İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Cəmiyyət 05 Fevral 2026, 00:10
215
Yanvarın 30-u gecə saatlarında Qazax şəhəri Bakı küçəsində “Kia Sorento” markalı avtomobilin yol kənarındakı hasara çırpılaraq aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
CityPost.az Unikal-a istinadən xəbər verir ki, avtomobildə sürücü ilə yanaşı sərnişin qismində Qazax Rayon İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsində çalışan, sərxoş vəziyyətdə olan Axundov Süleyman Asif oğlu da olub.
Həmin gün sosial şəbəkələrdə sözügedən avtoqəzanı əks etdirən videogörüntülər yayılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, S. Axundov baş vermiş hadisəni gizlədərək qəza barədə Rayon İcra Hakimiyyətinə hər hansı məlumat verməyib.
Həmçinin oxuyun
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən etik davranış qaydalarını kobud şəkildə pozduğu üçün S. Axundov dövlət qulluğunda çalışmağa layiq olmadığını və səhvə yol verdiyini etiraf edib. Onun öz ərizəsi əsasında 30 yanvar 2026-cı il tarixində tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bir sıra yollarda sürət həddi endirilib, "sürüşkən yol" işarəsi aktivləşdirilib
Şaxtalı hava şəraiti səbəbindən bir sıra yollarda sürət həddi endirilib, bütün portallarda "sürüşkən yol" işarəsi aktivləşdirilib.CityPost.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Qeyd olunub ki, hazırda Bakıda müşahidə edilən şaxtalı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba-Bilgəh yollarında isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Ümumilikdə qeyd edilən yollarda hərəkət sürəti 70 km/saat təyin edilib."Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda, bütün tablolarda "sürüşkən yol " işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş...
04 Fevral 2026, 22:34
Müəllimlər bu halda işdən çıxarıla bilər
Azərbaycan qanunvericiliyinə görə müəllimlərin də daxil olduğu bütün əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənir. Bu məcəlləyə əsasən, əmək müqaviləsi yalnız müəyyən hüquqi əsaslar olduqda xitam verilə bilər. CityPost.az metbuat.az-a isinadla bildirir ki, müəllimlərlə bağlanan əmək müqaviləsi aşağıdakı hallarda dayandırıla bilər: müəllimin öz təşəbbüsü ilə işdən çıxmaq istəməsi; əmək müqaviləsinin müddətinin başa çatması; tərəflərin qarşılıqlı razılığı; müəssisənin ləğvi və ya ştat ixtisarı; tərəflərin iradəsindən asılı olmayan hallar. Bu hallar istisna olmaqla, müəllimin işdən çıxarılması qanunsuz hesab olunur. Bəs işəgötürənin təşəbbüsü ilə işdən azad etmə hansı hallarda mümkündür? Əmək Məcəlləsi işəgötürənə müəllimi öz təşəbbüsü ilə yalnız konkret əsaslar olduqda işdən azad etmək hüququ verir. Əgər müəllim əmək funksiyalarını yerinə...
04 Fevral 2026, 22:06
Bakıda və Abşeronda bu ərazilərdə olan evlər söküləcək
Bakıda və regionlarda elə təhlükəli ərazilərdə qanunsuz evlər tikilib ki, onlar tədricən söküləcək.Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyb..Onun sözlərinə görə, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı zaman-zaman hökumət tərəfindən işlər görülür və təxminən 30 mindən yuxarı fərdi yaşayış evinin sənədləşməsi işləri həyata keçirilir:"Ən çox problem yaradan məsələlərdən biri bələdiyyə mülkiyyətində olan, yəni bələdiyyə torpaqlarında vətəndaşlar tərəfindən inşa edilən fərdi yaşayış evləri ilə bağlıdır və bu istiqamətdə də artıq hərəkətlilik var".Ekspert söyləyib ki, hər il vətəndaşlar tərəfindən ev tikilən bələdiyyə torpaqlarının qiymətləndirilməsi üçün Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan şirkətlərə müraciət edilir:"Həmin torpaq sahələri qiymətləndirilir və vətəndaşlara satışı...
04 Fevral 2026, 20:48
Maaş artımı ilə bağlı müjdə
Dünən parlament Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılmasını birinci oxunuşda qəbul edib. Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.Maraqlıdır, minimum əməkhaqqına hər il baxılması zəruri olacaqmı və bu dəyişiklik nə qədər insanı əhatə edə bilər?CityPost.az Oxu.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, sözügedən məsələyə hər il baxılacaq.O əlavə edib ki, dəyişikliklər qəbul olunduqdan sonra minimum...
04 Fevral 2026, 19:57
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim olunub
Azərbaycan Prezidenti İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim olunub.Citypost.az xəbər verir ki, dövlət başçısı bu mükafata Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə layiq görülüb.Qeyd edək ki, 2026-cı ilin mükafatçıları dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər və mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilib.Daha sonra Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan "Zayed İnsan Qardaşlığı Mükafatı"nı laureatlara təqdim edib.Tədbirdə birgə foto çəkdirilib....
04 Fevral 2026, 18:10
Bu xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinə başlanılıb
Ölkə ərazisində epizootik sabitliyin və ictimai sağlamlığın təmin olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən cari ilin "Azərbaycan Respublikasının 2026-cı il üçün epizootiya əleyhinə Tədbirlər Planı"na uyğun olaraq Respublika ərazisində iri və xırdabuynuzlu heyvanlarda dabaq və qarayara xəstəliyinə qarşı profilaktiki peyvəndləmə tədbirləri həyata keçirilir.Cityposta.az xəbər verir ki, peyvənd vasitələri Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələbləri və “soyuq zəncir” prinsipinə əməl olunmaqla tətbiq edilir. Peyvəndləmə tədbirlərindən sonra ərazilər məcburi dezinfeksiya olunur.Aqrar Xidmətlər Agentliyi dabaq və qarayara xəstəliklərinə qarşı aparılan profilaktiki tədbirlərin daha səmərəli və operativ həyata keçirilməsi üçün heyvan sahiblərini rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinə vaxtında müraciət...
04 Fevral 2026, 17:30