Saleh Məmmədov 30 ildən artıq “Azəravtoyol”da çalışıb - DOSYE
Cəmiyyət 06 Fevral 2026, 21:44
243
Prezident İlham Əliyevin sərəncamı ilə Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
CityPost.az onun dosyesini təqdim edir:
Məmmədov Saleh Ərşad oğlu 1958-ci ildə Tərtər rayonunda anadan olub.
Ali təhsillidir. 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Sənaye və mülki tikinti” və 2015-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” fakültələrini bitirib.
S.Ə.Məmmədov əmək fəaliyyətinə 06.08.1980 - 15.10.1980-ci illərdə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Texniki İnventar Bürosunda mühəndis kimi başlayıb.
1980-1982-ci illərdə Sovet Ordu sıralarında hərbi xidmət etdikdən sonra 1982-ci ildə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Mərkəzi Texniki İnventar Bürosunda mühəndis kimi fəaliyyətini davam etdirib.
1995-2003-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətinin Körpü Tikinti Trestinin rəis mavini, 1 saylı Yerli Avtomobil Yolları İdarəsinin rəisi, Siyəzən 4-saylı Yol istismar İdarəsinin rəisi, 1 saylı Yol İstismar İdarəsinin rəisi, 2003-2015-ci illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentinin 1 saylı Yol İstismar İdarəsinin rəisi, daha sonra “Azəryolservis” ASC-nin 1 saylı Yol İstismar İdarəsinin rəisi, 19.02.2015-ci il tarixindən 28.12.2015-ci il tarixinədək Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC sədrinin birinci müavini, “Azəryolservis” ASC sədrinin vəzifəsini müvəqqəti icra edən vəzifələrində çalışıb.
Həmçinin oxuyun
Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2015-ci il tarixli Sərəncamı ilə SalehMəmmədov "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 9 mart 2016-ci il tarixli Fərmanı ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Fərmanına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədri təyin edilib.
2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 4 övladı var
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan Rusiyaya nota verib
Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, diplomata nota təqdim edilib.CityPost.az xəbər verir ki, Rusiya səfiri ilə görüş zamanı 5 fevral tarixində bu ölkənin Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr Komitəsinin sədrinin birinci müavini, hakim "Vahid Rusiya" Partiyasının üzvü Konstantin Zatulinin Azərbaycanda Ermənistan vətəndaşlarının məhkum olunması ilə bağlı bəyanatı ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim olunub.K.Zatulinin uzun müddətdir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə çıxışlar etməsi, separatizmə açıq dəstək nümayiş etdirməsi, habelə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, eləcə də hərbi...
06 Fevral 2026, 22:48
Bu məbləğ 266 manatdan 50 manata endirildi - Rəsmi
Azərbaycanda yerli daşıyıcılar üçün sürücü hazırlığı üzrə təhsil haqqı 266 manatdan 50 manata endirilib. CityPost.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, bu barədə agentlikdə avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirən milli daşıyıcılarla keçirilən növbəti görüşdə bildirilib. Məlumata görə, görüşdə sahənin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib. Fəaliyyət zamanı hüquqi öhdəliklərə, düzgün sənədləşməyə və mövcud tələblərə riayət olunmasının vacibliyi iştirakçıların diqqətinə çatdırılıb. AYNA tərəfindən milli daşıyıcılara dəstək məqsədilə həyata keçirilən “5000 yeni sürücü” layihəsi də müzakirə edilib. C və CE kateqoriyalı sürücülərin cəlb edilməsində daşıyıcıların rolu və sürücü sayının artırılmasının sahənin inkişafına göstərəcəyi müsbət təsirlər barədə...
06 Fevral 2026, 20:53
Prezidentin sədr təyin etdiyi Vüsal Nəsirli kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncam ilə Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilib.CityPost.az onun barəsində məlumatları təqdim edir:V.Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub. 2002-ci ildə QafqazUniversitetinin İnzibati İdarəetmə fakultəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib.2001-2009-cu illərdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə, 2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsinin direktor müavini,2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.2018-ci ildə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var....
06 Fevral 2026, 19:51
Saleh Məmmədov vəzifəsindən azad edildi
Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
06 Fevral 2026, 19:41
Mirmövsüm Ağa haqqında faktlar
Seyidəli Mir Abutəlib oğlu Mirmövsümzadə - Mirmövsüm Ağa 1883-cü ildə anadan olub və 1950-ci ildə vəfat edib. Vəfatından 76 il ötür. Onun dəfn olunduğu Bakının Şüvəlan kəndindəki kənd qəbristanlığı sözün həqiqi mənasında əsl ziyarətgaha çevrilib. Bu nəslin ağsaqqalı Ağanın kiçik bacısı Zeynəb xanımın həyat yoldaşı, dövrünün Şeyxülislamı Molla Ağa Əlizadə idi. Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Akif Əlizadə onun oğlu – yəni Mirmövsüm Ağanın isə bacısı oğludur. Mirmövsüm Ağa dünyasını dəyişəndə İçərişəhərdən Şüvəlana qədər insanlar onun cənazəsi qoyulmuş tabutu piyada çiyinlərində aparıblar. Mirmövsüm Ağa sərdabədə dəfn olunub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, tanınmış kino ulduzu Jan Klod Vandam ABŞ-ın ölkəmizdəki...
06 Fevral 2026, 18:10
Axar-Baxar və İlisu milli parkları haqqında əsasnamələr təsdiq edilib
Axar-Baxar Milli Parkı haqqında Əsasnamə təsdiq edilib.Citypost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.Fərmanla, həmçinin İlisu Milli Parkı haqqında da Əsasnamə təsdiq edilib.Nazirlər Kabineti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
06 Fevral 2026, 17:56