Bu gün Şuşa, Xankəndi və Xocalıda ilk dəfə buraxılış imtahanı keçirilir
Cəmiyyət 13 Aprel 2025, 10:44

2219
13 aprel 2025-ci il tarixində işğaldan azad olunmuş Şuşa, Xankəndi və Xocalı rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə ilk dəfə olaraq buraxılış imtahanı keçirilir.
Citypost.az-ın yerli bürosu xəbər verir ki, işğaldan azad olunmuş təhsil bərpa olunan Xankəndi, Şuşa və Xocalı rayonlarındakı imtahanlarda
- Xankəndi şəhəri 4 N-li tam orta məktəb- 49 şagird
- Xocalı şəhəri 1 N-li tam orta məktəb – 6 şagird
- Şuşa şəhəri 1 N-li tam orta məktəb- 14 şagird buraxılış imtahanında iştirak edir.
İşğaldan azad olunan rayonlar üzrə buraxılış imtahanları 3 binada təşkil olunub. İmtahanın idarə olunmasına 3 bina nümayəndəsi, 3 imtahan rəhbəri və 4 zal nəzarətçisi cəlb olunmub.
İşğaldan azad olunmuş rayonlardakı imtahanlarda ümumilikdə 69 nəfər şagirdin iştirakı nəzərdə tutulub.
İmtahan bütün binalarda eyni vaxtda başlayıb və 3 saat davam edəcək.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərir, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olur. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Aprelin 14-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalı aparılacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Sabiq nazirin ölkədən çıxışına qadağa qoyuldu
Azərbaycanın keçmiş səhiyyə naziri Rahim Hüseynovun ölkədən çıxşı məhdulaşdırılıb.
19 May 2025, 15:14

Toplum TV işi: İttiham aktının bir hissəsi elan olundu
Toplum TV işi üzrə təqsirləndirilən Ələsgər Məmmədli, Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, Fərid İsmayılov, İlkin Əmrahov, Ruslan İzzətli və Elmir Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
19 May 2025, 13:54

Sabah hava necə olacaq?
Mayın 20-də hava necə olacaq?Mayın 20-də gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə
19 May 2025, 12:55

Partlayış səsləri eşidiləcək - MN-dən xəbərdarlıq
Pirəkəşküldə 19-23 may tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.
19 May 2025, 12:18

DYP-dən dumanlı hava ilə bağlı xəbərdarlıq
Baş Dövlət Yol Polisi İdarəsi (DYP) dumanlı hava ilə bağlı xəbərdarlıq edib.
19 May 2025, 11:39

Bu gecə Bakıya leysan yağacaq - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında mayın 19-u axşam və 19-dan 20-nə keçən gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.Bu barədə
19 May 2025, 11:22