Bizə yazın

Baku

-°C

USD

-

Sirlərlə dolu Peyğəmbər mağarası  

Maraqlı 06 Fevral 2026, 15:58

275

Qobustan rayonunun Nərimanabad ərazisində yerləşən xalq arasında Peyğəmbər mağarası kimi tanınan mağaralar əsirlərin sirlərini özündə yaşadır. Zəngi çayının sol sahilində yerləşən bu unikal məkan üç ayrı-ayrı bölmədən ibarətdir: Peyğəmbər mağarası, Qaranlıq mağara və Qoşa mağara. Əhəng daşı qatlarında oyulan bu mağaraların kimlər tərəfindən nə zaman və hansı məqsədlə yaradıldığı barədə bir neçə fərqli fikir mövcuddur.

Araşdırmalara görə qayaların üzərində Tunc dövrünə aid çanaq işarələri tapılıb. Bu da özlüyündə mağaraların çox qədim yaşayış məskəni ola biləcəyini göstərir. Digər ehtimala görə mağaralar müdafiə istehkamı kimi istifadə olunur. İnsanların təhlükəli anlarda buraya sığındıqlarını guman etmək olar. 

Ən geniş yayılmış fərziyəyə görə isə mağaralar orta əsrlərdə dərvişlər tərəfindən ibadət məkanı kimi əllə oyulub. Tarix boyu müxtəlif məqsədlərlə istifadə olunan Nərimankənd mağaraları 1918-ci ilin mart hadisələri zamanı bir növ yerli əhalinin sığınacağına çevrilib. Arxeoloji qazıntılar aparılmasa da, 1920-1930-cu illərin hesabatlarında  burada kəşfiyyat xarakterli elmi-tədqiqat işlərinin aparıldığı bildirilir. 

Bu gün isə Nərimankənd mağaraları həm tarixi izlərini, həm də insanların əsrlər boyu buraxdığı səssiz hekayələri özündə yaşadan bənzərsiz bir məkandır.

Müşərrəfxanım

     

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rəqəmsal bazarda artım sürətlənir

Azərbaycanda mobil oyun və tətbiq sektoru son illərdə sürətlə inkişaf edir. Citypost.az xəbər verir ki, ekspertlərin fikrincə, bu artımın əsas səbəbləri texnologiyaya marağın yüksəlməsi, gənclərin rəqəmsal həllərə yönəlməsi və onlayn ödəniş sistemlərinin geniş yayılmasıdır.Mütəxəssislər bildirir ki, xüsusilə gənclər arasında mobil oyunlardan və müxtəlif tətbiqlərdən gündəlik həyatın idarə olunmasında istifadəsi əhəmiyyətli dərəcədə artıb. Azərbaycanda artıq bir sıra startaplar və tətbiq inkişaf etdirən şirkətlər beynəlxalq bazara çıxış üçün layihələr üzərində işləyirlər.İqtisadiyyat və texnologiya sahəsi üzrə ekspertlər qeyd edir ki, mobil texnologiyalar ölkədə yeni iş yerlərinin açılmasına və rəqəmsal iqtisadiyyatın inkişafına təkan verir. Onların sözlərinə görə, sektor həm gənclər üçün karyera imkanları yaradır,...

06 Fevral 2026, 12:04

Azərbaycanda gənclərin işdən ayrılma səbəbləri

Azərbaycanda gənclər arasında iş yerlərini qısa müddət ərzində tərk etmə hallarında artım müşahidə olunur. Mütəxəssislərin fikrincə, bu tendensiya bir sıra sosial və iqtisadi amillərlə bağlıdır.Citypost.az xəbər verir ki, Əmək bazarı üzrə ekspertlər bildirir ki, gənclərin işdən tez ayrılmasının əsas səbəbləri aşağı əməkhaqqı, qeyri-sabit iş qrafiki və karyera inkişafı imkanlarının məhdud olmasıdır. Xüsusilə yeni məzunlar gözləntiləri ilə real iş şəraiti arasında ciddi fərqlə qarşılaşırlar.Psixoloqlar isə qeyd edir ki, iş mühitində psixoloji təzyiq, uzun iş saatları və motivasiya çatışmazlığı da gənclərin qərarına təsir göstərir. Onların sözlərinə görə, gənclər artıq yalnız maddi qazancı deyil, eyni zamanda rahat iş mühiti və şəxsi inkişaf imkanlarını...

