Azər Məmmədov Ağcabədidə vətəndaş qəbulu keçirib
Cəmiyyət 23 Oktyabr 2026, 16:12
595
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Ağcabədi rayonunda vətəndaş qəbulu keçirib.
Citypost.az İstehsalat Birliyinə istinadən xəbər verir ki, birlik rəhbəri Ağcabədi, Zərdab və ətraf rayonlardan qəbula gələn vətəndaşların müraciətlərini dinləyib.
Müraciətlər əsasən yaşayış məntəqələrinin, fərdi yaşayış evlərinin və sahibkarlıq obyektlərinin qazlaşdırılması, debitor borcun ödənilməsində köməkliyin göstərilməsi, işə qəbul, iş yerinin dəyişdirilməsi ilə bağlı olub. Baş direktor hər bir müraciətlə bağlı ətraflı məlumat verib.
Həmçinin oxuyun
Bir sıra məsələlərin isə yerində baxılması və araşdırılması üçün qurumun Tərtər Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"İri Şəhərlərin Su Təchizatı"nın yeni icraçı direktoru kollektivə təqdim edilib
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətinin icraçı direktoru Arif Mərdanov kollektivə təqdim edilib.Citypost.az xəbər verir ki, bu barədə QSC-yə istinadən xəbər verir.Təqdimat “İri Şəhərlərin Su Təchizatı” QSC-nin Müşahidə Şurasının sədri Xəyyam Məmmədov, üzvü Etibar Məmmədovun iştirakı ilə keçirilib.Təqdimatdan sonra QSC-nin qarşısında duran prioritet məsələlər, növbəti dövrlər üçün müəyyən edilmiş hədəflər, su təchizatı, tullantı və yağış sularının səmərəli şəkildə idarə olunması sahəsində xidmətlərin təkmilləşdirilməsi məsələləri müzakirə edilib. Həmçinin qarşıya qoyulan vəzifələrin icrası, fəaliyyətin effektivliyinin artırılması və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb....
23 Oktyabr 2026, 16:53
Mənim Allaha yazığım gəlir - ESSE
Bəzən insanın içində elə bir ağrı baş qaldırır ki, onu nə sözə çevirmək olur, nə də susmaqla sakitləşdirmək. O ağrı adamın ürəyində bir sual doğurur, sonra həmin sual böyüyüb bütün dünyanı tutur. Mənim də içimdə belə bir sual var: görəsən, Allahın halını soruşan varmı?Bilirəm, bu sualı oxuyanların bəziləri təəccüblənəcək, bəziləri məni qınayacaq, bəlkə də kimlərsə bunu inancsızlıq sayacaq. Amma mən Allahı inkar etmək üçün deyil, insanın Allahla münasibəti haqqında düşünmək üçün bu sualı verirəm. Çünki insan bəzən özünü o qədər haqlı, o qədər məsum, o qədər günahsız hesab edir ki, hətta öz əməllərinin məsuliyyətini də göylərin üzərinə atır. Sonra da...
23 Oktyabr 2026, 16:39
Əsəd Cahangir Kəraməti İFŞA ETDİ: Əsərlərini özü yazmır
“Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində qısa müddətdə dilimizə 10-a yaxın kitab tərcümə olunub. Bu nəşrlər arasında Misir, Avropa ədəbiyyatından Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatından türk, rus, gürcü, Orta Asiya dillərinə çevirmələr var.”Bunu “Yeni Sabah”a AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbi-tənqidçi, Əsəd Cahangir deyib. O bildirib ki, bütün bunları görməzdən gəlmək, Bədii Tərcümə Mərkəzini və ümumən tərcüməçiləri 12-ci Beynəlxalq Kitab Sərgisinə dəvət etməmək bir məna verə bilər - tədbirin təşkilatçılarının ədəbi prosesdən yaxşı xəbəri yoxdur:“Halbuki qloballaşan dünyada tərcümə işi böyük əhəmiyyət daşıyır. AYB katibi Rəşad Məcid dünən məndən soruşur ki, niyə Tərcümə Mərkəzi Festivalda yoxdur. Bu...
23 Oktyabr 2026, 16:07
Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.Yağıntılarla əlaqədar bəzi çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
23 Oktyabr 2026, 16:00
Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edib
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 2026-cı ilin 23 oktyabrında Qaxda, rayonun Dövlət Yanğından Mühafizə Hissəsinin binasında Qax, Zaqatala və Balakən rayon sakinlərini qəbul edib.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, nazirin qəbul etdiyi rayon sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər....
23 Oktyabr 2026, 15:36
Cayşankar: Azərbaycanla əlaqələrimizi daha da dərinləşdirmək niyyətindəyik
Bu gün Azərbaycanda apardığım danışıqlar gələcəyə yönəlik idi.Citypost.az xəbər verir ki, bunu Hindistan xarici işlər naziri Subramanyam Cayşankar Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla keçirilən mətbuat konfransında deyib.Onun sözlərinə görə, Hindistan şirkətləri uzun illərdir ki, Azərbaycanda fəaliyyət göstərir və xüsusilə neft-enerji sektorundakı sərmayələr böyük əhəmiyyət kəsb edir: “Bu gün bu əlaqələri dərinləşdirməklə yanaşı, bu münasibətləri yeni sahələrə də yaymaq barədə razılığa gəldik. Qloballaşan iqtisadiyyatda nəqliyyat və əlaqələrin vacibliyini xüsusi vurğuladıq. Hər iki ölkə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinə böyük töhfə verir. Bu istiqamətdə daha sıx koordinasiya aparmaq barədə razılaşdıq. Həmçinin, birbaşa aviareyslərin sayının artırılması və münasibətlərimizin daha da dərinləşdirilməsi yollarını...
23 Oktyabr 2026, 15:08