Qısa günorta yuxusu ürək xəstəlikləri riskini azaldır
Tibb 05 Fevral 2026, 14:12
240
Araşdırmalar göstərir ki, gündəlik 20 dəqiqəlik qısa günorta yuxusu ürək-damar xəstəlikləri riskini təxminən üçdə bir azalda bilər və beləliklə ömür uzunluğunu artırmağa kömək edə bilər.
Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, həftədə bir neçə dəfə, təxminən 20 dəqiqəlik qısa yuxular ürək və qan damarlarına düşən gərginliyi əhəmiyyətli dərəcədə azalda bilir. Bu təsiri, stress səviyyəsinin aşağı düşməsi və mərkəzi sinir sisteminin bərpası ilə əlaqələndirirlər.
Günorta yuxusu vərdişi xüsusilə Yunanıstanda geniş yayılıb və bu ölkədə uzunömürlü insanların sayı yüksəkdir. Sadə və xoş vərdişlər uzunömürlülüyün əsasını təşkil edə bilər.
Həmçinin oxuyun
Mütəxəssislər vurğulayırlar ki, həyatı uzadan üsullar həm onun keyfiyyətini artırmalı, həm də insan üçün zövq verici olmalıdır. Bu baxımdan, günorta yuxusu həm faydalı, həm də zövqlü bir vərdişdir.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Kişilərdə ürək-damar xəstəlikləri riskinin kəskin artdığı yaş müəyyən edilib.
Müşahidələr göstərir ki, kişilər və qadınlar arasında ürək-damar xəstəlikləri riski baxımından ilk ciddi fərqlər təxminən 35 yaşdan etibarən ortaya çıxır. Uzunmüddətli araşdırmaların nəticələrinə əsasən, məhz bu yaş dövründə kişilərdə ürək-damar sistemi ilə bağlı risklərdə nəzərəçarpacaq artım qeydə alınır, qadınlarda isə oxşar kəskin yüksəliş müşahidə olunmur.Citypost.az-ın məlumatına görə, təhlillər gənc yaşlardan etibarən sağlam olan minlərlə insanın onilliklər ərzində izlənilməsinə əsaslanır. Araşdırma müddətində infarkt, insult və ürək çatışmazlığı kimi hallar diqqətlə qeydə alınıb. Nəticələr göstərib ki, kişilərdə risk artımının əsas səbəbi koronar ürək xəstəliyidir. Bu vəziyyət ürəyi qidalandıran damarların daxilində piy yığıntılarının yaranması ilə əlaqəlidir və infarkt ehtimalını əhəmiyyətli dərəcədə artırır.Maraqlıdır ki,...
05 Fevral 2026, 11:55
Qarlı havada evdə qalarkən sağlamlığınızı necə qorumalısınız?
Qarlı hava şəhərə sakitlik gətirsə də, orqanizm üçün müəyyən riskləri də özü ilə gətirir. Soyuq hava, qapalı məkan, az hərəkət və dəyişən hava təzyiqi sağlamlığa təsirsiz ötüşmür. Xüsusilə evdə daha çox vaxt keçirdiyimiz belə günlərdə bədənimizə bir az daha diqqətlə yanaşmaq vacibdir.Citypost.az-ın məlumatına görə, ən çox edilən səhvlərdən biri evin həddindən artıq isti saxlanılmasıdır. Bu, havanın qurumasına, boğaz və tənəffüs yollarının qıcıqlanmasına səbəb ola bilər. Mütəxəssislər otaq temperaturunun 20–22 dərəcə arasında saxlanmasını və gün ərzində bir neçə dəfə otağın havalandırılmasını tövsiyə edir.Qarlı havada su içmək vərdişi azalır. Halbuki soyuq havada da orqanizm mayeyə ehtiyac duyur. Gün ərzində kifayət qədər su,...
