Bizə yazın

Baku

-°C

USD

-

Prezidentin sosial media hesablarında Münxen Təhlükəsizlik Konfransında keçirdiyi görüşlərlə bağlı paylaşım edilib 

Cəmiyyət 15 Fevral 2026, 10:31

1267

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərlə bağlı paylaşım edilib.

CİTYpOST.AZ  xəbər verir ki, paylaşımda deyilir:

"Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində görüşləri. Almaniya 13-15 fevral 2026-cı il".

Qeyd edək ki, Prezident İlham Əliyev konfrans çərçivəsində İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani, Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak, ABŞ-nin "Oracle" korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya, Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşetlə, Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas, Ukrayna Prezidenti Volodimir Zelenski və "The Goldman Sachs Group Inc." şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşlər keçirib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bəxtiyar Məmmədov yüksək vəzifəyə təyin olundu

Naxçıvan Muxtar Respublikası (MR) Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyinat olub."Report"un yerli bürosunun məlumatına görə, muxtar respublikanın Baş naziri Cabbar Musayevin aprelin 16-da imzaladığı sərəncamla Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan MR Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.Qeyd edək ki, B.İsmayılov əmək fəaliyyəti dövründə Şahbuz Rayon İcra Hakimiyyətində və Naxçıvan MR Ali Məclisində çalışıb. O, müxtəlif illərdə muxtar respublikanın Dövlət Statistika Komitəsinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəhbərlik edib....

16 Aprel 2026, 15:26

Hikmət Babaoğlu "Şöhrət" ordeni ilə təltif edilib

Hikmət Baba oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib.Citypost.az  xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.Qeyd edilib ki, o, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bu ordenlə təltif edilib.

16 Aprel 2026, 15:15

Bakıda Azərbaycan–Rusiya İşgüzar Şurasının iclası keçiriləcək 

Azərbaycanın Rusiyaya investisiyalarının həcmi 1,2 milyard dollardır.APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Zəngilan şəhərində keçirilən Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Komissiyanın 24-cü iclasında çıxışı zamanı deyib.O qeyd edib ki, bu investisiyaların əhəmiyyətli hissəsi turizm və rekreasiya sahəsinə yönəlib və bu istiqamətdə müasir sanatoriya-kurort obyektlərinin yaradılması üzrə bir sıra mühüm layihələr həyata keçirilib. Bu layihələr çərçivəsində Yessentuki, Kislovodsk və Jeleznovodsk şəhərlərində obyektlər istifadəyə verilib.Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan kapitalı Rusiyada emal sənayesində, o cümlədən Krasnodar diyarının ərzaq sektorunda da təmsil olunur.Onun sözlərinə görə, bu, iki ölkə arasında iqtisadi əməkdaşlığın getdikcə...

16 Aprel 2026, 15:10

Emin Əmrullayev Xaçmazda tədris prosesi ilə tanış olub 

Aprelin 16-da elm və təhsil naziri Emin Əmrullayev Xaçmaz şəhəri C.Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində olub.Bu barədə Citypost.az  Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, əvvəlcə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ilə birlikdə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Daha sonra sözügedən təhsil müəssisəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub, onların əziz xatirəsi ehtiramla yad edilib."Nazir məktəbdə yaradılmış şəraitlə tanış olub, sinif otaqlarında keçirilən dərs prosesini izləyib, müəllim və şagirdlərlə görüşüb. Görüş zamanı tədrisin keyfiyyəti, təhsil mühitinin təşkili və şagirdlərin bilik və bacarıqlarının inkişafı məsələləri müzakirə olunub.Sonra nazir peşə təmayüllü...

16 Aprel 2026, 15:03

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfərə gedib.Citypost.az xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşılayıblar.

16 Aprel 2026, 14:52

Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının 24-cü iclası keçirilir 

Bu gün Zəngilan şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilir.APA xəbər verir ki, iclasda Hökümətlərarası Dövlət Komissiyasının həmsədrləri – Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin sədirliyi ilə Rusiya və Azərbaycan arasında praktiki qarşılıqlı fəaliyyətin bütün aktual məsələlər kompleksi müzakirə edilir.Müzakirələrdə ticarət-iqtisadi, sənaye, enerji, nəqliyyat-logistika və aqrar-sənaye əməkdaşlığının möhkəmləndirilməsi əsas diqqət mərkəzindədir....

16 Aprel 2026, 14:37