Bağçalara qəbul üzrə növbələrin yaradılması dayandırılır
Cəmiyyət 19 May 2025, 10:25

238
Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılır.
CityPost.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Həmçinin oxuyun
Bildirilib ki, 2025-2026-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq ilə əlaqədar olaraq 23 may 2025-ci il tarixindən etibarən qəbul sistemi (bq.edu.az) üzrə növbələrin yaradılmasında fasilə yaranacaq, sistemə giriş məhdudlaşacaq və təsdiqlənməmiş sorğular silinəcək.
"Qəbul sistemi vasitəsilə növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul ilə bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcəkdir", - deyə məlumatda qeyd edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

"Abzas Media" işi üzrə cəza istənilib
"Abzas Media" əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
20 May 2025, 17:22

Bu tarixdə iş olmayacaq
Mayın 28-i ölkə ərazisində Müstəqillik Günü qeyd olunur.KONKRET.az xəbər verir ki, Əmək Məcəlləsinə əsasən, 28 May rəsmi bayram günü olduğundan qeyri-iş günü sayılır.Qeyd edək ki, 2021-ci ildən bəri bu tarix Respublika Günü deyil, Müstəqillik Günü kimi qeyd olunur.Həmin gün dövlət qurumları, banklar, təhsil müəssisələri fəaliyyət göstərməyəcək.
20 May 2025, 16:20

Güclü külək əsəcək - sarı və narıncı xəbərdarlıq
Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
20 May 2025, 14:59

Ədliyyə nazirinin müavini Rasim Həmidovu qəbul etdi
Sumqayıt Şəhər Məhkəməsinin 10.01.2022-ci il tarixli qətnaməsi ilə əslən Laçın rayonundan olan, məcburi köçkün Rasim Həmidovun keçmiş həyat yoldaşı Sevinc Həmidovaya qarşı aliment ödəmə iddiası təmin edilməsinə dair çıxardığı qətnamənin qəsdən icra olunmaması barədə məlumat vermişdik.Məhkəmənin qət etdiyinə görə,Sevinc Həmidova birgə nikahdan olan 3 övladlarının saxlanması üçün hər ay,hər uşağa görə Rasim Həmidova 150 manat sabit pul məbləğində aliment ödəməlidir. Lakin,aliment ödəməli olan Sevinc Həmidova məhkəmənin qanuni qətnaməsini saya salmır,belə ki, icra etməməkdən ötrü müxtəlif cür bəhanələr gətirərək,süni əngəl törətməklə məşğuldur.Fotoda Ədliyyə nazirinin müavini,III dərəcəli dövlət ədliyyə müşaviri Mübariz ƏhmədovdurRasim Həmidovu bu gün Ədliyyə nazirinin müavini,III dərəcəli dövlət ədliyyə müşaviri Mübariz...
20 May 2025, 14:16

Sabah 30 dərəcə isti olacaq
Mayın 21-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən
20 May 2025, 12:54

“Son zəng” bu tarixdə keçiriləcək
Bu il ümumi təhsil müəssisələrində "Son zəng" iyunun 14-ü keçiriləcək.
20 May 2025, 11:48