DTX onları ölkəyə gətirdi - Video
Hadisə 19 May 2025, 13:29

389
Terror qruplaşmasının fəaliyyətində iştirak edən şəxslər saxlanılaraq ölkəyə gətiriliblər.
DTX-nın məlumatı: Terror aktlarına hazırlıqla bağlı araşdırmalar davam edir
CityPost.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatında deyilir.
Yeraltı sığınacaqlar və silah-sursatla təchizat aşkar edilib
Məlumata görə, beynəlxalq terror təşkilatları ilə əlaqəsi olan Azərbaycan Respublikasının vətəndaşlarından ibarət cinayətkar dəstələr formalaşdırma, ölkənin şimal bölgəsində meşə massivində yeraltı sığınacaqlar yaradılması ilə müşayiət olunan terror aktlarına hazırlıq, bu məqsədlə silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmə əməlləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işləri üzrə kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Terrorçuların xarici ölkələrdə təlim keçməsi müəyyən edilib
Aparılan araşdırmalarla terrorçuluq cinayətlərinin törədilməsi məqsədilə yaradılmış dəstənin üzvləri olan Azərbaycan Respublikasının vətəndaşları - Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli və Dadaş Həşimovun 2024-cü ildə Azərbaycan Respublikasını tərk edərək Pakistan İslam Respublikasının Əfqanıstanla sərhədində yerləşən dağlıq ərazilərdə gizləndikləri təsbit edilib.
Onların beynəlxalq terror təşkilatının tərkibində Azərbaycanın hüdudlarından kənarda döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak etmələri, cinayətkar məqsədlərlə silahlı təlimlər keçmələri müəyyənləşdirilib.
Həmçinin oxuyun
Cinayətkarların Azərbaycana gətirilməsi təmin olunub
DTX tərəfindən tərəfdaş xarici xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində barələrində istintaq aparılan adları qeyd olunan şəxslərin xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətirilmələri təmin edilib.
Terrorçuluğun maliyyələşdirilməsi faktı və əlavə cinayətlər aşkarlanıb
Həmçinin görülən tədbirlərlə Tofiq Yusiflinin və Dadaş Həşimovun terrorçuluq fəaliyyətlərinin Azərbaycan Respublikasının vətəndaşları - Mir Cavad Hüseynli və Tural Ağayev tərəfindən maliyyələşdirildiyi, habelə sonuncuların digər cinayət əməlləri aşkar olunub.
Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib
Cinayətkar dəstənin üzvləri - Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayev müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 283-1.3 (dini məzhəbləri yayma, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış sabit qruplarda, təlimlərdə və silahlı münaqişələrdə iştirak etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmiş, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Elgünün ölümü ilə bağlı rəsmi şəxsdən açıqlama +VİDEO
“Elgünün ölümü ilə bağlı cinayət işi başlandıqdan sonra ibtidai araşdırmanın gedişində hadisə yerinə ilkin və təkrar baxışlar keçirilib. Mərhumun meyiti xarici və daxili müayinələrdən keçirilib. Mərhumun meyitindən, o cümlədən hadisə yerindən müəyyən nümunələr götürülüb. Həmin nümunələr üzrə çoxsaylı ekspertizalar təyin edilərək aidiyyəti üzrə göndərilmişdi”.Oxu24.com xəbər verir ki, bu sözləri Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin böyük prokuror-metodisti Sabir Musayev İTV-nin efirində deyib.O bildirib ki, hadisə yerinə yaxın intervalda yerləşən ictimai iaşə obyektlərinə quraşdırılmış müşahidə kameralarından müəyyən görüntülər götürülüb: “Eyni zamanda təhlükəsiz şəhər kameralarından müəyyən görüntülər götürülüb, həmin görüntülərə də baxış keçirilib. Bundan başqa, mərhumun yaxın münasibətdə olduğu şəxslərin dairəsi müəyyənləşdirilib. İş və...
20 May 2025, 13:54

