 8-də başa çatacaq.(modern.az)
02 May 2025, 12:06

Vyetnam lideri Azərbaycana gəlir
Vyetnamın hakim partiyasının rəhbəri Azərbaycana səfər edəcək.Citypost.az APA-ya istinadla xəbər verir ki, Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam 5-12 may tarixlərində Qazaxıstan, Azərbaycan, Belarus və Rusiyada rəsmi səfərdə olacaq.O, eyni zamanda, İkinci Dünya müharibəsində qələbənin 80 illiyi münasibətilə Moskvada baş tutacaq paradda iştirak edəcək.
02 May 2025, 11:48

Bakıda ermənilərin məhkəməsi keçirilir
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir.Citypost.az xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.Xatırladaq ki, ötən prosesdə Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub.Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o...
02 May 2025, 11:39

Pakistan-Hindistan gərginliyi: XİN açıqlama yaydı
Pahalqamdakı hücumdan sonra Hindistan və Pakistan arasında mövcud gərginlik narahatlıq doğurur.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatında qeyd olunub.Azərbaycan XİN tərəfləri təmkinli olmağa və mövcud gərginliyi aradan qaldırmaq üçün konstruktiv dialoqa çağırıb:"Belə qeyri-sabit vəziyyətdə birtərəfli hərəkətlərdən çəkinmək vacibdir. Bundan əlavə, hazırkı vəziyyəti həll etmək üçün açıq və şəffaf beynəlxalq araşdırma aparılacağına ümid edirik".Bununla yanaşı, bəyanatda münaqişənin həlli üçün yolun beynəlxalq hüququn norma və prinsipləri, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında mənalı dialoqun və danışıqların olduğuna inam ifadə edilib:"Regional sabitlikdə ortaq və qarşılıqlı marağı qəbul edərək, ümid edirik ki, tərəflər öz xalqlarının və daha geniş regionun rifahının...
01 May 2025, 18:00

İtaliya deputatları Xankəndiyə səfər edib - FOTO
Azərbaycanda səfərdə olan İtaliyadan olan deputatlar, Azərbaycanla dostluq qrupunun üzvləri mayın 1-də Xankəndiyə səfər ediblər.CityPost.az xəbər verir ki, qonaqları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi qarşılayıb. Səfər şərçivəsində qonaqlar “Zəfər” meydanında olub, burada görülən işlərlə tanış olublar. Onlar Xankəndidə Qarabağ Unversitetini də ziyarət ediblər.Qeyd edək ki, qonaqları Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Azər Kərimli və digər rəsmi şəxslər müşayiət ediblər.(apa)...
01 May 2025, 16:03

Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbəti iclası başlayıb.CityPost.az-ın xəbərinə görə, iclasın gündəliyinə 12 məsələ daxil edilib.
01 May 2025, 11:25