04 Fevral 2026, 13:46
Yeni araşdırma: Gündə bir fincan qəhvə qaraciyəri qoruyur
Alimlər bildirirlər ki, gündə bir fincan qəhvə içmək qaraciyərin sağlamlığı üçün əhəmiyyətli faydalar təmin edə bilər. Son araşdırmalar göstərib ki, qəhvə qaraciyərdə iltihabın azalmasına kömək edir, yağlanmanı azaldır və hətta qaraciyər xərçəngi riskini aşağı sala bilər.Citypost.az xəbər verir ki, Tədqiqatda iştirak edən elm adamları qeyd edirlər ki, qəhvənin bu təsiri əsasən antioksidant və antiinflamatuar maddələrdən qaynaqlanır. Həmçinin, qəhvənin gündəlik istifadəsi qaraciyər funksiyalarını dəstəkləyir və xroniki xəstəliklərin inkişaf riskini azaldır.Ekspertlər vurğulayır ki, qəhvə yalnız dad və enerji üçün deyil, həm də sağlamlıq üçün gündəlik kiçik bir vərdiş olaraq əlavə edilə bilər. Lakin onlara görə, qəhvəni həddindən artıq qəbul etmək mədə və...
03 Fevral 2026, 17:11
Bahalı diş fırçası dişləri daha yaxşı təmizləmir - Mütəxəsislər
Sağlam dişlərin qorunması bahalı cihazlardan daha çox gündəlik sadə vərdişlərə bağlıdır. Citypost.az-ın məlumatına görə, aparılan araşdırmalar göstərir ki, müxtəlif növ diş fırçalarının effektivliyi arasında real fərq minimaldır və əsas rol dişləri fırçalayan şəxsdədir.Elektrik diş fırçaları əllə istifadə olunan fırçalardan daha yaxşı lövhə (plak) təmizləyir, lakin osillasiya-rotasiya və səsli (sonic) tip fırçalar arasında fərq çox azdır. O, istehsalçıların daha baha modellər yaratmaq əvəzinə, əlçatan və effektiv fırçalar hazırlamağa və insanların fırçalama texnikasını öyrədən təlim proqramlarına diqqət yetirməsini tövsiyə edir. Məlum olub ki, yalnız üçdə biri aydın və ətraflı oral baxım təlimatları verir. Tomassen qeyd edir ki, sadə və əlçatan tövsiyələr diş sağlamlığının...
03 Fevral 2026, 16:50
Sadə simptomlar mədəaltı xərçənginin erkən əlaməti ola bilər
İştahasızlıq, izah edilməyən yorğunluq, qarın narahatlığı, bel ağrısı və sürətli çəki itkisi çox vaxt stress və ya iş yükü ilə izah olunur. Lakin bu qeyri-spesifik simptomlar pankreas xərçənginin ilk əlamətləri ola bilər.Citypost.az-ın məlumatına görə erkən mərhələlərdə xəstəlik ya demək olar ki, heç bir simptom vermir, ya da bel ağrısı və izah olunmayan çəki itkisi ilə özünü göstərir. Buna görə də belə əlamətlərə diqqət yetirmək erkən müdaxilə imkanı yarada bilər.Araşdırmalar göstərir ki, xərçəng hüceyrələri erkən mərhələdə böyümə və sağ qalma mexanizmlərini aktivləşdirir. Əgər xəstəlik erkən aşkar edilərsə, xüsusi müalicə üsulları ilə şişin inkişafı dayandırıla və dərmanlara qarşı müqavimət azaltdırıla bilər.Bel ağrısı...
03 Fevral 2026, 13:33
Göz və əzələ tikləri: nə vaxt diqqət yetirmək lazımdır
Göz qapağı, əl və ya ayaq əzələlərinin könülsüz tiklənməsi geniş yayılmış haldır və insanların təxminən 70%-i bunu yaşayır. Adətən tiklər bir neçə saniyə və ya saat davam edir, nadir hallarda günlərlə müşahidə olunur. Çox vaxt bu ciddi xəstəliklərin əlaməti deyil.Citypost.az-ın məlumatına görə, Əzələ tikləri əsasən iki növə ayrılır: biri bütün əzələnin və ya əzələ qrupunun qısamüddətli yığılması ilə xarakterizə olunan miyoklonus, digəri isə yalnız fərdi əzələ liflərinin hərəkət etdiyi fascikulyasiyadır.Ən çox görülən səbəblər arasında artıq kofein qəbulu, nikotin və digər stimullaşdırıcılar, bəzi dərmanlar, mineral çatışmazlıqları (xüsusilə kalsium, maqnezium və kalium), stress və yorğunluq dayanır. Bəzən infeksiyalar da tiklərə səbəb ola...
03 Fevral 2026, 13:21