DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 03 İyun 2025, 12:13

835
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
İdarədən CityPost.az-a verilən məlumata görə, müraciətdə deyilir:
"Sinoptiklərin məlumatına əsasən hazırda ölkə ərazisində külək və yağışla müşahidə olunan qeyri-sabit hava şəraitinin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.
Həmçinin oxuyun
Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.
Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər. Nəqliyyat vasitələri aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməli, yağışlı havada daha çox ara məsafəsi saxlanılmalıdır.
Piyadalar isə havanın küləkli və yağışlı olmasını nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Samir Nuriyev bu komitəyə rəhbərlik edəcək - Sərəncam
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.Citypost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.Sərəncama əsasən, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:Təşkilat Komitəsinin sədriSamir Nuriyev – Azərbaycan Prezidenti Administrasiyasının rəhbəriTəşkilat Komitəsinin üzvləri:Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının milli koordinatoruSahil Babayev – Azərbaycan Respublikasının maliyyə naziriCeyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziriMikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziriVilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər...
06 İyun 2025, 12:40

Sabah yağış yağacaq - PROQNOZ
Azərbaycanda iyunun 7-də havanın arabir yağışlı olacağı, bəzi yerlərdə leysan yağacağı gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60 %, gündüz 40-45 % olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi,...
06 İyun 2025, 12:34

“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb
Azərbaycanda fəaliyyətə başlayan “Starlink Azerbaijan” MMC rəsmi olaraq uçota alınıb.CityPost.az-ın əldə etdiyi məlumata görə, şirkət 4 iyun tarixində qeydiyyata alınıb.Şirkətin müraciəti əsasında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) uçotun aparılmasını təmin edib."Starlink" Azərbaycanda peyk üzərindən yüksək sürətli internet xidməti göstərəcək.
05 İyun 2025, 18:59

Prezident Samir Nuriyevə yeni vəzifə verdi - Sərəncam
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.CityPost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.Sərəncamla Təşkilat Komitəsi aşağıdakı tərkibdə formalaşıb:Təşkilat Komitəsinin sədriSamir Nuriyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəriTəşkilat Komitəsinin üzvləri:Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının milli koordinatoruSahil Babayev – Azərbaycan Respublikasının maliyyə naziriCeyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziriMikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziriVilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziriFərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər...
05 İyun 2025, 16:15

Bu rayona sərnişinlər sürətli qatarlarla gedəcək – İlk dəfə
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin təmin edilməsi məqsədilə iyunun 15-dən Bakı–Ağstafa–Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunu Qazax stansiyasına qədər uzadacaq.CityPost.az xəbər verir ki, bilet satışına 5 iyun tarixindən start veriləcək və Bakı–Qazax–Bakı marşrutu üzrə ilk dəfə “Stadler Rail Group” şirkətinin istehsalı olan birmərtəbəli müasir qatarlar hərəkət edəcək.Sərnişinlər Bakıdan Qazaxa 2019-cu ilin dekabr ayınadək fəaliyyət göstərən qatarla 8 saat 25 dəqiqəyə çatdırılırdısa, artıq bu məsafə 5 saat 36 dəqiqəyə qət olunacaq.Hərəkət cədvəlinə gəlincə, sürətli sərnişin qatarları hər gün saat 08:00 və 18:00-da Bakıdan Qazaxa yola düşərək müvafiq olaraq saat 13:36 və 23:36-da mənzil başına çatacaq. Qazax–Bakı istiqaməti üzrə isə...
05 İyun 2025, 16:00

Bu il 400 ekoloji təmiz avtobus istismara veriləcək
Paytaxtın avtobus şəbəkəsində 166 elektriklə işləyən və 55 ədəd ekoloji cəhətdən təmiz CNG texnologiyasına sahib avtobuslar fəaliyyət göstərir.CityPost.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.Qeyd edilib ki, bu il Çinin “BYD” şirkəti ilə birlikdə elektrobusların yerli istehsalına başlanılması planlaşdırılır. Müəssisədə ildə 500 avtobusun istehsalı nəzərdə tutulub. Bu il özəl daşıyıcıların 400-ə yaxın əlavə ekoloji təmiz avtobus alaraq Bakı şəhərində istismara verməsi nəzərdə tutulur.Hazırda paytaxtda 39 kilometrdən çox mikromobillik zolaqları təşkil edilib. Bu şəbəkənin ümumi uzunluğunun 100 km-ə çatdırılması hədəflənib.Bildirilib ki, taksi xidməti sahəsində aparılan islahatlar çərçivəsində müvafiq parkın yenilənməsi və taksi səfərlərinin azalması da ətraf mühitin mühafizəsi...
05 İyun 2025, 15:46