Husilər Ben-Qurion hava limanına raket zərbələri endirib
Dünya 18 May 2025, 11:55

580
Yəməndəki üsyankar “Ənsar Allah” hərəkatına bağlı husilər Təl-Əvivdə yerləşən Ben-Qurion beynəlxalq hava limanına raket zərbələri endirdiklərini açıqlayıblar.
Bu barədə husilərin silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariə məlumat verib.
“Yəmən raket qüvvələri hərbi əməliyyat keçirərək Yaffa (Təl-Əviv – red.) ərazisində yerləşən Ben-Qurion hava limanını iki ballistik raketlə vurub. Əməliyyat nəticəsində milyonlarla insan sığınacaqlara getməyə məcbur edilib. Hava limanında aviauçuşlar bir saat müddətinə dayandırılıb”, – deyə o, husilərə məxsus Al Masirah telekanalının efirində bildirib.
Həmçinin oxuyun
Sariənin sözlərinə görə, zərbələrdən biri “Fələstin-2” adlı hipersəs raketi ilə həyata keçirilib. O həmçinin qeyd edib ki, şənbə səhəri Yəmən üsyançıları İsrail hava limanı istiqamətində zərbə dronu da göndəriblər.
Qeyd edək ki, bundan əvvəl İsrail ordusu Yəməndən İsrailə tərəf atılmış bir raketin hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirildiyini açıqlamışdı. Ölkənin bir neçə bölgəsində hava hücumu siqnalları səslənib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

"ABŞ-ın NATO müttəfiqlərindən heç biri Patriot sistemlərini Kiyevə köçürmək istəmir" - Rubio
ABŞ dövlət katibi Markark Rubio ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin dinləmələrində bildirib ki, Vaşinqtonun NATO müttəfiqlərindən heç biri öz Patriot hava hücumundan müdafiə sistemlərini Kiyevə təhvil vermək istəmir.
20 May 2025, 19:50

Lavrov İrəvana gəlib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana gəlib.
20 May 2025, 19:41

"Bayden sənədləri özü imzalamayıb" - Tramp
ABŞ Prezidenti Donald Tramp Nümayəndələr Palatasının Respublikaçılar Partiyasının illik konfransında çıxış etmək üçün çərşənbə axşamı səhər tezdən Kapitoli təpəsinə gəlib.
20 May 2025, 19:21

Çin yeni təyyarəsini təqdim etdi
Çin 100-ə qədər kiçik dron istehsal edə bilən pilotsuz təyyarəni nümayiş etdirib.
20 May 2025, 18:45

Britaniyalı atlet Avstraliya ətrafında ən sürətli qaçan şəxs oldu
Britaniyalı ultramarafonçu Uilyam Qudc Avstraliyada qaçaraq dünya rekordu qırıb.
20 May 2025, 18:18

ABŞ 200 000 ukraynalını qaçqın statusundan məhrum edə bilər
"2022-ci ildən ABŞ-a gələn 200 mindən çox ukraynalı qaçqın statusunu itirə bilər".
20 May 2025, 17:30