Davit İşxanyanın vaxtilə işğalda olmuş ərazilərdəki döyüş əməliyyatlarında iştirakı sübut edilib
Hadisə 19 May 2025, 20:40

248
Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Davit İşxanyanın Azərbaycanın vaxtilə işğalda olmuş ərazilərindəki fəaliyyətini, döyüş əməliyyatlarında iştirak etməsini sübut edən videomaterial nümayiş olunub.
Videomaterialda D.İşxanayanın döyüş yoldaşları və onu tanıyanlar təqsirləndirilən şəxs barədə danışırlar.
Alik Sarqsyan onun əlinə ilk silah götürənlərdən biri olaraq, ilk könüllülər dəstəsinin təsisçilərindən, həmçinin ilk bölük və tabor komandirlərindən biri olduğunu vurğulayıb: “O, tarixi bir tapşırığı yerinə yetirib, bunu belə demək olar. Əlinə silah götürməklə, xalqın içində özünümüdafiə ideologiyasını yaymaqla, hamı üçün şəxsən nümunə kimi görünməklə tarixi bir vəzifəni yerinə yetirib”.
Videoda Movses Akopyan isə əminliklə deyib: “Erməni ordusunun yaradılmasının əsasını və ya bünovrəsini qoyanlardan biri bizim döyüş yoldaşımızdır – Davitdir”.
Videomaterialda Araz Koçaryan bildirib: “Bir gün təsadüfən qarşılaşdıq və təcübləndim, Davit İşxanyanın boyununda “sərkərdə Andranikin” medalyonu asılmışdı”.
Hmayak Haroyan onların “Aşan” bölüyü və Monte Molekunyan ilə birlikdə Gülablını mühasirəyə aldığını, nəticədə isə azərbaycanlıların mühasirəyə düşdüyünü vurğulayıb.
Həmçinin oxuyun
Abrik Hayrapetyan da deyib ki, “Avo” qoşunda, tabor komandiri kimi, Daviti yüksək səviyyədə dəyərləndirib.
Ermənilər tərəfindən çəkilən kadrlarda Davit İşxanyan “azadlıq uğrunda mübarizə aparan tələbə hərəkatı” qabaqcıllarından biri, “Aşan” kəndinin “özünümüdafiə dəstəsi”nin komandiri, “özünümüdafiə ordusu”nun 28-ci taborunun komandiri, müharibədən sonra isə ictimai və siyasi xadim kimi təqdim edilir.
Kadrlarda Davit İşxanyan bildirib: “Artıq çoxları tərəfindən hiss olunurdu və nəzərə çarpırdı ki, bu hərəkat öz məntiqi sonluğuna yalnız silahlı toqquşmalar və müharibə yolu ilə çatacaq. Çalışırdıq ki, azərbaycanlılar üçün o dəhşəti atmosferi yaradaq. Bizim əsas tapşırığımız müdafiə xəttini təmin etmək idi. Biz o əməliyyatda iştirak etməyi çox arzulayırdıq, lakin bizim tapşırığımız başqa idi. Monte Melkonyan tərəfindən Abdal Gülablı əməliyyatı təşkil olundu, lakin çox təəssüf ki, o gün biz 6 döyüş yoldaşımızı itirdik. Onların sırasında həmçinin Armen Avakyan da var idi. Bundan sonra çox ağır bir dövr oldu. 1992-ci ilin sentyabrın 4-5-də o kəndi azad edə bildik. Qarşımıza qoyulan tapşırıq Xocavənd bölgəsində qüsursuz yerinə yetirildi və Ağdam bizim ümumi nəzarətimizə keçdi. Azadlıq uğrunda gedən döyüşlər bitdikdən sonra taborun uşaqları Ağdərə rayonunda gedən döyüşlərdə də iştirak etdilər və demək olar ki, 1994-cü ilin may ayında atəşkəs təsdiq olunana qədər davam edən döyüş əməliyyatlarında iştirak etdilər”.
Dövlət ittihamçısının suallarını cavablandıran D. İşxanyan Abdal Gülablı, Füzulinin Aşağı Veysəlli ilə Cardar arasındakı təpənin, Ağdərənin işğal olunması əməliyyatlarında iştirak etdiyini təsdiq edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 22-də davam etdiriləcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Elgünün ölümü ilə bağlı rəsmi şəxsdən açıqlama +VİDEO
“Elgünün ölümü ilə bağlı cinayət işi başlandıqdan sonra ibtidai araşdırmanın gedişində hadisə yerinə ilkin və təkrar baxışlar keçirilib. Mərhumun meyiti xarici və daxili müayinələrdən keçirilib. Mərhumun meyitindən, o cümlədən hadisə yerindən müəyyən nümunələr götürülüb. Həmin nümunələr üzrə çoxsaylı ekspertizalar təyin edilərək aidiyyəti üzrə göndərilmişdi”.Oxu24.com xəbər verir ki, bu sözləri Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin böyük prokuror-metodisti Sabir Musayev İTV-nin efirində deyib.O bildirib ki, hadisə yerinə yaxın intervalda yerləşən ictimai iaşə obyektlərinə quraşdırılmış müşahidə kameralarından müəyyən görüntülər götürülüb: “Eyni zamanda təhlükəsiz şəhər kameralarından müəyyən görüntülər götürülüb, həmin görüntülərə də baxış keçirilib. Bundan başqa, mərhumun yaxın münasibətdə olduğu şəxslərin dairəsi müəyyənləşdirilib. İş və...
20 May 2025, 13:54

