Bizə yazın

Baku

-°C

USD

-

"Azərbaycan İranla əməkdaşlığı dəstəkləyir" - Hikmət Hacıyev  

Siyasət 18 May 2025, 18:00

425

Azərbaycan İranla iqtisadi əməkdaşlığı dəstəkləyir.

CityPost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tehran Dialoq Forumunda çıxışı zamanı bildirib.

O, həmçinin bildirib ki, Azərbaycan Türkiyə, Rusiya və İranla çoxtərəfli əməkdaşlığı dəstəkləyir.

“Azərbaycan və İran iqtisadi əməkdaşlıq etməli və ikitərəfli əlaqələri gücləndirməlidir. Bizim gələcəkdə Asiyada etimadın möhkəmləndirilməsi üzrə konfransımız var. Biz Azərbaycanın geosiyasi mövqeyini qoruyub saxlamağa çalışırıq”, – Hikmət Hacıyev vurğulayıb.

Onun sözlərinə görə, regionda parçalanma meylləri müşahidə olunur və Azərbaycan bu kontekstdə əlaqələrin gücləndirilməsinə xüsusi önəm verir:

“Biz özümüzə və tərəfdaşlarımıza fayda vermək üçün real imkanlardan istifadə etməliyik. Bizim xüsusi dəmir yolu xəttimiz olmalıdır və birlikdə işləməliyik. Biz həyata keçirilə bilən layihələri müəyyənləşdirməliyik”.

Hikmət Hacıyev, həmçinin İslam Əməkdaşlıq Təşkilatının əhəmiyyətinə də toxunub:

“İslam Əməkdaşlıq Təşkilatı əlimizdə olan ən mühüm qurumdur. Azərbaycan da ədalətə əsaslanan həmrəyliyə önəm verir”.

Hikmət Hacıyev çıxışı zamanı Azərbaycan-Ermənistan münasibətlərinə və sülh prosesinə də münasibət bildirib:

“İndi sülh üçün ən yaxşı və ən sabit vaxtdır. Azərbaycanla Ermənistanın münasibətlərində hərbi elementlərə yer olmamalıdır. Azərbaycan regionu sülh və sabitliyə doğru aparmaq istəyir. Biz yaxşı nəticələr əldə etdik və məsələlərin sərhədlərini müəyyən etdik. Sərhəd işğalla müəyyən edilmir. Biz bilirik ki, konstitusiya başqa ölkə üçün təhlükə yaratmasa, hər bir ölkənin daxili işidir. Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə iddialar olan maddə çıxarılmalıdır”.

Hikmət Hacıyev qeyd edib ki, bölgədəki xarici hərbi qüvvələrin bölgədə qalmasına ehtiyac yoxdur.

O, eyni zamanda vurğulayıb ki, xarici qüvvələr öz maraqlarını həyata keçirmək üçün müdaxilə edi.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezident İlham Əliyev Macarıstana işgüzar səfərə gəlib  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstana işgüzar səfərə gəlib.

20 May 2025, 13:41

Sahibə Qafarova İspaniya Senatının sədri ilə görüşüb  

Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığına rəsmi səfəri çərçivəsində bu ölkə Senatının sədri Pedro Rollanla görüşüb.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 

19 May 2025, 20:21

Sahibə Qafarova İspaniyada rəsmi səfərdədir  

Milli Məclisin (MM) sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti İspaniya Krallığına rəsmi səfərə gəlib.Bu barədə 

19 May 2025, 11:48

Prezident İlham Əliyevlə Albaniya Baş nazirinin işçi nahar əsnasında görüşü olub  

Mayın 16-da Tiranada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Albaniya Respublikasının Baş naziri Edi Rama arasında işçi nahar əsnasında görüş olub.

16 May 2025, 18:54

Azərbaycan və Türkiyə prezidentləri Albaniyada görüşüb  

Prezident İlham Əliyev Albaniyada "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.Bu barədə 

16 May 2025, 15:54

Azərbaycan Prezidenti Maya Sandu ilə görüşüb  

Prezident İlham Əliyev Albaniyada “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak edir.

16 May 2025, 14:44