Bizə yazın

Baku

-°C

USD

-

Zahid Orucdan Milli Məclisdə MÜHÜM TƏKLİFLƏR

Cəmiyyət 23 Oktyabr 2026, 13:24

2415

“Aqrar sahə haqqında” yeni qanun layihəsi ölkəmizdə məşğul əhalinin 35,4 faizinin, yəni 1 milyon 782 min nəfərinin çalışdığı kənd təsərrüfatının ÜDM-də cəmi 5,9 faizlik payının artırılmasına və Qələbəmizdən sonra  münbit torpaqların dövriyyəyə qaytarılmasına xidmət edən hüquqi sənəddir. 

CityPost.az  xəbər verir ki,bunu Milli Məclisin deputatı Zahid Oruc bildirib.

Layinənin adını beynəlxalq müqayisədə qiymətləndirildikdə, Almaniyada “Landwirtschaftsgesetz”, Böyük Britaniyada “Agriculture Act” şəklində qəbul olunub. Qazaxıstan kənd təsərrüfatının inkişafını yerli ərazilərin sosial-iqtisadi inkişafı ilə eyni qanunda birləşdirib. Onda nə üçün respublikamızda aqrar təsərrüfata kəndin özündən ayrı baxırıq? 

Prezident İlham Əliyev 25 may 2026-cı ildə kənd təsərrüfatına həsr edilən müşavirədə istehsal dinamikasının zəifliyi,  aqrar sahədə durğunluq və şəhərlərdən kəndlərə qayıdışı yeni dövlət siyasəti kimi müəyyənləşdirdi.

Məlumdur ki, ölkəmiz buğdaya tələbatının 55 faizini, bitki yağlarında 52, kərə yağında isə cəmi 62 faizini özü təmin edir.  Azərbaycanın ümumi torpaq fondu  8,64 milyon hektardır. Bunun 4,8 milyon hektara yaxını kənd təsərrüfatına yararlıdır, əkin sahələri isə 1,8 milyon hektar səviyyəsindədir. Davamlı dövlət dəstəyinə, əlverişli coğrafiyaya, zəngin aqrar ənənələrə baxmayaraq, torpağımızın real istehsal gücündən tam istifadə edə bilmirik. 

Suallara cavab ötən əsrin 70-ci illərindədir. Milli lider Heydər Əliyev Azərbaycana rəhbərliyə  başlayanda kənd təsərrüfatında aşağı məhsuldarlıq, böyük təşkilati və infrastruktur problemləri mövcud idi. Qısa vaxtda elmi seleksiya, suvarma sistemlərinin genişləndirilməsi, texnikanın yenilənməsi, yerli emal sənayesi, ixtisaslaşma və kəndlərdə məşğulluq vahid dövlət siyasətinə çevrildi. On minlərlə Əmək qəhrəmanı, keçici Qırmızı bayraqlar və ağ qızıl ifadəsi məhz o dövrdə yarandı. 1969–1982-ci illərdə kənd təsərrüfatı istehsalının ümumi həcmi 2,7 dəfə artmışdı.

Ulu öndər 1993-cü ildə ölkəmizi xilas edəndən və prezident seçiləndən cəmi 4 ay sonra 4 mart tarixində ağır şəraitdə respublika müşavirəsində keçirmişdi,  keçmiş sovet məkanında ilk dəfə  məhz Azərbaycanda torpaq islahatlarını həyata keçirmişdi.

İndi kənd təsərrüfatının əsas problemi kiçik sahələrdə mexanikləşdirmə xərclərinin artması, irriqasiya sistemlərinin qurulmasının çətinliyi və fermerlərin suvarma suyuna əlçatanlığı, texnika və aqronom xidmətlərindən səmərəli istifadə imkanlarının zəifliyidir. Fermerlər məhsullarını təkbaşına bazara çıxarmaqda çətinlik çəkir, böyük ticarət şəbəkələri  qaydaları diqtə edir.

Təklif edirik ki, subsidiya və dövlət dəstəyi mexanizmlərinin nəticəliliyi hektardan alınan məhsul, təsərrüfatın gəliri, yaradılan iş yeri, su sərfi və idxal asılılığının azalması kimi göstəricilərlə birgə qiymətləndirilsin.

Mövcud qanunvericiliyə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla bir sıra əsas vergilərdən azaddırlar. Lakin sərhəd, dağlıq və iqtisadi cəhətdən zəif inkişaf edən kəndlərdə yerli xammaldan istifadə edən yeni kiçik emal müəssisələri üçün konkret məşğulluq və investisiya öhdəlikləri ilə bağlı sıfır vergi rejiminin tətbiqi faydalı olar.

Qanun kəndə dönüşü təmin etməlidir.  Ölkəmizdə 4 244 kənd var. Lakin  bölgələrdə əhali azaldıqca məktəblərdə şagird və müəllim sayı da aşağı düşür, tibb məntəqəsinin saxlanılması zərurəti də azalır, poçt və bank xidməti “qeyri-rentabelli” sayılır. Dövlət xidmətlərinin yoxluğu inzibati vahid kimi kəndin tamamilə silinməsinə, nəticədə daxili miqrasiyaya, paytaxtda əmək və mənzil bazarına artan tələbata səbəb olur. 

