Bizə yazın

Baku

-°C

USD

-

Seçkilər Ermənistanı hansı yola aparacaq? Siyasi şərhçi AÇIQLADI

Siyasət 06 Fevral 2026, 11:29

378

“Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri bir çox baxımdan ölkə üçün hər şeyin yenidən başlanması kimi dəyərləndirilə bilər. Bu seçkilər mahiyyət etibarilə köhnə ilə yeninin, işğalçılıqla sülhün, revanşizm ilə regional əməkdaşlığın, qapalı düşüncə ilə açıq və realist siyasətin mübarizəsi olacaq”.

Bunu Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.

O, qeyd edib ki, əgər bu parlament seçkilərində Nikol Paşinyan və onun komandası xalqdan yenidən etimad ala bilsə, o zaman Ermənistanın uzun illər davam etdirdiyi dağıdıcı və avantürist siyasətdən mərhələli şəkildə imtina edəcəyi gözlənilir: “Bu halda Ermənistanın region və dünya ilə səmimi şəkildə inteqrasiyaya, qonşularla normal münasibətlərə və real siyasətə üstünlük verməsi üçün imkanlar yarana bilər. Bunun üşün isə Paşinyan ona qarşı büün cəbhələrəd hücuma keçmiş Rusiya yönümlü qüvvələrə qalib gəlməyi bacarmalıdır. Əks halda Ermənistanı yenidən qaranlıq və fəlakətli gələcək gözləyir”.

N.Azərinin sözlərinə görə, digər və olduqca vacib məqam ondan ibarətdir ki, seçkilərin nəticəsi təkcə siyasi hakimiyyətin dəyişməsi ilə məhdudlaşmayacaq: “Əgər Paşinyan komandası qalib gələrsə, bu, eyni zamanda siyasətin, dini institutların və ümumilikdə cəmiyyətin müəyyən mənada təmizlənməsi prosesinin başlanğıcı ola bilər. Siyasətin təmizlənməsi o deməkdir ki, Ermənistanda Kremlin deyil, məhz Ermənistanın maraqlarına xidmət edən siyasi qüvvələr ön plana çıxacaq. Dinin təmizlənməsi isə uzun illər Rusiyanın sifarişi ilə anti-türk və anti-region siyasətinə ideoloji-dini don geyindirən kilsə strukturlarının təsirinin zəiflədilməsi deməkdir. Ermənistan Qriqoryan Kilsəsinin xarici kəşfiyyat mərkəzlərinə, daha da dəqiqləşdirsək Rusiyaya xidmət edən, dini siyasi alətə çevirən şəxslərdən təmizlənməsi və dini yalnız din üçün təmsil edən, ləkələnməmiş simaların önə çıxması vacibdir”.

Vurğulanıb ki, nəhayət, bu seçkilər Ermənistan cəmiyyətinin də ayılmasına və reallıqla barışmasına səbəb ola bilər: “Ermənistan cəmiyyəti başa düşməlidir ki, boş “soyqırımı siyasəti”, türk torpaqları hesabına “böyük Ermənistan” qurmaq xülyaları onlara yalnız məğlubiyyət, təcrid və yoxsulluq gətirib. Reallıqla barışmaq və Cənubi Qafqazda davamlı sülh üçün səmimi səylər göstərmək Ermənistan üçün yeganə çıxış yoludur”.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Elşad Paşasoy: "Azərbaycan–BƏƏ xətti güclənir"

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər son illər yeni və daha yüksək inkişaf mərhələsinə qədəm qoyub. Hələ 1991-ci ilin sonlarından əsası qoyulan bu əlaqələr bu gün qarşılıqlı etimada, siyasi iradəyə və liderlər səviyyəsində formalaşan səmimi münasibətlərə söykənir. Məhz bu amillər ikitərəfli əməkdaşlığı təkcə regional deyil, eyni zamanda beynəlxalq müstəvidə nümunəvi modelə çevirib.Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən politoloq Elşad Paşasoy bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan arasında formalaşmış münasibətlər bu gün bir sıra dünya liderləri tərəfindən öyrənilən siyasi modelə çevrilib.Politoloqun sözlərinə görə, bu əlaqələrin əsasını səmimiyyət, qarşılıqlı inam və...

06 Fevral 2026, 12:10

Millət vəkili: Atılan hər addım Cənubi Qafqazın təhlükəsizlik və rifah modelini formalaşdırır    

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqazda uzunmüddətli sabitliyin və dayanıqlı inkişafın əsas şərtlərindən biri olaraq qalır. Münaqişədən sonrakı dövrdə bu proses təkcə ikitərəfli münasibətlərin gələcəyini deyil, bütövlükdə regionun siyasi və iqtisadi arxitekturasını müəyyənləşdirən amilə çevrilib. Son illər aparılan müzakirələr göstərir ki, normallaşma artıq abstrakt niyyət deyil, konkret siyasi, hüquqi və iqtisadi məsələlər üzərində qurulan mərhələli bir proses kimi dəyərləndirilir.Bu baxımdan Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş xüsusi əhəmiyyət kəsb edir. Görüş tərəflərin birbaşa dialoqu davam etdirmək iradəsini nümayiş etdirməklə yanaşı, normallaşma gündəliyinin aktual olaraq qaldığını da təsdiqlədi....

