Bizə yazın

Baku

-°C

USD

-

Seyfülislam Qəddafinin cənazəsi səssiz DƏFN olundu

Dünya 05 Fevral 2026, 15:47

208

Liviyanın keçmiş lider Muəmmər Qəddafinin böyük oğlu Seyfülislam Qəddafinin nəşi Liviyanın Zintan şəhərindən dəfn ediləcəyi Bəni Valid şəhərinə aparılıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə cənazənin xüsusi təcili yardım avtomobili ilə və çoxsaylı mülki nəqliyyat vasitələrinin müşayiəti ilə səssiz konvoy şəklində aparılıb.

Citypost.az xarici mətbuata istinadən xəbər verir ki,Məlumata görə, dəfn mərasimi cümə namazından sonra Bəni Valid şəhərində keçiriləcək. Dəfn yeri və tarixinin ailə üzvlərinin razılığı ilə müəyyən edildiyi bildirilib.

Eyni zamanda, Verfella qəbiləsinə mənsub qrupların mərasimin təşkili və təhlükəsizlik tədbirləri üçün bölgədə bir araya gəldiyi qeyd olunur. Sosial mediada cənazəyə geniş iştirak çağırışları edilib.

Liviyanın Baş Prokurorluğunun açıqlamasına əsasən, ilkin araşdırmalar Seyfülislam Qəddafinin silahlı hücum nəticəsində həyatını itirdiyini göstərir. Hadisə ilə bağlı istintaq davam edir.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Turistlər Taylandda yas mərasimini restorana qarışdırdı  

Taylandın Nakhon Si Thammarat şəhərində iki Avropa turisti yas mərasimini restorana səhv saldı. Citypost.az xarici KİV-lərə  istinadən xəbər verir ki, turistlər masalara yaxınlaşıb menyu soruşduqda, yas mərasimi iştirakçıları vəziyyəti izah etdi və turistlər üzrxahlıq etdi.Hadisə iştirakçıları turistlərə buzlu süd və qızardılmış qəlyanaltı təklif etdi. İki gün sonra digər turistlər də eyni mərasimə gəlib kokteyllərin olub-olmadığını soruşdu, ailə onları yenə qonaq etdi. Turistlər Tayland insanlarının nə qədər mehriban olduğunu vurğuladılar.Yeganə...

05 Fevral 2026, 16:10

İşdə yuxuya getdi QOVULDU - Məhkəmə geri qaytardı

İtaliyada şirkə işləyən Francesco Rucci, işdə “tatıb” iddiası ilə işdən çıxarılsa da, məhkəmə qərarı ilə işinə geri qaytarıldı. Citypost.az xarici mətbuata istinadən xəbər verir ki,Rucci həmçinin almadığı bütün maaş və hüquqlarını alacaq.Rucci işdən çıxarılma səbəbini rədd edərək, baş dönməsi yaşadığını və yalnız qısa müddət gözlərini yumduğunu bildirib. Məhkəmə işçinin iş yerində ciddi pozuntu etmədiyini və işdən çıxarılmasının orantısız olduğunu əsas gətirərək qərarını açıqlayıb.Yeganə...

05 Fevral 2026, 16:06

Naxçıvanda qarın hündürlüyü 89 sm olub 

Naxçıvanda qarın hündürlüyü 89 sm olub.Citypost.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının dağlıq ərazilərinə qar yağıb.Müşahidələrə əsasən, Kükü kəndində ümumi qar örtüyünün hündürlüyü 39 sm, Biçənək ərazisində 24 sm təşkil edir. Parağacay Qar Uçqunu Stansiyası ərazisində isə qarın hündürlüyü 35 sm, dəniz səviyyəsindən 3000 metr yüksəklikdə 89 sm qeydə alınıb.Qeyd edək ki, hazırda yağıntılar dayanıb.

05 Fevral 2026, 15:47

Bu fenomenləri həbs təhlükəsi gözləyir

Türkiyədə kriptovalyuta sektorunda nəzarət tədbirləri sərtləşdirilib. Citypost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,yeni qaydalara əsasən, icazəsiz kripto aktiv xidmətləri göstərən platformalarla yanaşı, bu platformaları tanıdan sosial şəbəkə fenomenlərini də həbs və cərimə cəzası gözləyə bilər.Məlumata görə, icazəsiz fəaliyyət göstərən kripto xidmət təminatçılarına 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə və böyük məbləğdə maliyyə cəriməsi nəzərdə tutulur. Qaydalar çərçivəsində kripto birjalarının “affiliate” və referans proqramları qadağan edilib.Buna baxmayaraq, bəzi fenomenlərin yerli istifadəçilərə yönəlik tanıtım linkləri paylaşmaqda davam etdiyi bildirilir. Mütəxəssislər bu cür paylaşımların gizli reklam və icazəsiz tanıtım kimi qiymətləndirilə biləcəyini qeyd edirlər.Əli...

05 Fevral 2026, 15:35

Paşinyanın qızının maaşı yenidən gündəmdə 

Ermənistanın Baş naziri Nikol Paşinyanın qızı Məryəm Paşinyanın maaşı bir ildə 4,2 milyon dram (10 min dollardan çox) artıb.Bu barədə erməni mediası məlumat yayıb. Qeyd edilir ki, o, 27 min dollarlıq xidməti avtomobildən istifadə edir və mühafizəçi onun üçün qapını açır."Əgər 2021-ci ildə Məryəm Paşinyan "Digitain"dən 6,7 milyon dram alırdısa, növbəti il onun gəliri 10,9 milyon dram olub. Nikolun amili burada rol oynayırmı? Bu, korrupsiyanın bir qolu deyilsə, nədir?", - deyə mediada yazılıb. ...

04 Fevral 2026, 20:16

Qəddafinin oğlunun son səsli mesajı yayılıb  

Liviyada sui-qəsd nəticəsində öldürülən devrilmiş lideri Müəmmər Qəddafinin oğlu Seyfülislam Qəddafinin ölümündən bir gün əvvəl göndərdiyi son səsli mesaj mətbuata sızıb. Mesaj onun əmisi oğlu Əhməd Qəddafi tərəfindən paylaşılıb.Citypost.az xarici mətbuata istinadən xəbər verir ki, səs yazısında Seyfülislam Qəddafi Liviyanın gələcəyi ilə bağlı dərin narahatlığını ifadə edir, bəzi xarici ölkələrin ölkənin idarəçiliyinə müdaxilə etməyə çalışdığını bildirir. O, Liviyanın taleyinin xarici güclərin təsiri altına düşdüyünü və bunun xalqın maraqları hesabına baş verdiyini vurğulayır.Səs yazısında Qəddafinin gərgin və qəzəbli ruh halında olduğu diqqət çəkir. O, ölkədəki siyasi və təhlükəsizlik vəziyyətindən ciddi narazılığını dilə gətirir.Livya Baş Prokurorluğunun açıqlamasına görə, məhkəmə-tibbi ekspertiza Seyfülislam Qəddafinin...

04 Fevral 2026, 15:45