Bizə yazın

Baku

-°C

USD

-

Ayxan Hacızadə: Gəmidə olan 3 azərbaycanlının hamısı xilas edilib

Cəmiyyət 23 Oktyabr 2026, 19:16

657

23 oktyabr tarixində Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu “KHORYV” adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb.

Citypost.az  xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəminin vurulmasına münasibət bildirərkən deyib.

“Aldığımız məlumata əsasən, 13 nəfərdən ibarət gəmi heyətində olan 3 nəfər vətəndaşımızın hamısı xilas edilib, onlardan yüngül xəsarət alan 1992-ci il təvəllüdlü Rufan Xaliq oğlu Əhmədov tibbi müayinədən keçib və mehmanxanaya yerləşdirilib”, - Xarici İşlər Nazirliyinin rəsmisi bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı Azərbaycanın Rumıniyadakı səfirliyi və aidiyyəti səlahiyyətli qurumlar ilə birgə koordinasiya işləri aparılır. Azərbaycan vətəndaşlarına konsulluq dəstəyinin göstərilməsi istiqamətində zəruri tədbirlər görülür.

“Bir daha Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, habelə riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırırıq”, - Ayxan Hacızadə qeyd edib.

Qeyd edək ki, bu gün Qara dənizdə Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu "Xoriv" (Khoryv) adlı ticarət gəmisinin Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə batdığına dair məlumat yayılıb. Məlumata görə, gəmidə ümumilikdə 13 nəfər olub. Onlardan 10 nəfəri Ukrayna, üç nəfəri isə Azərbaycan vətəndaşıdır. Hadisə nəticəsində bir dənizçinin öldüyü, 3 nəfərin itkin düşdüyü, 9 nəfərin isə xilas edildiyi bildirilib.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen isə gəminin vurulduğunu açıqlayıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"TikTok"er "İsican" həbs edildi

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib. Citypost.az xəbər verir ki, TikTokda "İsican" adıyla yayımlar açan 2001-ci il təvəllüdlü Quliyev İsa Niyazəli oğlu "TikTok" da canlı yayım zamanı söyüş söydüyünə görə polis tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi) maddəsi ilə ittiham irəli...

23 Oktyabr 2026, 19:47

Azərbaycanda xarici mənşəli uyğunluq sənədlərinin tanınması qaydası müəyyənləşib

“Texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası” təsdiqlənib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə birbaşa tanınma nəzərdə tutulduğu hallar istisna olmaqla, arici mənşəli uyğunluq sənədləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq onların həqiqiliyi və müqavilə şərtlərinə uyğunluğu müəyyən edilməklə tanınır.Beynəlxalq müqavilədə nəzərdə tutulmuş birbaşa tanınma hallarında təsərrüfat subyekti tərəfindən xarici mənşəli uyğunluq sənədi uyğunluğu qiymətləndirən qurumlara deyil, bilavasitə gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanına təqdim edilir. Xarici mənşəli uyğunluq sənədləri bu Qayda ilə müəyyən edilmiş qaydada tanınmadıqda və ya bu cür sənədlər olmadıqda, təsərrüfat subyekti həmin...

23 Oktyabr 2026, 19:36

Azərbaycanda yaşıllıqlara 40 529 manat ziyan vurulub

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Qəbələ, Şamaxı, Xaçmaz və Lerik rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.Bu barədə Citypost.az  xidmətdən məlumat verilib.Bildirilib ki, araşdırma zamanı Qəbələ rayonu Kiçik Əmili və Zalam kəndlərinin ərazisindən keçən su kanalının ətrafında, Şamaxı rayonu Mərzəndiyə, Xaçmaz rayonu Ağtala kəndləri ərazisində və Lerik rayonu Bobla kəndi yaxınlığında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 40 529 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib....

23 Oktyabr 2026, 18:28

Uşaqlarımız böyüyür, bəs ailə yaddaşı yaşayırmı?  

Bir ev düşünək. Divardan köhnə bir foto asılıb. Şəkildə nənə, baba, bəlkə də çoxdan dünyasını dəyişmiş başqa bir ailə üzvü var. Uşaqlar bu fotoya hər gün baxırlar, amma şəkildəki insanların kim olduğunu, harada yaşadıqlarını, hansı çətinliklərdən keçdiklərini bilmirlər. Bir gün foto divardan götürülür, ev təmir olunur, əşyalar dəyişir. Şəkildəki adamların hekayəsi isə heç danışılmadığı üçün yaddaşdan silinməyə başlayır. Bəzən ailə tarixinin unudulması elə bu qədər səssiz baş verir.Hər ailənin öz tarixçəsi var. Kiminsə babası uzaq bir kənddə müəllim işləyib, kiminsə nənəsi böyük bir ailəni ağır illərdə ayaqda saxlayıb. Bir başqası müharibədə iştirak edib, doğma yurdunu tərk etməyə məcbur qalıb və...

23 Oktyabr 2026, 17:55

"İri Şəhərlərin Su Təchizatı"nın yeni icraçı direktoru kollektivə təqdim edilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətinin icraçı direktoru Arif Mərdanov kollektivə təqdim edilib.Citypost.az  xəbər verir ki, bu barədə QSC-yə istinadən xəbər verir.Təqdimat “İri Şəhərlərin Su Təchizatı” QSC-nin Müşahidə Şurasının sədri Xəyyam Məmmədov, üzvü Etibar Məmmədovun iştirakı ilə keçirilib.Təqdimatdan sonra QSC-nin qarşısında duran prioritet məsələlər, növbəti dövrlər üçün müəyyən edilmiş hədəflər, su təchizatı, tullantı və yağış sularının səmərəli şəkildə idarə olunması sahəsində xidmətlərin təkmilləşdirilməsi məsələləri müzakirə edilib. Həmçinin qarşıya qoyulan vəzifələrin icrası, fəaliyyətin effektivliyinin artırılması və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb....

23 Oktyabr 2026, 16:53

Mənim Allaha yazığım gəlir - ESSE

Bəzən insanın içində elə bir ağrı baş qaldırır ki, onu nə sözə çevirmək olur, nə də susmaqla sakitləşdirmək. O ağrı adamın ürəyində bir sual doğurur, sonra həmin sual böyüyüb bütün dünyanı tutur. Mənim də içimdə belə bir sual var: görəsən, Allahın halını soruşan varmı?Bilirəm, bu sualı oxuyanların bəziləri təəccüblənəcək, bəziləri məni qınayacaq, bəlkə də kimlərsə bunu inancsızlıq sayacaq. Amma mən Allahı inkar etmək üçün deyil, insanın Allahla münasibəti haqqında düşünmək üçün bu sualı verirəm. Çünki insan bəzən özünü o qədər haqlı, o qədər məsum, o qədər günahsız hesab edir ki, hətta öz əməllərinin məsuliyyətini də göylərin üzərinə atır. Sonra da...

23 Oktyabr 2026, 16:39