Rənglərdə keçmişlə gələcəyin vəhdəti
Söz adamı 06 Fevral 2026, 14:13
1836
Xalq rəssamı, Rəssamlar İttifaqını katibi Ağaəli İbrahimovun 80 yaşı tamam olur. Yubilyar dostumun əsl ziyalıya, kübar insana xas həyat tərzi, istedadlı fırça ustası kimi zəngin yaradıcılığı gözlərim önündədir.
Azərbaycan rəngkarlıq məktəbinin ünlü nümayəndələrindən sayılan Ağaəli İbrahimovun yaratdığı əsərlərdə müəllifin özünəməxsus dəsti-xətti aydın hiss olunur. O, fırçası vasitəsi ilə yerlə göy arasında bizim görə bilmədiyimiz mühiti təsvir edir. Tablolarında keçmişlə gələcəyin vəhdətini qurmağa çalışır və buna gözəl də nail olur.
Görkəmli fırça ustasının fərdi yaradıcılıq üslubu, yolu tələbkar sənətşünasların, mətbuatın daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Ağaəli müəllim haqqında həm ölkəmizdə, həm də bizim sərhədlərdən uzaqlarda çox yazılıb, təhlillər aparılıb, tədqiq edilib, dünya şöhrətli sənətkarlar fikirlərini bildiriblər. Əziz dostumun sənətdə qazandığı uğurları, əldə etdiyi zirvələri görəndə sevinirəm. Çünki bir məsələdə əminəm-Ağaəli sənətdəki uca məqama öz istedadı, zəhmətsevərliyi və dərin savadı hesabına nail olub. Yaradıcı dostumun xarakterində istedad və zəhmət qoşa qanad kimidir. Gənclik illərində də belə idi, müdriklik çağında da belədir.
İllər uzunu dostluq etdiyim, ailəsinə yaxından bələd olduğum bu kübar insan haqqında saatlarla danışıb, uzun -uzadı yaza bilərəm. Amma 80 illik yubileyi günündə Ağaəli ilə bağlı bir neçə məqamı xüsusi vurğulamaq istərdim. İli dəqiq xatırlamıram, Ağaəli uzaq Argentina səfərindən Bakıya gözəl təəssüratla qayıtmışdı. Uzun yol boyu səmada gördüyü mənzərəni heyranlıqla təsvir edirdi. Qısa bir müddətdən sonra həmin təəssürat fırça vasitəsi ilə onun əsərinə “köçdü”. Kətanda həmin mənzərə sanki canlı idi.
Ağaəli İbrahimovun paytaxtımızda və dünyanın bir çox şəhərlərində fərdi sərgiləri təşkil olunub, yaratdığı sənət nümunələri sərgilənib. Bakıdakı Muzeylər Mərkəzindəki belə sərgilərdən biri yaxşı yadımdadır. Görkəmli sənətkarlar, tanınmış insanlar ekspozisiyadakı müxtəlif mövzulu tablolara heyranlıqla baxır, müəlliflə fikir mübadiləsi aparırdılar. Dünya şöhrətli fırça ustası Tahir Salahov istedadlı həmkarını ürək dolusu təbrik etdi, sərgiyə gələn ziyarətçilər üçün qoyulmuş xüsusi kitaba ürək sözlərini yazdı. Bu, görkəmli rəssamın Ağaəli İbrahimovun şəxsiyyətinə, parlaq yaradıcılığına önəmin göstərici idi.
Məhz Tahir Salahovun dəvəti və yaxından təşkilatçılığı ilə Ağaəlinin Rusiya paytaxtında sərgisi açıldı. İstedadlı azərbaycanlı fırça ustasının Moskvada fərdi sərgisi böyük rezonans doğurdu, mətbuatda geniş işıqlandırıldı. Rusiya Rəssamlıq Akademiyasının rəhbəri, dünyaca məşhur Zurab Sereteli Akademiyanın fəxri üzvilik diplomunu ona təqdim etdi.
