100 yaşlı PROFESSOR:Kriminalistika ixtisası üzrə alimlik dərəcəsi almış ilk qadın
Cəmiyyət 23 Oktyabr 2026, 14:33
651
Bu gün xalqımızın nəcib xanımlarından biri, görkəmli alim, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı (2003-2007), Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri (1979-1992), Əməkdar hüquqşünas, professor Kamilə Sarıcalinskayanın (1926-2012) 100 illik yubileyidir.
Citypost.az bildirir ki,Kamilə Qiyas qızı Sarıcalinskaya 22 oktyabr 1926-cı ildə Ağdam rayonunun Sarıcalı kəndində dünyaya gəlmişdir. 1944-1950-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdır.
Əmək fəaliyyətinə 1949-cu ildə hələ tələbə olarkən BDU-nun Cinayət hüququ kafedrasının laborantı vəzifəsindən başlamış, 1950-ci ildən Cinayət hüququ kafedrasının müəllimi olmuş, sonra pedaqoji fəaliyyətini Cinayət prosesi kafedrasında davam etdirmişdir. 1967-ci ildə "Azərbaycan SSR istintaq və məhkəmə təcrübəsində yazının kriminalistik ekspertizası" mövzusunda dissertasiya işini müdafiə etmiş, Cənubi Qafqazda kriminalistika ixtisası üzrə alimlik dərəcəsi almış ilk qadın olmuşdur.
1979-cu ildən 1992-ci ilə qədər alimin təşəbbüsü və təşkilatçılığı ilə yaradılan Kriminalistika və məhkəmə ekspertizası kafedrasına rəhbərlik etmişdir. 2003-2007-ci illərdə Hüquq fakültəsinin dekanı olmuşdur.
BDU-nun Hüquq fakültəsinin, Azərbaycan Məhkəmə Ekspertizası Mərkəzinin, AMEA İnsan hüquqları İnstitutunun, “Antinarkotizm” Beynəlxalq Elmi Analitik Mərkəzin elmi şuralarının, “Azərbaycan Hüquq jurnalı”, “Dirçəliş- XXI əsr”, “Qanun”, “Antinarkotizm”, “Hüquq + Gənclik” jurnallarının redaksiya heyətlərinin üzvü olmuşdur. Hüquq sahəsində fəaliyyətlərinə görə Təhsil Nazirliyinin və Bakı Dövlət Universitetinin mükafatlarına, "Əməkdar hüquqşünas" fəxri adına layiq görülmüşdür. Böyük alim 2012-ci il dekabrın 3-də Bakıda vəfat etmişdir.
Görkəmli hüquqşünas, saf və gözəl insan olan professor Kamilə Sarıcalinskaya haqqında yazılan bir məqaləni onun 100 illik yubileyi ilə əlaqədar sizin mühakimənizə verirəm.
Həmçinin oxuyun
Hərdən mənə elə gəlir ki, Bakı Dövlət Universitetinin kollektivini əlimin içi kimi yaxşı tanıyıram-kim hansı səviyyədə alimdir, insandır, şəxsiyyətdir, hamısını dəqiq bilirəm. Əlbəttə, burada bir qədər şişirtmə də var, heç kəs, hətta mənim kimi yaxşı müşahidə qabiliyyəti və 40 ildən artıq iş təcrübəsi, aşağıdan, yuxarıdan, sağdan və soldan bu kollektivi görmək imkanı olan da onu dəqiq bilə bilməz. Çünki, şair deyir ki, “İnsan göydə ay kimidir, Görünməyən tərəfi var...”Ancaq dəqiq bilirəm ki, professor Kamilə Sarıcalinskaya çox abırlı, aristokrat, kübar bir xanım olmuşdur. Həmin illərdə, necə deyərlər, “mətbəxin içində”, hadisələrin mərkəzində idim deyə, baş verən hadisələr gözlərimin qarşısında olurdu. 1998-ci ilin avqustunda Hüquq fakültəsinin dekanı professor Məmmədxan Rəsulov vəfat etdi və o tarixdən fakültə də, bir növ “susuz səhrada dəvəsi ölmüş ərəbə” çevrildi. Bir neçə ay dekan vəzifəsini yaxşı təşkilatçılıq qabiliyyəti olan Alış Qasımov icra etdi. İdarəçilik keyfiyyətlərinə görə onun dekan təyin ediləcəyini düşündüyümüz günlərdə “yuxarıdan” birdən-birə Milli Məclisdə şöbə müdiri olan Namiq Əliyevi dekan göndərdilər. Fakültəni tanımayan, onun problemlərini və “daxili dünyasını” bilməyən Namiq müəllim bir ildən bir az artıq duruş gətirə bildi, istefa verdi və onun yerinə tanınmış alim və səriştəli mütəxəssis olan Yusif Mehdiyev təyin edildi. Ancaq bu uğurlu təyinat da uzun çəkmədi, 2003-cü ilin yanvarında Yusif müəllim dünyasını dəyişdi.