06 Fevral 2026, 11:55

Azərbaycan təbiətində nadir heyvan və bitki növləri 

Azərbaycanın zəngin təbiətində bir sıra nadir və endemik heyvan və bitki növləri mövcuddur ki, onların qorunması üçün xüsusi tədbirlər görülür. Ölkənin “Qırmızı Kitab”ına daxil edilmiş növlər təbiətin unikal müxtəlifliyini əks etdirir və həm flora, həm də fauna sahəsində əhəmiyyət daşıyır.Citypost.az xəbər verir ki, təbiət mütəxəssislərinin məlumatına görə, Hirkan Milli Parkı, Zaqatala, İsmayıllı Qoruqları və Göygöl Milli Parkı kimi mühafizə olunan ərazilərdə bir çox nadir və Qırmızı Kitaba daxil edilmiş bitki növləri – Hirkan şamı, Lənkəran akasiyası və Eldar sərvısi kimi endemik növlər qorunur.Azərbaycan eyni zamanda nadir heyvanlara da ev sahibliyi edir. Məsələn, ölkədə Tülkü quşu, Qazanquşu, müxtəlif nadir məməlilər və...

05 Fevral 2026, 16:26

Plastik qablarda su kran suyundan daha çox mikroplastik ehtiva edir

Bəzi plastik qablarda suyunun markaları adi kran suyundan xeyli çox mikroplastik və nanoplastik ehtiva edir.Citypost.az-ın məlumatına görə, araşdırmalar göstərir ki, bəzi şüşə sular adi krantsuyundan xeyli çox mikroplastik və nanoplastik hissəciklər ehtiva edir. Su nümunələrinin analizi zamanı şüşə suda nanoplastiklərin orta hesabla musluk suyundan üç dəfə çox olduğu müəyyən edilib.Mikroplastik və nanoplastiklər plastik qablaşdırmalar və məhsulların parçalanması ilə yaranan kiçik sintetik polimer hissəcikləridir. Bu hissəciklər hazırda həm içməli suda, həm də ətraf mühitdə geniş yayılıb.Mütəxəssislər bildirirlər ki, gündəlik zərərli maddələrlə təmasın azaldılması üçün ən sadə yol kran suyu içməkdir. Həmçinin, nanoplastiklərin insan bədəninə nüfuz edə biləcəyi və toxumalarda yığılma ehtimalı...

05 Fevral 2026, 16:13

Rəsm çəkmək stressi azaldır  

Son dövrlərdə aparılan müşahidələr göstərir ki, rəsm çəkmək psixoloji rahatlığa müsbət təsir göstərir və stress səviyyəsinin azalmasına kömək edir. Gündəlik gərginlikdən uzaqlaşmaq üçün insanlar getdikcə daha çox yaradıcılıq fəaliyyətlərinə üz tutur.Citypost.az-ın məlumatına görə,rəsm prosesi zamanı insanın diqqəti mənfi düşüncələrdən yayındırılır və emosional balans bərpa olunur. Bu fəaliyyət həm də daxili hisslərin ifadə edilməsinə imkan yaradır və sakitləşdirici təsir göstərir.Mütəxəssislərin fikrincə, rəsm çəkmək üçün peşəkar bacarıqlara malik olmaq vacib deyil. Sadə xətlər və rənglər vasitəsilə belə insan özünü daha rahat hiss edə bilər.Qeyd olunur ki, rəsm çəkmək yaddaşı və diqqəti gücləndirir, eyni zamanda əhval-ruhiyyəni yaxşılaşdırır. Bu səbəbdən yaradıcılıq fəaliyyətləri stresslə mübarizədə...

05 Fevral 2026, 15:38

Plastik tullantıları azaltmaq üçün sadə gündəlik üsullar  

Plastik tullantılar dünya üzrə ekoloji problemlərin əsas səbəblərindən biri olaraq qalır. Ekspertlər bildirir ki, gündəlik həyatımızda bir neçə sadə vərdişlə plastik istehlakını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.Onlardan biri alış-veriş zamanı təkrar istifadə oluna bilən torbalar və qablar seçməkdir. Plastik paketlər yerinə parça və ya kağız torbalardan istifadə həm tullantı miqdarını azaldır, həm də ekosistemi qoruyur.Mütəxəssislər həmçinin plastik butulkalar yerinə stəkan və termos istifadəsini tövsiyə edirlər. Su və digər içkiləri təkrar istifadə oluna bilən qablarla daşımaq həm iqtisadi, həm də ekoloji baxımdan sərfəlidir.Evdə plastik qabların əvəzinə şüşə və metal qablar istifadə etmək, həmçinin yemək və ərzaqları qablaşdırılmış plastik əvəzinə təbii materiallarla saxlamaq...

05 Fevral 2026, 14:55