05 Fevral 2026, 12:44

Avtobus idarə edəcək qadın sürücülərin sayı ARTIRILIR 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avtobus idarə edəcək daha 6 qadın sürücüyə təlimlər keçir.Citypost.az AYNA-ya istinadən xəbər verir ki, Agentlik qadın sürücülərin peşəkar bacarıqlarını artırmaq, onların ictimai nəqliyyat sektorunda aktiv iştirakını və məşğulluğunu təmin etmək məqsədilə paytaxtda avtobus idarəetmə təlimlərini davam etdirir. Proqram çərçivəsində namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıq keçirlər.Layihənin birinci mərhələsində 3 xanım təlim və imtahanları uğurla tamamlayaraq artıq avtobus sürücüsü kimi fəaliyyət göstərir. Hazırda davam edən ikinci mərhələdə isə 6 xanım namizəd təlim prosesində iştirak edir.Təlim proqramı avtobusları idarəetmə bacarıqları ilə yanaşı, davranış psixologiyası,...

05 Fevral 2026, 12:40

Nadir Azəri: Əbu-Dabi görüşü beynəlxalq ictimaiyyətə mesajdır

“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında fevralın 4-də Əbu-Dabidə keçirilən görüş bir çox baxımdan mühüm əhəmiyyət kəsb edir və qlobal miqyasda müsbət nümunənin yeni mərhələsi kimi dəyərləndirilə bilər. O baxımdan müsbət nümunədir ki, bu görüş dünyanın müxtəlif bölgələrində davam edən müharibələr, silahlı qarşıdurmalar və hətta həmin münaqişələrin dayandırılması istiqamətində göstərilən səylərin nəticəsiz qalması fonunda beynəlxalq ictimaiyyət üçün ‘sülhü əldə etmək üçün daha qətiyyətli olmaq lazımdır’ mesajı verdi”.Bunu Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri Nadir Azəri deyib.Onun sözlərinə görə, ən önəmli məqam ondan ibarətdir ki, tərəflər bu dəfə heç bir...

05 Fevral 2026, 10:03

Fazil Mustafa: İranda baş verən proseslər Azərbaycana təhlükə yarada bilər  

Milli Məclisin ötən gün keçirilən iclasında deputat Fazil Mustafa İranda baş verən proseslərlə bağlı mühüm açıqlama verib.Citypost.az-ın məlumatına görə, Deputat bildirib ki, mövcud vəziyyət Azərbaycan dövləti üçün potensial risklər yarada bilər və bu istiqamətdə həm dövlət qurumları, həm də cəmiyyət hazırlıqlı olmalıdır.Fazil Mustafanın sözlərinə görə, ehtimal olunur ki, dövlət qurumlarının və xüsusi xidmət orqanlarının İranda baş verən proseslərlə bağlı kifayət qədər məlumatı mövcuddur və müəyyən fəaliyyət planları üzərində iş aparılır. Lakin deputat əsas diqqətin cəmiyyətin bu proseslərə necə hazırlandığına yönəldilməli olduğunu vurğulayıb.“Bütün dünya İranda baş verə biləcək proseslərə hazırlıqlı şəkildə daxil olmağa çalışır. Türkiyədən tutmuş digər ölkələrə qədər hər kəs...

04 Fevral 2026, 15:28

Asif Nərimanlı: Epşteyn dosyaları qlobal siyasət və güc oyunlarını üzə çıxarır

Son illərdə Jeffrey Epşteynin adı dünya mediasında tez-tez hallanır. Onun villalarında baş verən hadisələr, yüksək səviyyəli siyasətçilər və iş adamları ilə yaxın münasibətləri, həmçinin yayılan sənədlər geniş rezonans yaradıb. Araşdırmalar göstərir ki, bu qalmaqal təkcə şəxsi münasibətlər və əyləncə məclisləri ilə bağlı deyil, həm də qlobal siyasət və biznes maraqlarını əhatə edir. Epşteyn dosyaları yalnız ifşaedici faktlar təqdim etmir, həm də siyasi və iqtisadi güc oyunlarının açıq nümunəsi kimi qiymətləndirilir.Bu mövzuda Citypost.az-a açıqlama verən politoloq Asif Nərimanlı bildirib ki, Epşteyn qalmaqalı yalnız iddialar səviyyəsində qalmayıb, yayılan sənədlər bir çox həqiqətləri üzə çıxarıb:“Epşteyn məsələsi indiyə qədər irəli sürülən iddiaların təsiri hesab...

04 Fevral 2026, 14:57