Bizə yazın

Baku

-°C

USD

-

“5 min manat maaşla necə pul yığıb maşın alım?” 

Müsahibələr 18 May 2025, 10:44

6742

“Mənim heç vaxt maşınım olmayıb, heç indi də yoxdur. Hər yerə idarənin maşını ilə gedirdim. İndi də Milli Məclisə gedəndə 18 nömrəli avtobusla gedirəm, qayıdanda piyada metroya düşürəm”.

Citypost.az  xəbər verir ki, bunu Modern.az-a müsahibəsində Milli Məclisin deputatı Səyyad Salahlı bildirib.

S.Salahlı qeyd edib ki, bəzən tədbirlərə köməkçisinin maşını ilə gedir:

“Mən kiməsə buna görə müraciət edə bilmərəm. Gedib kiməsə deyim, o da bir vəzifəli şəxsə nəsə desin. Lazım deyil belə şeylər. Kimdənsə asılı olmaq mənlik deyil.

Mən Dini Komitədə işlədiyim müddətdə xidməti maşından istifadə etmişəm, başqa heç nə. Deyirsiniz ki, deputatsan. Lap tutaq ki, 5 min manat maaş alıram. Mənim də qayğılarım var, həyat yoldaşım, nəvələrim... Özümün gündəlik, səhhətlə əlaqəli xərclərimiz var. Pulu alırsan, müalicələrə gedir. Mən oradan nə qənaət edib, pul yığıb maşın ala bilərəm?”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mehman Cavadoğlu: "Heç vaxt ağlıma gəlməzdi ki, 70 yaşa çatacağam" - Müsahibə 

CityPost.az  tanınmış jurnalist, publisist Mehman Cavadoğlunun APA-ya müsahibəsini təqdim edir.Votsapda göndərilən məkan bizi asanlıqla Badamdardakı ünvana çatdırır. Bloku, mənzili axtarıb tapmaq lazımdır. Hardasa 27-28 il öncəni xatırlamağa çalışıram, o zaman olduğum məhəllə çox dəyişib, nə qədər yeni bina var. Zəng edirəm. “Bir az qabağa gəlin, çıxıram”, deyir. Az keçmir blokun qarşısından səsləyir. 20 ilə yaxındır görmədiyim tanınmış qəzetçi, jurnalist, publisist, tərcüməçi Mehman Cavadoğlu qarşımızda dayanıb. Dillənməsə, tanımazdım. Bircə səsi, bir də təbəssümü dəyişməyib.Mənzilin qapısını açıb içəri dəvət edir. Xəyalən 90-cı illərin sonlarına boylanıram - xəstələnib yatağa düşəndə kollektiv halda ona evində baş çəkməyimiz, mərhum həyat yoldaşı Lətifə xanımın bizi qarşılamağı,...

25 Yanvar 2026, 11:24

Yaradıcılıq süni intellektə təslim olmayacaq – Rejissor Elşən Zeynallı  

Dünya sürətlə dəyişir və texnologiya həyatımızın hər sahəsinə təsir edir. Son illərdə süni intellektin film və klip istehsalına daxil olması kino sənətində ciddi müzakirələr doğurub. Bəs süni intellekt kino yaradıcılığının inkişafına kömək edəcək, yoxsa sənətin ruhuna təhlükə yaradır?Bu mövzuda kinorejissor Elşən Zeynallı  Citypost.az saytına öz fikirlərini bölüşüb.Onun sözlərinə görə, dünya getdikcə dəyişir və bu dəyişiklikdə əsas rol insanlara məxsusdur. “Biz insanlar süni intellekt yaradırıq, lakin eyni zamanda süni intellekt də bizi məhv edə bilər. Özümüzün yaratdığı vasitə özümüzü təhlükəyə ata bilər” – deyə rejissor vurğulayıb.Elşən Zeynallı əlavə edib ki, süni intellekt həm kimya-biologiya elmini, həm də incəsənəti əvəz edə bilməyəcək. “Kinematoqrafiya,...

