Azər Qasımovun xanımı da işdən çıxdı
Cəmiyyət 01 May 2025, 21:47

1134
Azərbaycan Prezidentinin sabiq mətbuat katibi Azər Qasımovun xanımı Aytən Qasımova vəzifəsindən ayrılıb.
Citypost.az Demokrat.az-a istinadən xəbər verir ki, Aytən Qasımova uzun illər çalışdığı Azərbaycan Dövlət Xəbər Agentliyi (AZƏRTAC) ilə yollarını ayırıb.
O, 20 ilə yaxın idi ki, AZƏRTAC-da çalışırdı.
Qeyd edək ki, Prezidentin sabiq mətbuat katibi Azər Qasımov da bu yaxınlarda tutduğu vəzifədən azad edilmişdi.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

İş yerini dəyişmək istəyən müəllimlərə şad xəbər
Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi prosesi uzadılıb.Bu barədə CityPost.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib.Bildirilib ki, www.miq.edu.az/yerdeyishme saytında yaranan texniki problemlər səbəbindən müsabiqənin vakansiya seçimi mərhələsi 6 may saat 11:00-dək davam edəcək:"Hazırda sayt aktivdir. Müəllimlər qeyd olunan tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər. Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmağı və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edirik"....
05 May 2025, 12:10

Bu gündən "Skype" platformasının fəaliyyəti dayandırılıb
Bu gündən "Microsoft" şirkəti "Skype" platformasının fəaliyyətini rəsmi olaraq dayandırıb.CityPost.az xəbər verir ki, şirkətin texniki dəstək səhifəsində istifadəçi hesablarının avtomatik olaraq "Microsoft Teams" xidmətinə köçürüləcəyi qeyd olunub.Qeyd edək ki, "Skype" platforması ilk dəfə 2003-cü ildə istifadəyə verilib və 2011-ci ildə "Microsoft" tərəfindən satın alınıb
05 May 2025, 10:17

Həftəsonu bank kartlarından 46 min manat oğurlanıb
"Vətəndaşların bank kartlarından oğurluqlar davam edir".CityPost.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.Qeyd olunub ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar.Məlumata görə, mayın 3-də və 4-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 10010, 7300, 4000, 3996, 2957, 1850, 1566, 1450, 1400, 1185, 1000, 1000, 999, 999, 999, 728, 670, 520, 500, 500, 480, 480, 420, 354, 280, 202, 188, 185, 145, 129, 120, 75, 70...
05 May 2025, 10:09

Çaylarda sululuq artıb
Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a verilən xəbərə görə, avtomat hidroloji stansiyaların mayın 5-i saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.Belə ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçay-Zərdabda 43 sm, Kiçik Qafqaz ərazisindən axan Kürəkçay-Toğanada 4 sm, Gəncəçay-Zurnabadda 2 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidorda 33 sm, Təngərüdçay-Vaqoda 18 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Oxçuçay-Bürünlüdə 21 sm, Quruçay-Böyük Tağlarda 9 sm, Tutqunçay-Comərd və Bərgüşadçay-Əliquluuşağıda 8 sm, Həkəriçay-Balasoltanlıda 3 sm artım qeydə alınıb.Transsərhədd çaylarında Kür -Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 3 sm, su sərfi 720 m3/san normanın 100%-ni, Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 19 sm, su sərfi 200 m3/san...
05 May 2025, 09:39

Prezident İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 3-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər.CityPost.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım qonağı qarşıladılar.Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilli salamlayan Prezident İlham Əliyev dedi:-Zati-aliləri, xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Dəvətimi qəbul etdiyinizə və Azərbaycana səfərə gəldiyinizə görə sağ olun. Siz Azərbaycanda birinci dəfə deyilsiniz. Mehribanla bizim Sizinlə əvvəlki görüşlərimizlə bağlı çox yaxşı xatirələrimiz var. Zaman sürətlə keçir. Sizin ötən səfərinizdən artıq altı il keçib və əlbəttə, bu vaxt ərzində həm dünyada, həm ölkəmizdə, həm də regionda öyrəşdiyimiz stereotipləri tamamilə dəyişən hadisələr baş verib.Xalqlarımız...
04 May 2025, 10:29

Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş - Müəllimi də döyüb...
Məlum olduğu kimi, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun gəlini əri Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını açıqlayıb. Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, Məhəmməd Pənahovun adı əvvəllər də bir neçə qalmaqalda, o cümlədən adam döymə cinayətində hallanıbmış.O, 2010-cu ildə Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən binada Azərbaycan Tibb Universitetinin “Məhkəmə təbabəti”nin baş müəllimi, əməkdar müəllim Oleq Mirzəyevə qarşı zorakılıq edib.O.Mirzəyevlə eyni binada yaşayan Məhəmməd Pənahov həyətdə söyüş söydüyünə görə baş müəllimin qınağına tuş gəlib. Ancaq M.Pənahov üzr istəmək əvəzinə, onun boğazından tutaraq xəsarət yetirib. Müəllim aidiyyəti üzrə 22-ci bölməyə müraciət edib.Bundan əlavə, elə həmin binada yaşayan Milli Məclis sədrinin...
03 May 2025, 21:56