Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan və İran prezidentləri mətbuata bəyanatla çıxış ediblər - YENİLƏNİB

Siyasət 28 Aprel 2025, 17:14

388

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxış ediblər.

CityPost.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Əminəm ki, Sizin səfəriniz Azərbaycan-İran dostluq, qardaşlıq münasibətlərinin inkişafına öz dəyərli töhfəsini verəcək.

Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür.

Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq.

Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi ənənəvi olaraq dəstəkləyirik. Bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır.

Biz bu gün geniş gündəlik əsasında fəaliyyət göstəririk. Burada həm regional təhlükəsizlik məsələləri önəmli rol oynayır, - bu barədə fikir mübadiləsi aparılmışdır, - eyni zamanda, çoxtərəfli əməkdaşlıq üçün gözəl şərait var. Təbii olaraq bizim ticarət əlaqələrimizin inkişafı ilə bağlı konkret göstərişlər verildi. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş də çox məhsuldar olmuşdur. Birinci mərhələdə hörmətli Prezidentlə təkbətək və məhdud tərkibdəki görüş əsnasında fikir mübadiləsi aparılmışdır. Yəni, məramımız, məqsədimiz birdir - Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır. Bunun üçün yenə də deyirəm, müvafiq göstərişlər verildi və əminəm ki, bu göstərişlər yerinə yetiriləcək.

Prezidentin səfərinə qədər çox fəal təmaslar həyata keçirilirdi, yüksəkvəzifəli şəxslər qarşılıqlı səfərlər edirdilər, həm Prezidentin səfərinə hazırlıq məqsədilə, eyni zamanda, konkret layihələrin icrası üçün. Bütün bu işlərdə əməyi olan vəzifəli şəxslərə öz təşəkkürümü bildirmək istəyirəm. Səfər doğrudan da çox yaxşı hazırlanıb, çox yaxşı sənədlər ərsəyə gəlib. Əminəm ki, qəbul edilmiş qərarlar bizim əlaqələrimizi uzun illər bundan sonra yüksələn xətlə aparacaq.

Biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini geniş müzakirə etdik. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq.

Biz bu gün, eyni zamanda, humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verdik. Müəyyən etdik ki, sonuncu qarşılıqlı mədəniyyət günləri səkkiz il bundan əvvəl keçirilmişdir və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək. Xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir.

Mən heç şübhə etmirəm ki, bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq. Biz Prezident Pezeşkianı səbirsizliklə gözləyirdik. Çox təəssüf edirik ki, bir neçə gün bundan əvvəl İranda baş vermiş faciə insan itkiləri ilə nəticələndi. Bir daha qardaş İran xalqına başsağlığı veririk. Allah həlak olanlara rəhmət eləsin, yaralananlara Allah şəfa versin. Bu faciəyə baxmayaraq, Prezident Pezeşkian Azərbaycana öz səfərini gerçəkləşdirir. Biz bunu çox yüksək qiymətləndiririk və Allah xalqlarımızı bu bəlalardan qorusun, həmişə bizim bölgəmizdə sülh olsun, əmin-amanlıq olsun və hər iki ölkə bu istiqamətdə öz səylərini göstərəcək. Hər halda ikitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər də üstün tutuldu.

Mən yenə də Prezident Pezeşkiana “Xoş gəlmisiniz!” deyirəm, mənim dəvətimi qəbul edib Azərbaycana səfər etdiyi üçün təşəkkürümü bildirmək istəyirəm. Onunla birlikdə gələn bütün qonaqlarımıza da “Xoş gəlmisiniz!” deyirəm. Əminəm ki, səfəriniz uğurlu, nəticələr də çox gözəl olacaq. Sağ olun.

***

15:27

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatla çıxış ediblər.

Bu barədə CityPost.az xəbər verir.

***

15:07

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatla çıxış edirlər.

Bu barədə CityPost.az xəbər verir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Deputatlarımız Zimbabveyə gedirlər  

Milli Məclisin deputatları, Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Zaur Şükürov və Məzahir Əfəndiyev Zimbabve parlamenti sədrinin dəvətinə əsasən mayın 3-də bu ölkənin Harare şəhərinə səfər edəcəklər.Citypost.az-ın məlumatına görə, səfər çərçivəsində Milli Məclisin deputatları bir sıra görüşlər keçirəcək, qanunverici orqanlar arasında təcrübə mübadiləsinə və qarşılıqlı münasibətlərin perspektivlərinə dair müzakirələr aparacaqlar.Qeyd edək ki, səfər mayın 8-də başa çatacaq.(modern.az)

02 May 2025, 12:06

Vyetnam lideri Azərbaycana gəlir  

Vyetnamın hakim partiyasının rəhbəri Azərbaycana səfər edəcək.Citypost.az APA-ya istinadla xəbər verir ki, Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam 5-12 may tarixlərində Qazaxıstan, Azərbaycan, Belarus və Rusiyada rəsmi səfərdə olacaq.O, eyni zamanda, İkinci Dünya müharibəsində qələbənin 80 illiyi münasibətilə Moskvada baş tutacaq paradda iştirak edəcək.

02 May 2025, 11:48

Bakıda ermənilərin məhkəməsi keçirilir  

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir.Citypost.az xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.Xatırladaq ki, ötən prosesdə Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub.Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o...

02 May 2025, 11:39

Pakistan-Hindistan gərginliyi: XİN açıqlama yaydı  

Pahalqamdakı hücumdan sonra Hindistan və Pakistan arasında mövcud gərginlik narahatlıq doğurur.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatında qeyd olunub.Azərbaycan XİN tərəfləri təmkinli olmağa və mövcud gərginliyi aradan qaldırmaq üçün konstruktiv dialoqa çağırıb:"Belə qeyri-sabit vəziyyətdə birtərəfli hərəkətlərdən çəkinmək vacibdir. Bundan əlavə, hazırkı vəziyyəti həll etmək üçün açıq və şəffaf beynəlxalq araşdırma aparılacağına ümid edirik".Bununla yanaşı, bəyanatda münaqişənin həlli üçün yolun beynəlxalq hüququn norma və prinsipləri, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında mənalı dialoqun və danışıqların olduğuna inam ifadə edilib:"Regional sabitlikdə ortaq və qarşılıqlı marağı qəbul edərək, ümid edirik ki, tərəflər öz xalqlarının və daha geniş regionun rifahının...

01 May 2025, 18:00

İtaliya deputatları Xankəndiyə səfər edib - FOTO  

Azərbaycanda səfərdə olan İtaliyadan olan deputatlar, Azərbaycanla dostluq qrupunun üzvləri mayın 1-də Xankəndiyə səfər ediblər.CityPost.az xəbər verir ki, qonaqları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi qarşılayıb. Səfər şərçivəsində qonaqlar “Zəfər” meydanında olub, burada görülən işlərlə tanış olublar. Onlar Xankəndidə Qarabağ Unversitetini də ziyarət ediblər.Qeyd edək ki, qonaqları Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Azər Kərimli və digər rəsmi şəxslər müşayiət ediblər.(apa)...

01 May 2025, 16:03

Milli Məclisin iclası başlayıb  

Milli Məclisin növbəti iclası başlayıb.CityPost.az-ın xəbərinə görə, iclasın gündəliyinə 12 məsələ daxil edilib.

01 May 2025, 11:25