Onsuz da son illərdə “şübhəli köçürmələr”, “müsabiqədənkənar qəbul”, magistraturaya seçimin daxildə aparılması kimi amillərin hesabına fakültədə “qiblə” itmişdi, nizam-intizam, tələbələrin dərsə davamiyyəti, sessiya dövründə müxtəlif neqativ hallar barədə cürbəcür xəbərlər gəlirdi, üstəlik beş ildə dörd dəfə dekanın dəyişməsi burada idarəolunmaz bir vəziyyət əmələ gətirmişdi. Belə bir ağır dövrdə rektor fakültədə yüksək nüfuzu olan, abırlı, dürüst bir insanı dekan təyin etmək, bununla vəziyyətdən çıxmaq qərarına gəlmişdi. Yusif Mehdiyev də bu niyyətlə fakültə rəhbərliyinə gətirilmişdi, ancaq amansız ölüm buna imkan verməmişdi. Bu çətin və olduqca mürəkkəb şəraitdə təmiz adı qoruyub saxlamaq elə də asan məsələ deyildi, necə deyərlər, “bu çirkabın içində təmiz yaşamaq ən böyük qəhrəmanlıq idi”. Bu qəhrəman isə yaşına, həyat təcrübəsinə, reputasiyasına, mənəvi dəyərlərinə görə yalnız Kamilə Sarıcalinskaya ola bilərdi.
Yaxşı xatırlayıram ki, rektor onu ilk dəfə çağırıb dekan vəzifəsini təklif edəndə qətiyyətlə imtina etmişdi. Çoxlarının həsədlə baxdığı, bəzilərinin “dünyanın ən hörmətli, ən sanballı vəzifəsi” adlandırdığı Hüquq fakültəsinin dekanı vəzifəsi Kamilə xanım kimi dünyanın bütün nemətlərindən- hörmətdən, şöhrətdən, sərvətdən yüksəklərdə dayanan bir insan üçün əhəmiyyətsiz görünürdü. Ancaq rektor bir neçə dəfə onu qəbul edərək yola gətirdi və fakültənin və universitetin nüfuzu naminə çətinliklə razı sala bildi. Bu da yaxşı yadımdadır ki, Kamilə xanımın mənəvi səviyyəsindən çox aşağı olan bəzi “köhnə xəyallarla yaşayanlar” ona çox mane olmağa, bərpa etmək istədiyi tarixi ənənələri pozmağa çalışırdılar, bu məqsədlə onun haqqında müxtəlif şayiələr yayır, hətta təxribatlar törədirdilər. Ancaq bu ilk baxışda mülayim, daxilən aristokrat, heç vaxt səsini qaldırmayan, hirsləndiyini büruzə verməyən xanım həmin kəsləri elə məharətlə yerinə otuzdurur, elə ustalıqla idarə edirdi ki. bir də gördük ki, Hüquq fakültəsində gözlənildiyindən də çox şey qaydasına düşmüşdür. 2007-ci ilə qədər fakültəyə rəhbərlik edərək yalnız idarəçilik qabiliyyəti, insanlarla ünsiyyət qurmaq bacarıqları ilə nümunə olmadı, həm də tələbələrə ana qayğısı, müəllimlərə bacı məhəbbəti göstərməyin, yüksək mədəniyyətin, alicənablığın məktəbi oldu. Hamı şahid oldu ki, yalnız sərt rəftar, inzibatçılıq, günahkarları cəzalandırmaq ilə yox, həm də nəvaziş, məhəbbət, başa salmaq yolu ilə də insanları idarə etmək mümkündür, həm də ikinci halda səmimi münasibətlər qurulduğuna görə daha yüksək və uzunömürlü nəticələr əldə etmək olur.
2012-ci ilin dekabrında Kamilə xanım dünyasını dəyişmişdi və cənazəni yaşadığı evdən, şəhərin mərkəzindəki Xalça muzeyinin arxasındakı həyətdən götürürdük. Elə orada təntənəli bir matəm mitinqi təşkil edildi, tanınmış ziyalılar, alimlər, hüquqşünaslar Kamilə xanım haqqında səmimi ürək sözlərini dedilər. BDU-nun rektoru, akademik Abel Məhərrəmov onu fakültənin və universitetin tarixinə həmişəlik həkk olan görkəmli alim, Hüquq fakültəsinin dekanı, BDU-nun sabiq rektoru professor Firudin Səməndərov isə onu Azərbaycan hüquq təhsilinin sonuncu mogikanı, dürüstlük və saflıq etalonu adlandırdı.
İnsan dünyaya gəlir, yaşayır və dünyadan köçür. Bütün bəşər övladı üçün uca Tanrının yazdığı bu hökmlə insanlar bir-birlərinə çox bənzəsələr də, olum və ölüm arasındakı ömürlə bir-birlərindən tamam fərqlənirlər. Bu ömrü zəhmətlə, yaradıcılıqla, xalqa xidmətlə, dürüstlüklə keçirənlər zamana öz möhürlərini vurub gedirlər. Kamilə xanım da Azərbaycan ziyalılıq tarixinə, elm və təhsil tarixinə möhürünü vurmuş unudulmaz şəxsiyyətlərdəndir. Şair deyib ki,
Ölərkən dünyada bir iz qoyana
Ellər yaxşı deyir, ölüm-itim yox,
Nə yas tut o zaman, nə də ağla çox.