Ağaəli ilə müqəddəs məkanlara birgə səfərimiz yaxşı yadımdadır. Səudiyyə Ərəbistanı Krallığının dəvəti ilə Ümrə ziyarətinə getmişdik. Mədinə və Məkkədə unudulmaz anlar yaşadıq. Tale elə gətirdi ki, Ağaəli məhz ad günündə Kəbəni ziyarət etdi. Daim üzündən nur yağan əziz dostumun çöhrəsindəki işıq bir qədər də artmışdı. Hər zaman ünsiyyət qurmaq bacarığı ilə seçilən Ağaəli sevinir və bu hisslərini səfər yoldaşları ilə bölüşməkdən yorulmurdu. Müsəlmanların müqəddəs məkanlarına ziyarət çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının Din İşləri Nazirliyində qəbul olunduq. Ağali İbrahimov əsərlərindən birini nazirə hədiyyə etdi.
Qeyd etdiyim kimi, Ağaəli İbrahimovun çöhrəsində hər zaman nur var, üzündən gülüş əskik olmur. 80 yaşını qeyd etdiyi gündə əziz dostuma arzu və diləklərimiz çatdırmaq istərkən üzündəki nur və gülüş gözlərim önündə canlanır. Və deyirəm ki, bu nur heç vaxt üzündən əskik olmasın, yaradıcılıq enerjin tükənməsin, əziz dost.
Çingiz Abdullayev,
Kulturologiya elmləri doktoru, professor
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Səməd Vəkilov: Tənqid etmək yetərli deyil, öz əsərinizi yaradın
Tanınmış ictimai xadim və hüquqşünas, Vəkilovlar nəslinin təmsilçisi Səməd Vəkilov Azərbaycanda bir qrup şair və yazıçının klassik əsərləri tənqid etməsini şərh edib.Citypost.az xəbər verir ki, Səməd Vəkilov bildirib ki, bəzi ədəbi şəxslər gözəl nümunələr yaratmaq yerinə yalnız klassik şair və yazıçıları tənqid etməyə üstünlük verirlər. “Tənqid etmək hər kəsin hüququdur. Ancaq bir ritorik sual meydana çıxır: Bəyəm tənqid etdiyiniz şəxslər Sizə gözəl şeir və ya nəsr nümunələri yaratmağa imkan vermir? Qurani-Kərimdən götürülmüş bir fikir ilə desək, Siz heç ağlınızı işlətmirsiniz?” – deyə Səməd Vəkilov vurğulayıb.Hüquqşünas qeyd edib ki, əgər bu şəxslərin oxucuları varsa, onlar onlardan yalnız keyfiyyətli və maraqlı əsərlər...
24 Mart 2026, 10:39
Yağlıvənddən zirvəyə: 80 illik ömür dastanı
Bəzi insanlar var ki, onlar dünyaya sanki bir missiya ilə gəlirlər: boz həqiqətləri süni rənglərlə bəzəmək yox, o bozluğun içindəki gizli insanı tapıb çıxarmaq. Azərbaycan ədəbiyyatının canlı klassiki, oxucuların "Yağlıvəndli Şekspir"i Seyran Səxavət məhz belə bir qələm sahibidir. Bu il onun ömür karvanı 80-ci dayanacağa çatır, amma onun sözü hələ də ilk günkü kimi təravətli, kəsərli və səmimidir. Yağlıvənddən dünyaya açılan pəncərə-Seyran Səxavətin yaradıcılığını məncə belə də adlandırmaq olar.Çünki onun əsərləri məhz ordan-Füzulinin Yağlıvənd kəndindən boylanır. Lakin o, heç vaxt lokal bir yazıçı olmadı; o, kənd adamının taleyini, dərdini və sevincini elə bir dillə yazdı...
23 Mart 2026, 11:20
DIM-DIM halvası - İbrahim Nəbioğlu
Telefonda dostum Abidlə (Məmmədov) dərdləşirdik. Xeyli vaxtdır bir məsələni çözməyə çalışırdı. Niyə indiyə qədər həll edə bilmədiyini soruşdum. “Dım-dım halvasıdırmı? Elə asan məsələ deyil axı” deyə cavab verdi. Qulaqlarıma inanmadım, qəribə bir gizilti keçdi içimdən…Anam dünyasını dəyişəndən bəri ilk dəfə idi ki, “Dım-dım halvasıdırmı?” deyimini eşidirdim. Həlli asan görünən, əslində isə çox çətin olan bir iş olanda mərhum anam elə deyirdi. O, bu deyimi əsasən "asanlıqla əldə edilməyən, çətin düzələn iş" mənasında işlədirdi… Dım-dım halvası digər halvalardan fərqli olaraq çox bərk olur. Onu dişləmək, kəsmək və ya parçalamaq çətin işdir. Buna görə də, mən bir işi “çantada kəklik sananda” anam dərhal...
