Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda Türkiyə ilə bağlı nə DÜŞÜNÜRLƏR? -SİYASİ ŞƏRH  

Cəmiyyət 23 Oktyabr 2026, 11:36

668

Gərginliyin dərinləşdiyi bir vaxtda Azərbaycanın Xarici İşlər Nazirliyinin ölkəmizə qarşı təhqiramiz və təhdid xarakterli fikirlər səsləndirdikləri bildirilən 31 Türkiyə vətəndaşının ölkəyə girişinə qadağa qoyması, Baş Prokurorluğun isə bir neçə Türkiyə vətəndaşını beynəlxalq axtarışa verməsi müzakirələri daha da alovlandırdı. Həmin şəxslər arasında millət vəkillərinin, jurnalistlərin və siyasi partiya rəhbərlərinin də adlarının hallanması məsələni adi söz polemikasından çıxararaq siyasi və hüquqi müstəviyə daşıdı. Bəs iki qardaş ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olan açıqlamaların arxasında hansı məqsədlər dayanır?  Deputatların və politoloqların şərhləri göstərir ki, söhbət təkcə ayrı-ayrı şəxslərin açıqlamalarından deyil, həm də strateji müttəfiqliyin qorunmasından, dövlət maraqlarına münasibətdən və iki xalq arasında əsrlər boyu formalaşmış qardaşlıq bağlarının siyasi manipulyasiyaların hədəfinə çevrilməsinə imkan verilməməsindən gedir. Görünən odur ki, bu dəfə müzakirələrin mərkəzində təkcə səslənən sözlər deyil, həmin sözlərin arxasında dayanan niyyətlər və dövlətlərin onlara verdiyi siyasi-hüquqi qiymət dayanır.

Milli Məclisin deputatı Azər Allahverənov CityPost.az-a bildirib ki,bu,Azərbaycan tərəfindən atılmış çox vacib addımdır.

Azərbaycana girişi qadağan edilən 31 nəfərlə bağlı məsələyə də toxunan millət vəkili bildirib ki, qadağanın qorunması telefon zənginə qədər Azərbaycan tərəfindən atılmış çox vacib addım idi. Onun sözlərinə görə, həmin şəxslər ölkənin təhlükəsizliyinə təhdid yarada biləcək çağırışlar etdikləri üçün siyahıya daxil edilib.

A.Allahverənov bunun Türkiyə üçün də ciddi nümunə olduğunu vurğulayıb. Deputat hesab edir ki, Türkiyə ərazisində müəyyən siyasi mərkəzlər bu cür məsələləri gündəmə gətirməklə faktiki olaraq nifaq yaratmağa çalışırlar: “Mən düşünürəm ki, Türkiyənin aidiyyəti hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı hərəkətə keçəcək”. Onun fikrincə, bu cür fəaliyyət daha geniş mənada Azərbaycan-Türkiyə tandeminə xələl gətirə bilər və Türkiyənin maraqlarına da ziddir. Buna görə də məsələ bütövlükdə Türkiyənin dövlət qurumları tərəfindən nəzərdən keçirilməlidir.

Millət vəkili əlavə edib ki, siyahıya adları daxil edilən şəxslərin yanaşması ölkənin təhlükəsizlik sisteminə lokal şəkildə problem yaratmaq niyyətini ehtiva edir və bu, Türkiyənin özü üçün də qəbuledilməzdir. O, həmin şəxslərlə bağlı Türkiyənin aidiyyəti orqanları tərəfindən addımların atılacağını gözlədiyini bildirib.

Deputat “bir millət, iki dövlət” prinsipi üzərində qurulmuş strateji müttəfiqliyin siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığını ən yüksək səviyyədə təmin etmiş vacib prinsip olduğunu söyləyib. Onun sözlərinə görə, telefon zəngi də məhz bu prinsipə uyğun olaraq münasibətlərin dərinləşdirilməsi və bu əlaqələrə xələl gətirə biləcək addımların qarşısının alınması istiqamətində fəaliyyətin davam etdiriləcəyini göstərir. A.Allahverənov yaxın günlərdə bu məsələ ilə bağlı müxtəlif müstəvilərdə xəbərlərlə qarşılaşa biləcəyimizi də istisna etməyib. Onun fikrincə, iki ölkə başçısının sərgilədiyi iradədən irəli gələrək, bu məsələlərə siyasi və hüquqi qiymət verilməsi ilə nəticələnə bilər.

Politoloq Elxan Şahinoğlu Azərbaycan və Türkiyə prezidentləri arasında keçirilən telefon danışığından sonra ikitərəfli münasibətlərdə gərginliyin nisbətən azalacağını hesab etdiyini bildirib.

O qeyd edib ki, bu ayın sonunda Ankarada Türk Dövlətləri Təşkilatının növbəti zirvə toplantısı keçiriləcək və təşkilata sədrlik Azərbaycandan Türkiyəyə ötürüləcək. Politoloqun sözlərinə görə, böyük ehtimalla, həmin zirvədə Prezident İlham Əliyev də iştirak edəcək.