Allah rəhmət eləsin!
Müəllif: Fikrət Şiriyev
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Cayşankar: Azərbaycanla əlaqələrimizi daha da dərinləşdirmək niyyətindəyik
Bu gün Azərbaycanda apardığım danışıqlar gələcəyə yönəlik idi.Citypost.az xəbər verir ki, bunu Hindistan xarici işlər naziri Subramanyam Cayşankar Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla keçirilən mətbuat konfransında deyib.Onun sözlərinə görə, Hindistan şirkətləri uzun illərdir ki, Azərbaycanda fəaliyyət göstərir və xüsusilə neft-enerji sektorundakı sərmayələr böyük əhəmiyyət kəsb edir: “Bu gün bu əlaqələri dərinləşdirməklə yanaşı, bu münasibətləri yeni sahələrə də yaymaq barədə razılığa gəldik. Qloballaşan iqtisadiyyatda nəqliyyat və əlaqələrin vacibliyini xüsusi vurğuladıq. Hər iki ölkə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinə böyük töhfə verir. Bu istiqamətdə daha sıx koordinasiya aparmaq barədə razılaşdıq. Həmçinin, birbaşa aviareyslərin sayının artırılması və münasibətlərimizin daha da dərinləşdirilməsi yollarını...
23 Oktyabr 2026, 15:08
Ceyhun Bayramov: Hindistanın regiona marağı nəqliyyat əməkdaşlığı üçün imkanlar yaradır
Hindistanın regiona, Mərkəzi Asiyaya və Avropaya marağı nəzərə alınaraq, bugünkü müzakirələrdə nəqliyyat-logistika sahəsində əməkdaşlıq xüsusi diqqət mərkəzində olub.Citypost.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Hindistan xarici işlər naziri Subramanyam Cayşankarla keçirilən mətbuat konfransında deyib.“Azərbaycanın həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, son illər ərzində ölkəmizin bu sahədə apardığı məqsədyönlü fəaliyyəti, imkanların genişləndirilməsi, digər tərəfdən, Hindistan kimi böyük bir dövlətin, böyük bir iqtisadiyyatın bu regiona, o cümlədən Mərkəzi Asiyaya, Avropaya və digər bizə yaxın olan coğrafiyalara olan marağını nəzərə alaraq, nəqliyyat-loqistika sahəsində də əməkdaşlıq müzakirələri kifayət qədər maraq doğurdu. Biz bu məsələyə fokuslanmışıq”, -...
23 Oktyabr 2026, 15:05
Əfqan Sadıqovun məhkəməsi başlayıb
Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Əfqan Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.Citypost.az xəbər verir ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.Təqsirləndirilən Əfqan Sadıqovun vəkili Nemət Kərimli iki vəsatət verib.O, müvəkkilinin ev dustaqlığına buraxılmasını və məhkəmə prosesi zamanı yanında əyləşməsinə icazə verilməsini xahiş edib.Məhkəmə vəsatətləri təmin etməyib və işin baxışa verilməsi barədə qərar qəbul edib.Məhkəmənin baxış iclası noyabrın 3-nə təyin olunub.Qeyd edək ki, Əfqan Sadıqov bu ilin aprel ayında Gürcüstandan Azərbaycana deportasiya edilib. İyun ayında icraatına xitam verilmiş cinayət işi yenidən açılıb və o, həbs edilib.Əfqan Sadıqova Cinayət Məcəlləsinin...
23 Oktyabr 2026, 14:59
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə parlamentin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova məlumat verib.Milli Məclisin növbəti iclası oktyabrın 27-də keçiriləcək.
23 Oktyabr 2026, 13:59
Milli Qəhrəman İbad Hüseynov Gürcüstanda saxlanılıb
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb.Citypost.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb.Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb.Ona ölkəyə buraxılmayacağı barədə xəbərdarlıq olunub.Azərbaycanın Gürcüstandakı səfirliyinin müdaxiləsindən sonra İbad Hüseynov sərbəst buraxılıb.Qeyd edək ki, İbad Hüseynov 23 oktyabr 2026-cı il tarixində Gürcüstanda keçiriləcək tədbirə qatılmaq üçün Tbilisiyə gedib....
23 Oktyabr 2026, 13:54
QUBADLININ AZAD OLUNMASINDAN 6 il ÖTÜR
Milli Məclisin deputatı Ceyhun MəmmədovArtıq qalib Azərbaycan öz əzəli Qarabağ torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş günlərini deyil, işğalından azad edilməsi günlərini qeyd edir. 2020-ci il oktyabrın 25-i Qubadlıda erməni təcavüzünə son qoyulan gün kimi tariximizə yazılıb. Qubadlı şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən dörd 6 il ötür. Bu günü nəinki qubadlılılar, bütün Azərbaycan xalqı otuz ilə yaxın müddətdə gözlədi.Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olub.Qubadlı rayonu 1933-cü ildə təşkil edilib. 1963-cü ildə...
23 Oktyabr 2026, 13:29