19 Yanvar 2026, 13:09

İranda etiraz dalğası: ABŞ və İsrailin rolu nədir? – Konfliktoloq Elman Vəliyev danışır  

İran bir həftədən çoxdur ki, etiraz dalğalarının mərkəzindədir. Aksiyalar sosial rifahdan qadın hüquqlarına qədər müxtəlif səbəblərlə bağlı olsa da, ekspertlər beynəlxalq təsirləri önəmli hesab edirlər. Konfliktoloq Elman Vəliyev hadisələrin arxasında duran əsas qüvvələr  barədə CityPost.az-a danışıb. Hal-hazırda İranda baş verən kütləvi aksiyaların səbəblərini necə qiymətləndirirsiniz?"Bir ölkə daxilində ixtişaşlar təhrik olmadan baş verməz. Mütləq xarici müdaxilə mövcuddur. İran tarixində qadınlara görə etirazlar olub, sonra sosial məsələlərlə bağlı dalğalar baş verib. Hazırkı aksiyalar isə əsasən sosial rifaha görədir. Amerika və İsrail bu işdə bir nömrəli təhrikedici qüvvələrdir",-deyə  ekspert qeyd edib.Sizcə, İranın siyasi və sosial sistemində yaxın perspektivdə hansı dəyişikliklər baş verə bilər?"İran Amerika üçün...

17 Yanvar 2026, 13:33

İranı xaricdən qızıdıranlar var? - Millət vəkili ilə MÜZAKİRƏ

İran bir həftədən çoxdur ki,bütün dünyanın müzakirə etdiyi dövlət olaraq qalır.Ölkədə baş verən etirazların sayı böyüküdükcə,ölü sayı artır və nəticədə gərginlik daha da alovlanır.Mövzu ilə bağlı CityPost.az-ın  sualını  Milli Məclisin deputatı, Azərbaycan–İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Babaoğlu cavablandırıb.Sözsüz ki, İranda gedən proseslərdə xarici təsirlərin də rolu var. Bu təsirin miqyası nə qədərdir?Deputatın sözlərinə görə, İranda baş verən proseslər, hər şeydən əvvəl, ölkə iqtisadiyyatında mövcud olan dərin böhranla bağlıdır."Lakin baş verənləri yalnız iqtisadi amillərlə izah etmək də düzgün olmaz. Xarici təsirlərə gəldikdə isə, burada təəccüblü heç nə yoxdur. Çünki beynəlxalq münasibətlər sistemi mahiyyət etibarilə maraqlar və xalqların mübarizə tarixidir....

16 Yanvar 2026, 13:09

Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşması dayanır 

Prezident İlham Əliyevin 2021-ci il yanvarın 12-də imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə ölkə mediasının inkişafında yeni bir mərhələnin əsası qoyuldu, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradıldı. CityPost.az   xəbər verir  ki, ötən beş il ərzində Agentliyin fəaliyyəti, ölkədə həyata keçirilən media islahatlarının gedişi və qarşıda duran vəzifələr barədə AZƏRTAC-ın suallarını Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov cavablandırıb.- Əhməd müəllim, Medianın İnkişafı Agentliyinin beş illik fəaliyyətinə nəzər saldıqda hansı məqamları vurğulamaq istərdiniz?- Azərbaycanda həyata keçirilən media islahatlarının beş illik mərhələsinə nəzərə saldıqda inamla deyə bilərik ki, qarşıda qoyulmuş vəzifələrin hər birinin yerinə yetirilməsi istiqamətində...

12 Yanvar 2026, 11:54

Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi 

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rektoru, filologiya üzrə fəlsəfə doktoru Almaz Mahmud Teleqraf-ın suallarını cavablandırıb.CityPost.az  müsahibəni təqdim edir:- Almaz xanım, sabahdan Teleradio Akademiyasında mediada dil mədəniyyətinin yüksəldilməsinə həsr olunmuş təlimlərə start verilir. Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində ana dilimizin yetərincə qorunmaması ilə bağlı narahatlığını dilə gətirməsi fonunda bu təlimlərin əhəmiyyətini necə qiymətləndirirsiniz?- Xatırlayırsınızsa, ötən ilin noyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında Prezident İlham Əliyev Azərbaycan dilinin qorunmasının vacibliyi ilə bağlı cəmiyyətə mesaj verdi. Həmin çıxışdan sonra media nümayəndələri üçün belə təlimi təşkil etməyi qərara aldıq. Dövlət başçısının...

09 Yanvar 2026, 23:51