Bakıda itkin düşən 64 yaşlı qadın axtarılır
İtkin düşən 64 yaşlı qadın axtarılır.CityPost.az DİN-ə istinadən xəbər verir ki, Bakı şəhər sakini fiziki məhdudiyyəti olan 64 yaşlı Suvar Qaraxanova yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, həmçinin Xətai Rayon Polis İdarəsinin (012) 422-02-02 şəhər və (+994)99-448-02-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur....
20 May 2025, 11:06

Putin Trampla telefon danışığı iki saatdan çox davam edib
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ABŞ Prezidenti Donald Trampla telefon danışığı iki saatdan çox davam edib.Putin Trampla söhbətini bitirdikdən sonra media önünə çıxıb.O, ABŞ prezidenti ilə söhbətinin məzmununu qısaca açıqlayıb.Qeyd edək ki, bu, Amerika liderinin prezident kimi fəaliyyətə başlamasından sonra onlar arasında baş tutmuş üçüncü telefon danışığıdır. Kreml danışıqların nəticələri barədə məlumat verəcəyini vəd edib. Tramp isə daha əvvəl bildirmişdi ki, o, Ukraynadakı münaqişəni, o cümlədən ərazilər və atom elektrik stansiyalarına nəzarət məsələsini Putinlə müzakirə etmək niyyətindədir....
19 May 2025, 21:46

DTX onları ölkəyə gətirdi - Video
Terror qruplaşmasının fəaliyyətində iştirak edən şəxslər saxlanılaraq ölkəyə gətiriliblər.DTX-nın məlumatı: Terror aktlarına hazırlıqla bağlı araşdırmalar davam edir
19 May 2025, 13:29

Bakıda avtomobil mopedlə toqquşub, ölən var
Bakıda avtomobil mopedlə toqquşub.Hadisə Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 58 ünvanında qeydə alınıb.Sadəddi Ağakişiyevin idarə etdiyi “Toyota Prius C” markalı avtomobil hərəkətdə olarkən Samir Məmmədovun idarə etdiyi “Minsk” markalı mopedlə toqquşub.Nəticədə mopeddə olan sərnişin Əşrəf Mirzəyev müxtəlif dərəcəli xəsarətlərdən xəstəxanada ölüb.Fakta görə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
19 May 2025, 10:02

Beyləqanda avtomobil rəmzi giriş qapısına çırpılıb, 4 nəfər yaralanıb
Beyləqanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosu xəbər verir ki, hərəkətdə "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq rayonun giriş hissəsində inşa edilmiş rəmzi giriş qapısına çırpılıb.Hadisə nəticəsində 2001-ci ilə təvəllüdlü, Qazax rayon sakini Abdullayev Həmid İsrail oğlu, 1997-ci il təvəllüdlü, İsmayıllı rayon sakini Quluzadə Rəşad Rauf oğlu, 1997-ci il təvəllüdlü, Yardımlı rayon sakini Rzazadə Ülvi Üzeyir oğlu, 1998-ci il təvəllüdlü, 1998-ci il təvəllüdlü, Beyləqan rayon sakini Mövlamov Sabir Rasım oğlu müxtəlif dərəcəli xəsarət alıblar.Yaralılar Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırıblar.Faktla bağlı araşdırma aparılır....
18 May 2025, 12:08