Bakıda itkin düşən 64 yaşlı qadın axtarılır
İtkin düşən 64 yaşlı qadın axtarılır.CityPost.az DİN-ə istinadən xəbər verir ki, Bakı şəhər sakini fiziki məhdudiyyəti olan 64 yaşlı Suvar Qaraxanova yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, həmçinin Xətai Rayon Polis İdarəsinin (012) 422-02-02 şəhər və (+994)99-448-02-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur....
20 May 2025, 11:06

Putin Trampla telefon danışığı iki saatdan çox davam edib
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ABŞ Prezidenti Donald Trampla telefon danışığı iki saatdan çox davam edib.Putin Trampla söhbətini bitirdikdən sonra media önünə çıxıb.O, ABŞ prezidenti ilə söhbətinin məzmununu qısaca açıqlayıb.Qeyd edək ki, bu, Amerika liderinin prezident kimi fəaliyyətə başlamasından sonra onlar arasında baş tutmuş üçüncü telefon danışığıdır. Kreml danışıqların nəticələri barədə məlumat verəcəyini vəd edib. Tramp isə daha əvvəl bildirmişdi ki, o, Ukraynadakı münaqişəni, o cümlədən ərazilər və atom elektrik stansiyalarına nəzarət məsələsini Putinlə müzakirə etmək niyyətindədir....
19 May 2025, 21:46

Davit İşxanyanın vaxtilə işğalda olmuş ərazilərdəki döyüş əməliyyatlarında iştirakı sübut edilib
Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Davit İşxanyanın Azərbaycanın vaxtilə işğalda olmuş ərazilərindəki fəaliyyətini, döyüş əməliyyatlarında iştirak etməsini sübut edən videomaterial nümayiş olunub.Videomaterialda D.İşxanayanın döyüş yoldaşları və onu tanıyanlar təqsirləndirilən şəxs barədə danışırlar.Alik Sarqsyan onun əlinə ilk silah götürənlərdən biri olaraq, ilk könüllülər dəstəsinin təsisçilərindən, həmçinin ilk bölük və tabor komandirlərindən biri olduğunu vurğulayıb: “O, tarixi bir tapşırığı yerinə yetirib, bunu belə demək olar. Əlinə silah götürməklə, xalqın içində özünümüdafiə ideologiyasını yaymaqla, hamı üçün şəxsən nümunə kimi görünməklə tarixi bir vəzifəni yerinə yetirib”.Videoda Movses Akopyan isə əminliklə deyib: “Erməni ordusunun yaradılmasının əsasını və ya bünovrəsini qoyanlardan biri...
19 May 2025, 20:40

Bakıda avtomobil mopedlə toqquşub, ölən var
Bakıda avtomobil mopedlə toqquşub.Hadisə Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 58 ünvanında qeydə alınıb.Sadəddi Ağakişiyevin idarə etdiyi “Toyota Prius C” markalı avtomobil hərəkətdə olarkən Samir Məmmədovun idarə etdiyi “Minsk” markalı mopedlə toqquşub.Nəticədə mopeddə olan sərnişin Əşrəf Mirzəyev müxtəlif dərəcəli xəsarətlərdən xəstəxanada ölüb.Fakta görə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
19 May 2025, 10:02

Beyləqanda avtomobil rəmzi giriş qapısına çırpılıb, 4 nəfər yaralanıb
Beyləqanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosu xəbər verir ki, hərəkətdə "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq rayonun giriş hissəsində inşa edilmiş rəmzi giriş qapısına çırpılıb.Hadisə nəticəsində 2001-ci ilə təvəllüdlü, Qazax rayon sakini Abdullayev Həmid İsrail oğlu, 1997-ci il təvəllüdlü, İsmayıllı rayon sakini Quluzadə Rəşad Rauf oğlu, 1997-ci il təvəllüdlü, Yardımlı rayon sakini Rzazadə Ülvi Üzeyir oğlu, 1998-ci il təvəllüdlü, 1998-ci il təvəllüdlü, Beyləqan rayon sakini Mövlamov Sabir Rasım oğlu müxtəlif dərəcəli xəsarət alıblar.Yaralılar Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırıblar.Faktla bağlı araşdırma aparılır....
18 May 2025, 12:08