“Qarabağ”ın təklifinə “yox” deyən “Neftçi”ni qınayaqmı? - Fazil Mustafadan “FLAQMAN”A ağır sözlər
Cəmiyyət 06 Fevral 2026, 10:26
306
Deputat: "Bu, döyüşə girmiş ordu bölümünə digər bir ordu bölümünün logistik dəstək verməkdən imtinası kimidir"
“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la qarşı keçiriləcək səfər matçına yaxşı hazırlaşmaq üçün Peşəkar Futbol Liqasına (PFL) müraciət edib. Ağdam təmsilçisi İngiltərəyə yollanmamışdan öncə Misli Premyer Liqasının 21-ci turunda “Neftçi”yə qarşı keçiriləcək matçın təxirə salınmasını istəyib.“Köhlən atlar” bununla bağlı PFL-ə məktub göndərib.
Çempionatın təşkilatçısı olan qurum da öz növbəsində razılıq üçün “Neftçi”yə müraciət edib. Lakin Bakı klubu “Qarabağ”ın bu istəyini geri çevirib.
“Neftçi”nin Media üzrə koordinatoru Rüstəm Əfsərli də açıqlamasında məlumatı təsdiq edib:
“Qarabağ”dan belə bir təklif gəlmişdi, amma biz bundan imtina elədik. Çünki komandamızın qarşısında hədəflər var, mövsüm sona yaxınlaşır, həlledici mərhələyə qədəm qoyuruq. Bu hədəflərə uyğun olaraq da hazırlıq planı nəzərdə tutulub. Hər hansı matçın vaxtının, yerinin dəyişdirilməsi planlara mənfi təsir göstərə bilər. Buna görə də fikirləşdik ki, oyunun təxirə salınması məqsədəuyğun deyil. Ən yaxşısı elə təqvimlə nəzərdə tutulan həftədə matçın oynanılmasıdır”.
Həmçinin oxuyun
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” görüşü fevralın 21-i keçiriləcək və saat 19:00-da başlayacaq.
Futbolla yaxından maraqlanan, Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bu məsələ ilə bağlı Musavat.com-da kifayət qədər sərt danışdı:
“Təbii ki, “Qarabağ” komandası çox məsul bir oyun ərəfəsindədir və belə bir addım atmalı idi. Bu, bütün ölkələrin praktikasında var. Komandanın ehtiyat skamyası da məhduddur. Həm də imkanları “Nyukasl”la müqayisədə çox-çox aşağıdır. Bu da onu tələb edir ki, klub daha ciddi şəkildə, zədələr olmadan, problemsiz bu oyuna hazır vəziyyətə gəlsin. Onun üçün də daxili çempionatda bir oyunun təxirə salınması ilə bağlı “Neftçi” komandasına müraciət edib. Təbii ki, bu məsələdə də “Neftçi” klubunun da hüquqi var ki, bu müraciəti qəbul etməsin. Amma “Neftçi”nin yox demək hüquqi olsa da, haqqı yoxdur. Azərbaycanın Cinayət Məcəlləsində ictimai mənəviyyat əleyhinə olan kateqoriya var. Bu, birbaşa ictimai mənəviyyat əleyhinə olan bir cinayət açıqlamasıdır. Bilirsiniz niyə? Bu açıqlamanı verən, yaxud bu açıqlamanı vermək barədə qərar qəbul edən şəxslərin Azərbaycana sevgilərinin olduğuna şübhə ilə yanaşıram. Bu ərəfədə “Qarabağ” təkcə özünü təmsil etmir, həm də “Neftçi”ni təmsil edir.
“Qarabağ”ın Avropa məkanında qazandığı puldan böyük məbləğ də, təxminən 800 min avroya yaxın “Neftçi”yə düşür. Siz təsəvvür edin ki, ona pul qazandıran, xeyir gətirən bir komandaya dar bir korporativ maraqlar ucbatından bu cür təklifi rədd edirlər. Bu məsələ ciddi şəkildə müzakirə olunmalıdır. Hətta bu məsələyə ölkə rəhbərliyi belə qarışmalıdır. Çünki bu qədər vəsaitlər “Neftçi” üçün xərclənir, amma ortaya bir nəticə qoya bilmir, indi guya bir oyunu təxirə salmasalar, uğur qazanacaqlar. Buna ad vermək mümkün deyil. Hər kəs bilməlidir ki, bu ictimai mənəviyyat məsələsidir. Dövlətin və xalqın marağı olan, böyük bir çoxluğun diqqətində yer alan məsələdə bu cür davranmağın heç bir izahı yoxdur. Bu baxımdan da məncə, bu məsələ cəmiyyətdə çox ciddi müzakirə olunmalıdır. Bu, döyüşə girmiş ordu bölümünə digər bir ordu bölümünün logistik dəstək verməkdən imtinası kimidir. Onun üçün də bunun çox ciddi bir hadisə olduğunu düşünürəm. Mənə elə gəlir ki, bu oyun təxirə salınmasa, “Qarabağ” özünün ikinci heyəti ilə bu oyuna çıxıb “Neftçi”yə futbol dərsi verməlidir. Cəmiyyətdə də insanlar məhz bu oyuna görə “Qarabağ”ı dəstəkləməlidir. Şəxsən mən həmin oyunda “Qarabağ”ı hərtərəfli dəstəkləməyə hazıram. Çünki döyüşə gedən bu ordu bölümünə qarşı edilən bu hərəkət məğlubiyyətə-ümumi, milli məğlubiyyətə dəstək verməkdən başqa bir şey deyil. Ona görə də, bu əməlin hesab edirəm ki, “Neftçi” üçün də ciddi nəticələri olmalıdır”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Əli Əsədov yeni qərar imzaladı
Nazirlər kabineti "Beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartlarının Azərbaycan Respublikasının ərazisində tətbiqi Qaydaları"nı təsdiq edib.CityPost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.Qərar "Standartlaşdırma haqqında" 17 may 2019-cu il tarixli qanunun tətbiqi barədə" ölkə Prezidentinin 12 iyul 2019-cu il tarixli fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub, ölkədə beynəlxalq, regional, dövlətlərarası və xarici ölkələrin standartlarının tətbiqi mexanizmini tənzimləmək məqsədi daşıyır. Qərarla həmin standartların dövlət standartı kimi qəbul edilməsi, birbaşa tətbiqi, tərcüməsi, ekspertizası və reyestrə daxil edilməsi qaydaları müəyyən edilir.Əsas məqsəd beynəlxalq standartların ölkədə tətbiqini sistemləşdirmək, milli qanunvericiliyə və texniki reqlamentlərə uyğunluğunu təmin etmək, eyni zamanda...
