"Aqressiyanın səbəbi təkcə məktəb deyil" – Şahin Rəcəbov açıqladı
Cəmiyyət 06 Fevral 2026, 15:44
287
Son günlər Azərbaycanda məktəblərdə baş verən neqativ hallar cəmiyyətdə ciddi narahatlıq yaradıb. İdrak Liseyində müəllimənin şagird tərəfindən ov tüfəngi ilə yaralanması hadisəsi bu narahatlığı daha da artırıb.
Bu məsələyə münasibət bildirən “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyinin sədri Şahin Rəcəbov Citypost.az-a bildirib ki, məktəblərdə baş verən aqressiv davranışların səbəbləri yalnız təhsil müəssisələri ilə bağlı deyil. Onun sözlərinə görə, gənclərin psixoloji durumu və aqressiya formalaşmasında qlobal informasiya mühiti, sosial şəbəkələr və media məzmunu da böyük rol oynayır.
“Biz gənclərdə aqressiyanın artmasını sırf məktəblə bağlaya bilmərik. Təbii ki, məktəblərdə bu hallar olur, amma ailədə də oxşar problemlər müşahidə olunur. Burada əsas məsələ tərbiyə prosesinin təlim prosesindən geri qalmasıdır. Məktəb təkcə dərs keçilən yer deyil, həm də şəxsiyyət və vətəndaş formalaşdıran müəssisədir. Ona görə də tərbiyə məsələlərinə xüsusi diqqət yetirilməlidir,” deyə Ş.Rəcəbov vurğulayıb.
O həmçinin qeyd edib ki, məktəblərdə mühafizə məsələləri strateji yanaşma tələb edir və bu proses dövlət tərəfindən təmin olunmalıdır. “Məktəblərin mühafizəsi üçün müasir texniki vasitələr quraşdırılmalı, məktəb icmaları formalaşdırılmalıdır. Bu, yalnız xoşagəlməz hadisələrin qarşısını almaqla kifayətlənmir, həm də məktəb həyatının bütün proseslərinin təhlükəsizliyini təmin edir,” deyə sədr bildirib.
Ş.Rəcəbov məktəblərdə valideynlərin maarifləndirilməsinin vacibliyini də qeyd edib. Onun sözlərinə görə, uşaq tərbiyəsi həm məktəbdə, həm də evdə paralel aparılmalı, valideynlər və müəllimlər arasında qarşılıqlı əməkdaşlıq təmin edilməlidir. Hazırda regionlarda bir neçə təşkilat valideynləri maarifləndirmə layihələri həyata keçirir, lakin bu yetərli deyil və proses genişləndirilməlidir.
Beləliklə, məktəblərdə aqressiv halların qarşısını almaq üçün həm dövlət, həm müəllimlər, həm də valideynlər birgə fəaliyyət göstərməli, kompleks tədbirlər həyata keçirilməlidir.
Həmçinin oxuyun
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Dünyada ən...
Dünyanın ən soyuq ölkəsi Rusiya, ən isti ölkəsi Kuveyt, ən çox əhaliyə malik ölkəsi Hindistan, əhalisi ən az olan ölkə isə Vatikandır. Dünyanın ən böyük ölkəsi Rusiya, ən kiçik ölkəsi isə yenə Vatikandır. Ən zəngin ölkə Luksenburqdur. Ən çox borcu olan ölkə isə Yaponiyadır. İnternetə ən çox bağlı olan ölkə Cənubi Koreyadır. Ən çox adası olan ölkə isə Sudandır. Dünyada ən çox turist qəbul edən ölkə Fransa, ən çox multikultural ölkə isə Amerika Birləşmiş Ştatları hesab edilir. Dünyada ən təhlükəsiz ölkə İslandiya, ən yaşıl ölkə isə Finlandiyadır. Dünyanın ən futuristik paytaxtına sahib ölkə Birləşmiş Ərəb Əmirlikləri, dünyanın ən uzun və...
06 Fevral 2026, 17:00
Külək güclənəcək - SARI XƏBƏRDARLIQ
Fevralın 7-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Qobustan, Şamaxı, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Gədəbəy, Daşkəsəndə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
06 Fevral 2026, 16:35
Zakir Həsənov iranlı həmkarı ilə regional təhlükəsizliyi müzakirə ediblər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri briqada generalı Əziz Nəsirzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Bu barədə Citypost.az Müdafiə Nazirliyindən məlumat verilib.Görüş zamanı general-polkovnik Z.Həsənov Azərbaycanla İran arasındakı əlaqələrin çoxəsrlik zəngin tarixə malik olduğunu qeyd edib, qarşılıqlı səfərlər çərçivəsində baş tutan görüşlərin və birgə təlimlərin bu əlaqələrin daha da dərinləşməsinə töhvə verdiyini vurğulayıb.Briqada generalı Ə.Nəsirzadə ölkələr arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın digər sahələrdə olduğu kimi, hərbi sahədə daha da inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və elm sahələrində əlaqələrin cari vəziyyəti,...
06 Fevral 2026, 16:34
Əli Əsədov gömrük rüsumları ilə bağlı qərar verdi
Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib."Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.Dəyişikliyə əsasən, bundan sonra bir sıra mallar, o cümlədən avtomobil benzini üçün rüsumlar ayrıca müəyyən ediləcək.Qərar 30 gündən sonra qüvvəyə minəcək.
06 Fevral 2026, 16:32
Azərbaycan Pakistana başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi İslamabad şəhərində məsciddə baş verən və günahsız insanların həyatına son qoyan, çoxsaylı şəxsin yaralanmasına səbəb olan dəhşətli terror aktı ilə əlaqədar Pakistan İslam Respublikasının xalqına və hökumətinə dərin hüznlə başsağlığı verib.Citypost.az xəbər verir ki, bu barədə XİN-nin "X" hesabında məlumat verilib."İbadət üçün müqəddəs bir məkanda dinc inanclı insanları hədəf alan bu iyrənc zorakılıq və terror aktını qətiyyətlə pisləyirik.Düşüncələrimiz və dualarımız həlak olanların yaxınları ilədir, yaralananlara isə tezliklə şəfa diləyirik. Azərbaycan qardaş Pakistanla həmrəy olduğunu ifadə edir və sülhə, sabitliyə, eləcə də terrorizmin bütün formalarına qarşı mübarizəyə verdiyi qəti dəstəyi bir daha təsdiqləyir"....
06 Fevral 2026, 15:47
Vüqar Səfərlinin əmlaklarından birinin müsadirəsi barədə qərar ləğv olunub
Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərli ilə bağlı məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.Qərara əsasən, Vüqar Səfərlinin əmlakı ilə bağlı onun həyat yoldaşının iddiası təmin olunub. İş üzrə maraqlı şəxs qismində tanınan Vüqar Səfərlinin həyat yoldaşının adına olan mənzilə qoyulan xüsusi müsadirə qərarı ləğv olunub, mənzilin üzərindən həbs götürülüb.Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində...
06 Fevral 2026, 15:39