E.Şahinoğlu telefon danışığının əsas səbəblərindən birinin də məhz bu olduğunu deyib: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi zirvə toplantısına dəvət etdi və zirvə çərçivəsində ikitərəfli görüşün keçiriləcəyi də gözlənilir”. Onun fikrincə, bu gərginlik hər iki ölkənin maraqlarına ziddir.

Politoloq vurğulayıb ki, Azərbaycan və Türkiyə strateji müttəfiqdir, aralarında Şuşa Bəyannaməsi mövcuddur və tərəflər bir-birini dəstəkləyir. Onun sözlərinə görə, hansısa təxribatçı qrupların iki ölkə arasındakı münasibətlərə zərər verməsinə imkan vermək olmaz, çünki bundan xarici dairələr də maraqlı ola bilər.

E.Şahinoğlu bildirib ki, görüş zamanı sual doğuran məsələlər müzakirə olunacaq. Onun fikrincə, əsas məqam ölkələrin bir-birinin daxili işlərinə qarışmamasıdır: “Müttəfiq olmağımıza baxmayaraq, bu prinsipə riayət edilməlidir. Məncə, buna da riayət olunacaq”.

Politoloq Taleh Əliyev  bildirib ki, oktyabr ərzində daha çox Türkiyədən Azərbaycana yönəlik, eyni zamanda Azərbaycandakı “5-ci kolon” təmsilçiləri tərəfindən də ikitərəfli münasibətlərə qarşı mənfi fikirlər səsləndirilib. Politoloqun sözlərinə görə, bu fikirləri səsləndirənlərin hamısını “5-ci kolon” adlandırmasa da, onların əksəriyyəti bu kateqoriyaya aiddir: “Onların paylaşdığı statuslar, səsləndirdiyi iyrənc təkliflər və təşəbbüslər göstərir ki, bunlar düşmənin dəyirmanına su tökən ünsürlər deyil, bilavasitə düşmən dairələrə xidmət edən 5-ci kolon təmsilçiləridir”.

T.Əliyev qeyd edib ki, üç həftə boyunca səslənən və iki ölkə arasında nifaq toxumu səpməyə yönəlmiş fikirlər xüsusilə Türkiyədə geniş əhatə qazanıb. Onun sözlərinə görə, hakim partiyanın rəhbərliyində təmsil olunan şəxslərdən tutmuş Türkiyə Prezidentinin müşavirinə, ayrı-ayrı siyasi partiya rəhbərlərinə qədər belə açıqlamalara şahid olunub. Politoloq bildirib ki, bu yanaşma Azərbaycan-Türkiyə qardaşlığını müdafiə edən və hər iki dövlətin uğurlu gələcəyini bu dostluqda görən insanları ciddi şəkildə narahat edib.

Politoloq həmçinin vurğulayıb ki, bu müddət ərzində hər iki ölkədən təxribatlara uymamağa, dostluq və qardaşlığın əbədi olduğuna dair çağırışlar səslənib. Lakin Türkiyə tərəfindən səslənən bəzi açıqlamalar artıq daha təhqiredici məzmun almağa başlayıb.

Taleh Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin adının da qaralama kampaniyasında hallanmasının Azərbaycan dövlətini və müvafiq qurumları zəruri addımlar atmağa vadar etdiyini deyib. Onun fikrincə, dövlət başçısını açıq mətnlə təhqir edən bəzi türk vətəndaşları barəsində beynəlxalq axtarış elan edilməsi, ardınca bəzi türk vətəndaşlarının Azərbaycana girişinə qadağa qoyulması vaxtında atılmış addımlar hesab olunmalıdır.

Politoloq vəziyyətin daha da ağırlaşmaması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın atdığı addımları da yüksək qiymətləndirib. O xatırladıb ki, Ərdoğan oktyabrın 18-də Azərbaycan Müstəqilliyinin bərpasının 35-ci ildönümü ilə bağlı təbrik paylaşımı edib, həmin gün axşam isə İlham Əliyevə telefon zəngi vuraraq bayram münasibətilə onu təkrar təbrik edib. Telefon danışığı zamanı ikitərəfli münasibətlərə, o cümlədən regional məsələlərə toxunulub, Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının 13-cü zirvə toplantısına dəvət olunub. Danışıqlar zamanı İlham Əliyev də ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə dair açıqlama verib.

T.Əliyev hesab edir ki, bütün bunlar hər iki tərəfdən, xüsusilə Türkiyə tərəfindən Azərbaycana və dövlət başçısına ünvanlanan nifrət və qəzəbin daha çox təxribatçı qrupların, “5-ci kolon” təmsilçilərinin işi olduğunu göstərir. O əlavə edib ki, iki ölkənin dövlət ağlı, üç həftəlik səssizliyin arxasında duran əsas məqsədlərdən biri hər iki ölkədəki bu “xain çeteləri” birlikdə müəyyənləşdirmək və zərərsizləşdirməyə hesablanmış siyasət yürütmək olub.

