İlham Əliyev təyyarə qəzası ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı verib
Cəmiyyət 11 Noyabr 2025, 17:01
3968
Prezident İlham Əliyev Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
CityPost.az xəbər verir ki, başsağlığı mətnində deyilir:
"Əziz Qardaşım.
Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.
Həmçinin oxuyun
Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Türkiyədə bələdiyyə sədri və oğlu saxlanıldı
Muğla Baş Prokurorluğu tərəfindən Muğlada Milas Bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində, barəsində həbs qərarı verilən 35 şübhəlidən 18-i həbs edilib."Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, həbs olunanlar arasında Milas bələdiyyə sədri Fevzi Topuz və oğlu Doruk Topuz da var, 2 şübhəli ev dustaqlığına, 15 şübhəli isə məhkəmə nəzarəti altına alınıb.
24 Oktyabr 2026, 08:55
Akif Əyyubov vəfat etdi
Azərbaycanın tanınmış həkimi Akif Əyyubov vəfat edib.Citypost.az Oxu.az-a istinadən xəbər verir ki, həkimin ölüm səbəbi hələlik açıqlanmayıb.Qeyd edək ki, A.Əyyubov Ailə Sağlamlıq Mərkəzinin (ASM) bölmə müdiri vəzifəsində çalışıb. O, uzun illər tibb sahəsində fəaliyyət göstərib.
24 Oktyabr 2026, 08:43
Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb
Zəngəzur Milli Parkında Qafqaz bəbirinin üç balası ilə görüntüləri qeydə alınıb.Citypost.az xəbər verir ki, görüntülər IDEA-nın rəsmi sosial media hesablarında paylaşılıb.Paylaşımda bildirilib ki, kadrlarda nadir vəhşi heyvanın balaları ilə birlikdə təbii mühitində hərəkət etdiyi anlar əks olunub.Qafqaz bəbirinin balaları ilə birlikdə görüntülənməsi bu nadir növün qorunmasının və təbii yaşayış mühitinin mühafizəsinin əhəmiyyətini bir daha ön plana çaxırır.
24 Oktyabr 2026, 08:19
Vurulan gəmidən xilas edilən azərbaycanlılar
Rumıniya sahilləri yaxınlığında vurulan gəmidə olan azərbaycanlılar xilas ediliblər.Citypost.az Axar.az-a istinadən xəbər verir ki, xilas edilən üç azərbaycanlının hotelə yerləşdirildiyi bildirilir.Onların fotosunu təqdim edirik:
24 Oktyabr 2026, 08:00
Hindistanın xarici işlər naziri Bakıda tarixi Atəşgah məbədini ziyarət edib
Hindistan xarici işlər naziri Subramanyam Caişankar Bakıda yerləşən tarixi Atəşgah məbədini ziyarət edib.Citypost.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.O bildirib ki, Atəşgah Hindistan və Azərbaycan xalqları arasında tarixi və mədəni əlaqələrin rəmzidir.
23 Oktyabr 2026, 22:20
Sumqayıtda məşhur restoran borca görə satışa çıxarıldı
Sumqayıtda yerləşən “İnci” restoranının əmlakı borca görə hərraca çıxarılıb.Citypost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, Plat.az əldə etdiyi məlumata görə, 17-ci mikrorayon, Niyazi küçəsi, 20 ünvanında yerləşən əmlakın minimum satış qiyməti 646 min manat müəyyən edilib.Əmlakın ilkin bazar qiyməti 760 min manatdır. Beləliklə, obyekt bazar dəyərindən 114 min manat və ya 15% aşağı qiymətə satışa çıxarılıb. Sezar pizzaÜmumi sahəsi 362,3 kvadratmetr olan birmərtəbəli obyekt 25 otaqdan ibarətdir. Orta təmirli əmlakın çıxarışı var. Torpaq sahəsi isə 1925 kvadratmetr təşkil edir.Əmlak hazırda borclu tərəfindən istifadə olunur. Hərrac noyabrın 12-də keçiriləcək, beh məbləği isə 30 min manat müəyyən edilib....
23 Oktyabr 2026, 22:08