Bizə yazın

Baku

-°C

USD

-

“Səninlə qürur duyuruq” – aktrisadan həyat yoldaşına yubiley təbriki  

Sənət aləmi 17 Yanvar 2026, 11:26

26135

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədova həyat yoldaşı, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının  aktyoru Ədalət Əbdülsəmədovun yubileyi münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.

Citypost.az xəbər verir ki, aktrisa paylaşımında Ədalət Əbdülsəmədovu təbrik edərək ona möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıb. Zemfira Əbdülsəmədova statusunda “Ədalət Əbdülsəmədov, yubileyin mübarək! Sənə möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq. Nə ki arzuların var, həyata keçsin. Başımızın üstündən əskik olmayasan. Biz səninlə qürur duyuruq”, – deyə qeyd edib.

Qeyd edək ki, Ədalət Əbdülsəmədov 17 yanvar 1966-cı ildə Bakı şəhərində anadan olub. O, M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Teatr və kino sənəti” fakültəsini bitirib. Uzun illər müxtəlif teatr səhnələrində çalışan aktyor hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərir. Həyat yoldaşı Zemfira Əbdülsəmədova ilə eyni teatrda çalışır.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mərhum Maykl Cekson yenidən mühakimə olunacaq

“Pop Kralı” kimi tanınan əfsanəvi müğənni Maykl Cekson yenidən uşaqlara qarşı cinsi istismar iddiaları ilə üzləşib. İddialara görə, hadisələr Hollivud ulduzları Elton Con və Elizabet Taylorın evlərində baş verib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, fevralın 27-də Cassio ailəsinin dörd üzvü – Edward, Dominic, Aldo və bacıları Marie-Nicole Port – Ceksona qarşı məhkəmə iddiası qaldırıb. Ailə daha əvvəl Jacksonu digər iddialardan müdafiə etmiş və onu “ikinci ailələri” adlandırmışdı.23 səhifəlik iddiaya görə, Cekson uzun illər ərzində uşaqları cinsi istismara məruz qoyub, zorlayıb və təcavüz edib. İddialara görə, zorlamalar 1990-cı illərdə uşaqlar 7–8 yaşında olarkən başlayıb və müxtəlif tur və səyahətlər zamanı...

03 Mart 2026, 13:24

Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI 

Azərbaycanda televiziya, efir məkanı mədəniyyət və incəsənət xadimləri tərəfindən ciddi tənqid edildikdən sonra bununla bağlı mühüm addımlar atılıb. Bir neçə şou verilişləri bağlanıb. Bununla yanaşı, Azərbaycanda bir sıra bayağı müğənnilərin efirə çıxışına da qadağa qoyulub.CityPost.az Manset.az-a istinadən  həmin müğənnilərin siyahısını təqdim edir: Kəmalə GünəşliCanana (Mətanət İsgəndərlinin keçmiş gəlini)Nüşabə MusayevaNəfəs Ofelya ŞabanovaGünəş Qumral (Musa Musayev və Təranə Qumralın qızı)Səbinə SelcanÜlviyyə Namazova Afət FərmanqızıAşıq Namiq Mehriban Qəmbərova Şəbnəm QəhrəmanovaArzu Mirzəyeva Şəlalə Səsli Naza Veysəlova Ziba Osmanlı Aida Ziyadxanlı Pünhan Piriyev Talıb Tale Müğənni Canan Balaəli Aqşin Fatehİfrat Dəniz Əsədovaİbrahim Borçalı Arzu Mələk Elxan QaraxanoğluQeyd edək ki, siyahı tərtib olunarkən adı çəkilən müğənnilərin  ciddi musiqini təbliğ etməmələri və efir məsuliyyətinə diqqətsiz yanaşmaları nəzərə alınıb. ...

