Bizə yazın

Baku

-°C

USD

-

Vüqar Səfərlinin əmlaklarından birinin müsadirəsi barədə qərar ləğv olunub 

Cəmiyyət 06 Fevral 2026, 15:39

311

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərli ilə bağlı məhkəmə prosesi keçirilib.

Citypost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, Vüqar Səfərlinin əmlakı ilə bağlı onun həyat yoldaşının iddiası təmin olunub. İş üzrə maraqlı şəxs qismində tanınan Vüqar Səfərlinin həyat yoldaşının adına olan mənzilə qoyulan xüsusi müsadirə qərarı ləğv olunub, mənzilin üzərindən həbs götürülüb.

Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi üzrə aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilmiş, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Səfərli 10 il 6 ay, onunla birlikdə saxlanılan Nadir Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə digər təqsirləndirilənlər - Bünyamin İsmayılov, Ədalət Vəliyev, Namiq Hacıyev, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Şahin İbrahimov və Təhminə Yaqubovaya sınaq müddəti seçilməklə şərti cəza verilib.

Bakı Apellyasiya Məhkəməsi qərarı ilə hökm dəyişdirilmədən qüvvədə saxlanılıb. Ali Məhkəmə də hökmü qüvvədə saxlayıb.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDİA) zərərçəkmiş qismində tanınıb. (APA)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Dünyada ən...  

Dünyanın ən soyuq ölkəsi Rusiya, ən isti ölkəsi Kuveyt, ən çox əhaliyə malik ölkəsi Hindistan, əhalisi ən az olan ölkə isə Vatikandır. Dünyanın ən böyük ölkəsi Rusiya, ən kiçik ölkəsi isə yenə Vatikandır. Ən zəngin ölkə Luksenburqdur. Ən çox borcu olan ölkə isə Yaponiyadır. İnternetə ən çox bağlı olan ölkə Cənubi Koreyadır. Ən çox adası olan ölkə isə Sudandır.  Dünyada ən çox turist qəbul edən ölkə Fransa, ən çox multikultural ölkə isə Amerika Birləşmiş Ştatları hesab edilir. Dünyada ən təhlükəsiz ölkə İslandiya, ən yaşıl  ölkə isə Finlandiyadır. Dünyanın ən futuristik paytaxtına sahib ölkə Birləşmiş Ərəb Əmirlikləri, dünyanın ən uzun və...

06 Fevral 2026, 17:00

Külək güclənəcək - SARI XƏBƏRDARLIQ 

Fevralın 7-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Qobustan, Şamaxı, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Gədəbəy, Daşkəsəndə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

06 Fevral 2026, 16:35

Zakir Həsənov iranlı həmkarı ilə regional təhlükəsizliyi müzakirə ediblər 

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri briqada generalı Əziz Nəsirzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Bu barədə Citypost.az Müdafiə Nazirliyindən məlumat verilib.Görüş zamanı general-polkovnik Z.Həsənov Azərbaycanla İran arasındakı əlaqələrin çoxəsrlik zəngin tarixə malik olduğunu qeyd edib, qarşılıqlı səfərlər çərçivəsində baş tutan görüşlərin və birgə təlimlərin bu əlaqələrin daha da dərinləşməsinə töhvə verdiyini vurğulayıb.Briqada generalı Ə.Nəsirzadə ölkələr arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın digər sahələrdə olduğu kimi, hərbi sahədə daha da inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və elm sahələrində əlaqələrin cari vəziyyəti,...

06 Fevral 2026, 16:34

Əli Əsədov gömrük rüsumları ilə bağlı qərar verdi

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib."Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.Dəyişikliyə əsasən, bundan sonra bir sıra mallar, o cümlədən avtomobil benzini üçün rüsumlar ayrıca müəyyən ediləcək.Qərar 30 gündən sonra qüvvəyə minəcək.

06 Fevral 2026, 16:32

Azərbaycan  Pakistana başsağlığı verib 

Azərbaycan Xarici İşlər Nazirliyi İslamabad şəhərində məsciddə baş verən və günahsız insanların həyatına son qoyan, çoxsaylı şəxsin yaralanmasına səbəb olan dəhşətli terror aktı ilə əlaqədar Pakistan İslam Respublikasının xalqına və hökumətinə dərin hüznlə başsağlığı verib.Citypost.az xəbər verir ki, bu barədə XİN-nin "X" hesabında məlumat verilib."İbadət üçün müqəddəs bir məkanda dinc inanclı insanları hədəf alan bu iyrənc zorakılıq və terror aktını qətiyyətlə pisləyirik.Düşüncələrimiz və dualarımız həlak olanların yaxınları ilədir, yaralananlara isə tezliklə şəfa diləyirik. Azərbaycan qardaş Pakistanla həmrəy olduğunu ifadə edir və sülhə, sabitliyə, eləcə də terrorizmin bütün formalarına qarşı mübarizəyə verdiyi qəti dəstəyi bir daha təsdiqləyir"....

06 Fevral 2026, 15:47

"Aqressiyanın səbəbi təkcə məktəb deyil" – Şahin Rəcəbov açıqladı

Son günlər Azərbaycanda məktəblərdə baş verən neqativ hallar cəmiyyətdə ciddi narahatlıq yaradıb. İdrak Liseyində müəllimənin şagird tərəfindən ov tüfəngi ilə yaralanması hadisəsi bu narahatlığı daha da artırıb.Bu məsələyə münasibət bildirən “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyinin sədri Şahin Rəcəbov Citypost.az-a bildirib ki, məktəblərdə baş verən aqressiv davranışların səbəbləri yalnız təhsil müəssisələri ilə bağlı deyil. Onun sözlərinə görə, gənclərin psixoloji durumu və aqressiya formalaşmasında qlobal informasiya mühiti, sosial şəbəkələr və media məzmunu da böyük rol oynayır.“Biz gənclərdə aqressiyanın artmasını sırf məktəblə bağlaya bilmərik. Təbii ki, məktəblərdə bu hallar olur, amma ailədə də oxşar problemlər müşahidə olunur. Burada əsas məsələ tərbiyə prosesinin təlim...

06 Fevral 2026, 15:44