Üstəlik, Azərbaycanın iqlim xəritəsi eyni deyil. Bakı və Abşeronda orta illik temperaturla yüksək dağ və sərhəd rayonlarında qış mövsümü eyni uzunluqda və sərtlikdə davam etmir. Qusar, Quba, Gədəbəy, Daşkəsən, Lerik, Yardımlı, Şahbuz, Kəlbəcərdə yeddi-səkkiz aya qədər istiliyə ehtiyacı olan ailə ilə mülayim iqlimdə yaşayan ev təsərrüfatlarının enerji tələbatını eyni limitlə ölçmək sosial bərabərsizlik yaradır. Hazırkı qaz tariflərində illik istehlakın ilk 1200 kubmetri üçün 12,5 qəpik, 1200–2500 kubmetr hissəsi üçün 22 qəpik, 2500 kubmetrdən yuxarı hissəsi üçün 30 qəpik tarif tətbiq olunur. Elektrik enerjisi tarifi də ölkə üzrə eynidir, halbuki iqlim şəraiti fərqlidir. Ona görə də aqrar bölgələrdə kommunal tarifləri azaltmağı təklif edirik.

Aqrar sahədə hər dəfə idarəetmə strukturu dəyişəndə, yeni qurum yaradılanda və ya subsidiya qaydaları yenilənəndə hüquqi mexanizmlər də dəyişir. Dövlət siyasətinin davamlılığı nazirin və ya qurum rəhbərinin fəaliyyət müddətindən asılı olmamalıdır. 

Yekunda  “Aqrar sahə haqqında” qanun layihəsinə bir neçə ildən sonra qiymət verəndə yalnız neçə subsidiya qərarının qəbul olunduğu, hansı elektron xidmətin yaradıldığı və müxtəlif tədbirin keçirildiyi ilə yanaşı, kəndçinin nə qədər qazandığını, torpaqdan nə qədər məhsul götürdüyünü, kənddə neçə yeni müəssisənin açıldığını, neçə ailənin doğma yurdunda qalmağa qərar verdiyi ilə müəyyənləşdirməliyik.

Əgər 2020-ci ildə biz torpaqlarımızı azad etdiksə, indi həmin torpaqları becərməklə Qələbəmizi ərzaq suverenliyinə çevirməliyik.

Jalə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb

Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb.Citypost.az  xəbər verir ki, bu barədə parlamentin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova məlumat verib.Milli Məclisin növbəti iclası oktyabrın 27-də keçiriləcək.

23 Oktyabr 2026, 13:59

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanda saxlanılıb

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb.Citypost.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb.Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb.Ona ölkəyə buraxılmayacağı barədə xəbərdarlıq olunub.Azərbaycanın Gürcüstandakı səfirliyinin müdaxiləsindən sonra İbad Hüseynov sərbəst buraxılıb.Qeyd edək ki, İbad Hüseynov 23 oktyabr 2026-cı il tarixində Gürcüstanda keçiriləcək tədbirə qatılmaq üçün Tbilisiyə gedib....

23 Oktyabr 2026, 13:54

QUBADLININ AZAD OLUNMASINDAN 6 il ÖTÜR

Milli Məclisin deputatı Ceyhun MəmmədovArtıq qalib Azərbaycan öz əzəli Qarabağ torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş günlərini deyil, işğalından azad edilməsi günlərini qeyd edir. 2020-ci il oktyabrın 25-i  Qubadlıda erməni təcavüzünə son qoyulan gün kimi tariximizə yazılıb. Qubadlı şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən dörd 6 il ötür. Bu günü nəinki qubadlılılar, bütün Azərbaycan xalqı otuz ilə yaxın müddətdə gözlədi.Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olub.Qubadlı rayonu 1933-cü ildə təşkil edilib. 1963-cü ildə...

23 Oktyabr 2026, 13:29

İntizam Komitəsi iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb 

AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib.Citypost.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.AFFA U-14 Qızlar Liqasının "Sabah" – "Ulduz FA" oyununda Əsasnaməyə uyğun yaş limitini pozduğu üçün qonaq komanda 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.AFFA U-14 Qızlar Liqasının "Türkan" (Bakı) – "Neftçi" matçında isə Əsasnaməyə uyğun yaş limitini pozan meydan sahibi komandaya texniki məğlubiyyət verilib.

23 Oktyabr 2026, 13:25

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib 

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib.Citypost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

23 Oktyabr 2026, 12:46

Azərbaycan və Hindistan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarla geniş tərkibdə görüşü keçirilib.Citypost.az  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X”də məlumat yayıb.Görüşdə Azərbaycan-Hindistan münasibətlərinin gündəliyinə daxil olan məsələlər, o cümlədən siyasi dialoq, ticarət, investisiya, enerji, nəqliyyat, turizm, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq müzakirə olunub.Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı Limanının, Ələt Azad İqtisadi Zonasının və digər sənaye zonalarının yaratdığı imkanlar vurğulanıb.Tərəflər, həmçinin regional və beynəlxalq məsələlər, BMT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.Ceyhun Bayramov...

23 Oktyabr 2026, 12:39