27 Fevral 2026, 14:41

Sezar mükafatlandırma mərasimində mübahisə

Cümə axşamı Parisdə keçirilən Sezar Mükafatlarının təqdimetmə mərasimi qalmaqala səbəb olub. Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Mərhum Bricit Bardot üçün çəkilmiş video tamaşaçılar tərəfindən soyuq qarşılanıb. Məşhur aktrisanın klipləri nümayiş etdirilərkən fit səsləri və narazılıqlar eşidilib.1960-cı illərin ən ikonik seks simvollarından biri olan Bardo dekabr ayında 91 yaşında vəfat etdi. Mərasim onun kinoya verdiyi töhfəni qeyd etmək məqsədi daşısa da, tamaşaçıların reaksiyası qarışıq idi. Bir neçə fransız izləyicisi X (əvvəlki adı Twitter) səhifəsində kiminsə xatirə mərasimi zamanı "irqçi" qışqırdığını eşitdiyini bildirib.Video montajda Bardotun 1973-cü ildə kinodan təqaüdə çıxmazdan əvvəlki ən məşhur rolları vurğulanırdı. Bəzi alqışlar eşidilsə də, iştirakçıların...

27 Fevral 2026, 14:33

Aparıcıdan xəbərdarlıq: Ucuz format televiziyanı zədələyir  

Tanınmış aparıcı Şəhriyar Əbilov Citypost.az-a açıqlamasında 22 illik televiziya fəaliyyətindən danışıb. O bildirib ki, bu illər ərzində hər zaman məsuliyyət daşıyaraq tamaşaçılara sağlam informasiya təqdim etməyə, pozitiv və eyni zamanda zövqlü verilişlər hazırlamağa çalışıb.“Şükürlər olsun ki, bacardığım qədər bu prinsiplərə əməl etmişəm. İstər böyük səhnə layihələri, istər ATV səhər layihəsi kimi işlərdə də keyfiyyət və zövq qorumuşam. İlk verilişlərimdə İlkin Həsənli, Lalə Azərtaş və Samirə Musafayeva ilə birgə aparıcılıq etmişəm. Həmişə verilişlərdə səmimiyyət, səliqə və zövq əsas prinsiplərimiz olub,” – deyə Ş. Əbilov bildirib.Aparıcı vurğulayıb ki, efirdə verilişlərin keyfiyyətinə ciddi nəzarət etməyə çalışıb: “Verilişlərdə bayağı musiqi və mövzulara yer vermək...

27 Fevral 2026, 12:34

Madonna Instagramda yenidən diqqət mərkəzində 

67 yaşlı pop ikonu Madonna Instagram-da cəsarətli paylaşım edərək, qara korset və şəbəkə şalvarında görünərək pərəstişkarlarını heyrətləndirib. Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, şəkil və qısa video “Gəlin, cəsarətli tərəfə bir yürüş edək…” şərhi ilə paylaşılıb və fanatlarda yeni musiqi gözləntisi yaradıb.Madonna paylaşımında 29 yaşlı həyat yoldaşı Ahlamalik Williams və 13 yaşlı qızları Stella ilə birlikdə qalereya ziyarətindən görüntülər də yerləşdirib. Sənətçi bu il yeni studiya albomunun çıxacağını da təsdiqləyib.Yeganə...

25 Fevral 2026, 14:47

Ankarada Xocalı faciəsinə həsr olunmuş “Adsız qadın” tamaşası nümayiş etdirildi 

Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Teatrları Baş İdarəsi ilə birgə layihəsi çərçivəsində Ankarada Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş "Adsız qadın" teatr tamaşası nümayiş etdirilib.Teleqraf xəbər verir ki, Ankaranın Dövlət Teatrları Akun səhnəsində nümayiş etdirilən əsəri Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan teatrı səhnələşdirib. Əsərdə baş rolu Kəmalə Cabbarova, köməkçi rollarda Hilal Alp, Vüsalə Əsgərova, Bülent Altay və Behram Afsal ifa ediblər.Əsərin müəllifi Aygün Həsənoğludur.Tamaşadan öncə Ermənistan silahlı qüvvələri tərəfindən 26 fevral 1992-ci ildə Xocalıda həyata keçirilmiş dəhşətli soyqırım barədə ətraflı məlumat verilib. XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı bəşəriyyətin yaddaşına insanlığa qarşı...

24 Fevral 2026, 17:26