Politoloq sonda ölkələrin bu günə qədər əsası qoyulmuş siyasətinin və siyasi praktikasının uğurla davam etdiriləcəyinə, yeni hədəflərin müəyyənləşdiriləcəyinə inamını ifadə edib: “Azərbaycan-Türkiyə dostluğu sözdə deyildiyi kimi, əməldə də daimi, əbədi və sonsuza qədər davam edəcək”.

Turan Etibaroğlu

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Terrorla mübarizə ilə bağlı iki məcəlləyə dəyişikliklər qəbul edilib

Milli Məclis Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə mexanizmlərinin gücləndirilməsini və hüquqi şəxslərin bu sahədə məsuliyyətinin dəqiqləşdirilməsi məsələsini son oxunuşda qəbul edib.Citypost.az xəbər verir ki, bununla bağlı Cinayət və Cinayət-Prosessual Məcəllələrinə təklif edilən dəyişiklik parlamentin payız sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.Sənəddə qeyd olunub ki, hüquqi şəxs tərəfindən maliyyə əməliyyatları üzrə nəzarətin qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilməməsi nəticəsində vəzifəli şəxslər xidməti vəzifələrinin icrası ilə əlaqədar terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətdikdə hüquqi şəxsə cinayət-hüquqi tədbirlər cinayətin həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsindən asılı olmayaraq tətbiq ediləcək.Layihəyə əsasən, terrorçuluğun maliyyələşməsinin digər iqtisadi xarakterli cinayətlərdən mühüm fərqi ondan ibarətdir...

23 Oktyabr 2026, 12:04

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib.Citypost.az xəbər verir ki, qonaq, ilk növbədə, Hindistan Prezidenti Draupadi Murmunun və Baş nazir Narendra Modinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycan Prezidenti ilə Hindistanın Baş naziri arasında Bişkekdə keçirilmiş görüşü xatırladaraq ölkəyəə Baş nazir Narendra Modinin tapşırığına əsasən səfər etdiyini bildirib.Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Hindistan Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.Dövlətimizin başçısı Hindistanın Baş naziri Narendra Modi ilə Bişkekdə keçirilmiş görüşünü və həmin görüş zamanı aparılmış fikir mübadiləsini məmnunluqla xatırladı. Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirinin Baş nazir...

23 Oktyabr 2026, 11:13

“Həzi Aslanov” metro stansiyasında dalanın yenidən qurulması yekunlaşıb

“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasında dalanın yenidən qurulması işləri yekunlaşıb.Citypost.az  xəbər verir ki, bununla bağlı “Həzi Aslanov” stansiyasında görülmüş işlərlə tanışlıq məqsədilə mediatur təşkil olunub.Qeyd edək ki, “Həzi Aslanov” stansiyasının dalanının və stansiyanın dayanıqlılığının artırılması 2025–2030-cu illər üzrə Dövlət Proqramının icra edilməsinə dair tədbirlər planı əsasında həyata keçirilir.

23 Oktyabr 2026, 10:46

Quba İdman Kompleksinin direktoru və mühasibi həbs edilib

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib.Citypost.az xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla "Azəridmanservis" MMC-nin Quba İdman, istirahət, təlim və tədris kompleksinin direktoru Rəşid Orucov və mühasib Vidadi Şirinovun qanunazidd hərəkətləri müəyyən edilib.Hər iki şəxs mənimsəmə və vəzifə cinayətlərində təqsirli bilinir. İş üzrə ziyanın yarım milyon manatdan çox olduğu qeyd edilir.R.Orucov və V.Şirinov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib....

23 Oktyabr 2026, 10:19

Milli Qəhrəman reanimasiyaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev ağır vəziyyətdə “Yeni Klinika”ya yerləşdirilib.Citypost.az  xəbər verir ki, bu barədə Milli Qəhrəmanları Tanıtma İctimai Birliyindən bildirilib.Qeyd edilib ki, “Yeni Klinika”ya yerləşdiriləndən sonra vəziyyəti daha da ağırlaşan Milli Qəhrəman Reanimasiya şöbəsinə köçürülüb. Onun həyatı ilə bağlı yaranmış vəziyyət ailə üzvlərini dərin təşviş içində saxlayır.Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Ehtiram Əliyevin vəziyyətinin ağırlığını və həyatına yaranmış təhlükəni nəzərə alaraq Prezident İlham Əliyevə müraciət edib. Müraciətdə dövlət başçısından Milli Qəhrəmanın müalicəsini nəzarətə götürmək xahiş olunub.Ehtiram Əliyev 1972-ci ildə Ucar rayonunda anadan olub. Bakı Maşınqayırma Texikumunu və "Təfəkkür” Universitetini bitirib.1992-ci ilin iyunundan 1996-cı ilin avqustuna qədər hərbi xidmət keçib....

23 Oktyabr 2026, 09:52

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub 

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub.Citypost.az xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyon 425 min manat, yerli gəlirləri 735 milyon 575 min manat, mərkəzləşdirilmiş xərcləri 41 milyard 664 milyon 425 min manat, yerli xərcləri 735 milyon 575 min manat) proqnozlaşdırılır....

23 Oktyabr 2026, 09:17