Bizə yazın

Baku

-°C

USD

-

Xəzərdə zəlzələ olub

Cəmiyyət 04 Aprel 2026, 09:38

300

Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə  Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, 3.1 maqnitudalı zəlzələ yerli vaxtla saat 07:49-da və 74 km dərinlikdə baş verib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən zəlzələ Quba stansiyasından 69 km şimal-şərqdə, Xəzər dənizində qeydə alınıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

BDYPİ Bakıda dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.BDYPİ-dən CityPost.az-a  verilən xəbərə görə, hazırda ölkənin bəzi bölgələrində, o cümlədən paytaxtda dumanlı hava müşahidə olunur.Belə hava şəraiti yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə azaldır və bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır. Bu şəraitdə hərəkət iştirakçılarının diqqətli və məsuliyyətli davranması mühüm əhəmiyyət kəsb edir.Sürücülərə tövsiyə olunur:• Hərəkətə başlamazdan əvvəl duman faralarının və işıqlandırma sistemlərinin sazlığını yoxlayın;• Sürəti mövcud görünüş şəraitinə uyğun seçin, qəfil manevr və ötmələrdən çəkinin;• Ara məsafəni qoruyun;• Dayanma və ya qəza zamanı qəza işıqlarından və xəbərdaredici nişanlardan istifadə edin.Piyadalara tövsiyə olunur:• Yolu yalnız...

04 Aprel 2026, 09:37

“ADY Mobile” 400 min yüklənməni keçdi 

“ADY Mobile” tətbiqi 400 mindən çox yüklənmə ilə sərnişinlərin rəqəmsal seçimi olaraq populyarlığını qoruyur.Citypost.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları”nın məhsulu olan tətbiq vasitəsilə istifadəçilər qatar səfərlərini asanlıqla planlaşdıra, biletləri əldə edə və dəmir yolu ilə bağlı ən son məlumatları operativ şəkildə izləyə bilirlər.Tətbiq sərnişinlərə bütün xidmətlərə bir toxunuşla çıxış imkanı təqdim edir.

03 Aprel 2026, 17:46

Sumqayıtda Aprel şəhidlərinin xatirəsi anılıb 

Sumqayıt şəhərində Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.İcra Hakimiyyətindən Citypost.az-a verilən xəbərə görə, anım mərasimi çərçivəsində iştirakçılar Sumqayıt Şəhidlər xiyabanını ziyarət edib, Qalib əsgər abidəsinin önünə gül dəstələri düzüblər. Daha sonra Vətən uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın məzarları ziyarət olunaraq üzərlərinə tər çiçəklər qoyulub, əziz xatirələri dərin ehtiramla yad edilib.Tədbir zamanı çıxış edən Zakir Fərəcov Aprel döyüşlərinin Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində mühüm yer tutduğunu bildirib. Qeyd olunub ki, 2016-cı ilin aprel ayında düşmənin növbəti təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu...

03 Aprel 2026, 17:33

Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib 

Ədliyyə naziri Fərid Əhmədov bu gün Xaçmaz şəhərində vətəndaşları qəbul edib.Bu barədə Citypost.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.Bildirilib ki, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.Qəbulda Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarından ümumilikdə 58 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciəti dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının...

03 Aprel 2026, 17:18

Mərkəzi Bank vəzifəli şəxsi cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “CİBPay” MMC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.Citypost.az xəbər verir ki, bu barədə AMB məlumat yayıbBelə ki, tənzimləyici tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına prudensial hesabatların yanlış təqdim edilməsinə görə “CİBPay” MMC-nin vəzifəli şəxsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 439-2.4-cü maddəsinə əsasən 1 000 manat məbləğində cərimə edilib.

03 Aprel 2026, 16:38

Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir 

Terror təşkilatı yaratma, yaxud həmin təşkilata və ya onun struktur bölməsinə rəhbərlik etmə 10 ildən 14 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif olunan yeni - 214-4-cü maddədə əksini tapıb.Layihəyə əsasən, terror təşkilatına üzv olma və ya onun fəaliyyətində iştirak isə 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.Maddənin qeyd hissəsində nəzərdə tutulur ki, terror təşkilatına üzv olan və ya onun fəaliyyətində iştirak edən şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla cinayət əməllərinin qarşısının alınmasına, terror...

03 Aprel 2026, 16:12