23 Mart 2026, 09:05
Firuz Mustafa: Xəlil Köçərli dolğun və bərəkətli ömür sürmüş “xalq adamı” olub
Əməkdar incəsənət xadimi və yazıçı Firuz Mustafa tarixçi-alim, professor Xəlil Köçərlinin xatirəsinə sosial şəbəkədə paylaşım edib.Citypost.az xəbər verir ki, Firuz Mustafa bildirib ki, o, heç kəsə “sənə yüz yaş arzu edirəm” deməmişdir, əksinə, “Sənə ürəyin istəyən qədər, amma yüz faizli ömür arzulayıram” deyir. Onun sözlərinə görə, Xəlil Köçərli dolğun və bərəkətli ömür yaşamış, yüz il ömür sürərək gənc nəsillər üçün nümunə olmuşdur.Əməkdar incəsənət xadimi qeyd edib ki, bu gün Xəlil Köçərlinin “yeddi” mərasimi keçirilmişdir. Alim uşaqlıq və gənclik illərini çətinliklərlə keçirmiş, sözün əsl mənasında “xalq adamı” olmuşdur. Firuz Mustafa Xəlil Köçərlinin ailəsinin məşhur ədəbiyyatşünas Firudin bəy Köçərli ilə mənəvi bağlılığından...
19 Mart 2026, 11:03
"Bütövlük nəğməsi" - Sayman Aruzun ŞEİRİ
Savalan dağından qopan çay kimi,Axmışam Xəzərə Xəzərləşmişəm.Arazın üstündən baxan ay kimi,Sizlərin həsrətin, qəmin çəkmişəm.Mənə yaxşı baxın, yaxşı tanıyın,Nəbiyəm, Babəkəm, dinəm, imanam.Öpüm qəlbinizdən, məni anlayın,Mən də sizin kimi Azərbaycanam.Dilim sizin dildir, dərdim sizinki,Soyları kəsilsin, sizin soydanam.Məni düşmən deyil, lap özümünki,Qoymur vətən boyda uca boylanam.Yüz ildir “iranlı” deyirlər bizə,Biz isə bilmədik bu iran nədir!Fars dili, Fars donu geyilir bizə,Hansı ki, yüz ildir bizə dar gəlir.Bu nədir ilahi, bu nədir axı,Tanış insanlarda ögey kölgələr.Dost kimi gəlirlər çıxırlar yağı,Dilləri dilimdən, özü özgələr.Sahildən sahilə uçan bir quşam,Dostun yaxasına vurulan güləm.“Mən gərək sahili sahilə qoşam”,Qeyrətim götürmür sürünüb öləm.Bir gün çıxacaqdır günəş Güneydən,Bütöv Azərbaycan nurlanacaqdır.Tanrı da enəcək...
19 Mart 2026, 10:56
Maskalar Düşəndə: Həmid Herisçi Fenomeni: Dil, Kimlik və Rejim Diskursu Arasında Bir Fiqur
Güney Azərbaycan mübarizəsində təhlükə təkcə açıq repressiya deyil — bəzən “bizdən danışan, amma bizə qarşı işləyən” diskurslardır.Bir Yazardan Daha ArtıqSon illərdə Güney Azərbaycan məsələsi yalnız siyasi müstəvidə deyil, həm də mədəni və ideoloji müstəvidə ciddi müzakirələrə səbəb olur. Bu müzakirələrin mərkəzində tez-tez çəkilən adlardan biri də Həmid Herisçidir.Lakin Herisçi ətrafında formalaşan polemika sadəcə bir yazıçının şəxsi ədəbi seçimi ilə izah edilə bilməz. İran mediasında sistemli şəkildə yayımlanan açıqlamaları, Azərbaycan türkcəsinə qarşı aşağılayıcı münasibəti və İran rejimini legitimləşdirən fikirləri onu fərdi fikir sahibi olmaqdan çox, müəyyən ideoloji diskursun daşıyıcısı kimi təqdim edir.Bu kontekstdə Herisçi fenomeni üç istiqamətdə qiymətləndirilir:İran mədəni–təhlükəsizlik diskursunun daşıyıcısıGüney...
17 Mart 2026, 16:05