06 Fevral 2026, 11:26
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb.CityPost.az xəbər verir ki, iclasın gündəliyinə 12 məsələ daxil edilib.1. “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.3. “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).4. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun...
06 Fevral 2026, 10:12
Məhkəmə hökmləri ilə dövriyyədən çıxarılmış narkotik yandırılıb
Cəlilabad və Masallı rayonlarında məhkəmə qərarları əsasında müsadirə olunmuş az və xeyli miqdarda olan narkotik vasitələr məhv edilib.Bu barədə CityPost.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.Bildirilib ki, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Cəlilabad (23 hökm) və Masallı (47 hökm) rayon komissiyaları tərəfindən barəsində məhvetmə qərarı qəbul edilmiş ümumilikdə 70 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilib.Məhvetmə prosesi Dövlət...
06 Fevral 2026, 10:06
DİN sosial şəbəkələrdə yayılan insident görüntülərinə aydınlıq gətirdi
Sosial şəbəkələrdə polis əməkdaşlarının qazi kimi təqdim olunan şəxsə fiziki güc tətbiq etməsi ilə bağlı yayılmış görüntülərlə bağlı araşdırma aparılıb.Bu barədə CityPost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.“Müəyyən edilib ki, hadisə 3 noyabr 2025-ci il tarixdə baş verib. Görüntüdəki şəxs əvvəllər Rusiyada bir neçə dəfə narkotik maddələrin satışı ilə bağlı həbs olunmuş 1982-ci il təvəllüdlü Həsənov Fikrət Arif oğludur.O, uzun müddət Rusiyada yaşayıb, ümumiyyətlə hərbi xidmət keçməyib, onun qazi, müharibə iştirakçısı kimi təqdim olunması iddiaları tamamilə əsassızdır.Fikrət Həsənov sonuncu dəfə 2024-cü ildə Bakı şəhərində külli miqdarda narkotik vasitə satışı ilə əlaqədar saxlanılaraq barəsində cinayət işi başlanılmış, özü də narkotik asılılığından əziyyət...
05 Fevral 2026, 22:12
Cəmiyyətdə neqativ informasiya asılılığı artır
Son illər informasiya axınının sürətlənməsi ilə yanaşı, cəmiyyətin diqqətini daha çox mənfi xəbərlərin cəlb etməsi müşahidə olunur. Qəza, cinayət, qalmaqal və faciə xarakterli məlumatlar sosial şəbəkələrdə və xəbər portallarında daha sürətlə yayılır, müzakirə olunur və paylaşılır. Mütəxəssislər bu tendensiyanı “neqativ informasiya asılılığı” kimi dəyərləndirirlər.Citypost.az xəbər verir ki, araşdırmalar görə insan beyni təhlükə və risklə bağlı informasiyaya daha həssas reaksiya verir. Bu isə mənfi xəbərlərin yadda daha tez həkk olunmasına və uzun müddət təsirini saxlamasına səbəb olur. Nəticədə oxucu fərqində olmadan daim neqativ məzmun axtarır və onu izləməyə meyilli olur.Psixoloqlar bildirirlər ki, davamlı şəkildə pis xəbərlərlə qarşılaşmaq insanlarda gərginlik, narahatlıq və...
05 Fevral 2026, 21:35
Hərbi Prokurorluqda yeni şöbə rəisi - Təyin edildi
Respublika hərbi prokurorluğunda daha bir vəzifəyə təyinat olub.CityPost.az xəbər verir ki, bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.Əmrə əsasən ədliyyə polkovnik-leytenantı Amid Verdiyev Kadrlar şöbəsinin rəisi təyin edilib.Qeyd edək ki, son günlər Hərbi prokurorluqda bir neçə kadr dəyişikliyi baş tutub.
05 Fevral 2026, 19:28