Bizə yazın

Baku

-°C

USD

-

"Rusiya Finlandiya ilə sərhəddə hərbi mövcudluğunu artırır" - NYT

Dünya 19 May 2025, 16:37

268

“New York Times” (NYT) peyk görüntülərinin təhlilinə əsaslanaraq yazır ki, Rusiya Finlandiya ilə sərhəddə hərbi mövcudluğunu artırır.

CityPost.az xəbər verir ki, NATO rəsmiləri tərəfindən təsdiqlənən görüntülərdə cərgə-cərgə çadırlar, hərbi texnika üçün yeni anbarlar, döyüşçülərin sığınacaqlarının təmiri və əsasən istifadə olunmamış və böyüyən helikopter bazasında tikinti işləri əks olunub.

Finlandiya ilə sərhəddə mövcudluğun gücləndirilməsi çox güman ki, uzunmüddətli planın elementidir. Bu, 2022-ci ildə Ukrayna ilə sərhəddə baş verənlərə bənzəmir.

Finlandiya rəsmiləri hesab edirlər ki, Rusiyanın sərhəddəki hərbi mövcudluğunun təhlükəli səviyyəyə çatması üçün təxminən beş il lazım olacaq.

Analitiklər, hesab edirlər ki, Ukraynada müharibənin kəskin mərhələsi başa çatdıqdan sonra Rusiya öz qoşunlarını NATO ilə həmsərhəd bölgələrdə və xüsusilə Arktikada cəmləşdirəcək.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66