Nazir Anar Əliyev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Cəmiyyət 08 Aprel 2026, 15:42
2805
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Nazirlikdə Mentorluq Proqramını uğurla başa çatdıran dördüncü “Yüksəliş” müsabiqəsi qalibləri Nicat Qocayev, Eyyub Fətəliyev və növbəti 1 il ərzində Mentorluq Proqramına cəlb ediləcək beşinci “Yüksəliş” müsabiqəsi qalibləri İrşad Əsgərxanlı və Qoşqar Daşdiyev ilə görüşüb.
Bu barədə Citypost.az-a ƏƏSMN-dən məlumat verilib.
Nazir “Yüksəliş” müsabiqəsinin ölkəmizdə yüksək intellektual səviyyəyə, idarəçilik keyfiyyətlərinə malik perspektivli rəhbər şəxslərin müəyyən edilərək dəstəklənməsində, Kadr Bankının yaradılmasında mühüm rolunu vurğulayıb. O, müsabiqə qaliblərinin bilik və təcrübə imkanlarını artırmaları üçün Nazirlikdə zəruri şərait yaradıldığını, Mentorluq Proqramı çərçivəsində aparılmış işləri diqqətə çatdırıb.
Nicat Qocayev, Eyyub Fətəliyev onların bilik və təcrübələrinin artırılması üçün Nazirlik tərəfindən yaradılan şəraitdən, potensiallarının inkişaf etdirilməsinə göstərilən dəstəkdən razılıqlarını bildiriblər. Müsabiqə qaliblərinin Mentorluq Proqramı üzrə fəaliyyət planlarının icrasında əldə etdikləri nailiyyətlərdən, gələcək hədəflərindən bəhs olunub.
Anar Əliyev beşinci “Yüksəliş” müsabiqəsi qaliblərinin də bilik və təcrübələrini, bacarıqlarını artırmaları üçün Mentorluq Proqramı üzrə müvafiq işlərin davam etdiriləcəyini qeyd edib, onlara tövsiyələrini verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Həmçinin oxuyun
Mentorluq proqramını uğurla başa vuran qaliblərə nazir tərəfindən tövsiyə məktubu təqdim edilib.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
TƏBİB: 8 ayda 246 mindən çox əməliyyat aparılıb
Azərbaycanda 2026-cı ilin ilk 8 ayı ərzində tibb müəssisələrinə ümumilikdə 17 466 652 müraciət qeydə alınıb və vətəndaşlara 65 269 059 milyon tibbi xidmət göstərilib.Bu barədə Citypost.az-a TƏBİB-dən məlumat verilib.Bildirilib ki, hesabat dövründə 246 572 cərrahi əməliyyat icra olunub. Gündəlik orta hesabla tibb müəssisələrinə 83 974 müraciət daxil olub.Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ölkə üzrə 8 ay ərzində ümumilikdə 1 103 705 müraciət qeydə alınıb....
13 Oktyabr 2026, 10:15
Ədalət Verdiyev: “Özünüzü başqa ölkənin maraqlarına qurban etməyin”
Ötən gün Masazır qəsəbəsində dörd avtomobili yandırmaqda şübhəli bilinən şəxslərin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanıldığı bildirildiCitypost.az xəbər verir ki, Hərbi ekspert Ədalət Verdiyev hadisə ilə bağlı fikirlərini bölüşərək avtomobillərin yandırılması ilə Azərbaycan dövlətinin zəifləyəcəyini düşünən şəxslərə müraciət edib.Ekspert bu barədə sosial şəbəkə hesabında yazıb.“Bu düşüncədə olan, yəni maşın yandırmaqla İranın Azərbaycan ərazisində söz sahibi olacağına inanan beyinsiz insanlara səslənirəm: özünüzü başqa ölkənin maraqlarına qurban etməyin.Azərbaycan dövləti maşın yandırmaqla zəifləyən deyil. Amma siz və ailəniz bir saniyəlik alışqanı maşına tutmağa görə uzun illər iztirab içində yaşayacaqsınız”, – deyə Ədalət Verdiyev bildirib.Turan...
13 Oktyabr 2026, 09:34
Jurnalist Nailə Balayevadan hicab məsələsi ilə bağlı SƏRT MESAJ
Jurnalist Nailə Balayeva Bakı məktəblərinin birində hicabla bağlı yaranan vəziyyəti işıqlandırarkən üzləşdiyi hadisə barədə məlumat verib.Citypost.az xəbər verir ki, Jurnalist bu barədə sosial şəbəkə hesabında yazıb.Nailə Balayeva bildirib ki, dünən məktəblərdən birinin qarşısında baş örtüyünü açmadıqları üçün dərsə buraxılmayan qızların valideynləri və şagirdlərlə söhbət edib, onlardan müsahibə alıblar. Məqsəd isə onların üzləşdiyi problemi işıqlandırmaq olub.Onun sözlərinə görə, söhbət başa çatmamış jurnalistləri və müsahibə verdikləri şəxsləri kənardan çəkərək görüntüləri İranla əlaqəli olduğunu iddia etdiyi Telegram kanallarına ötürüblər.“Əcəba, nədir sizin davanız? Dediyiniz kimi, uşaqlarınızı oxutmaq, yoxsa bağlı olduğunuz İranın qarşısında sadiqliyinizi və işlədiyinizi sübut etmək? Bunun rəzalətdən başqa adı varmı? Bunu kim...
13 Oktyabr 2026, 09:31
Gələcəyimizi düşünürüksə, bu qərarı dəstəkləməliyik” – Turan Etibaroğlu
Jurnalist Turan Etibaroğlu məktəbə hücum, avtomobillərin yandırılması və şüşələrin sındırılması kimi halları tənqid edib, vahid məktəbli formasının tətbiqini dəstəklədiyini bildirib.Jurnalist bu barədə sosial şəbəkə hesabında yazıb.O, qeyd edib ki, məktəbə hücum etmək, avtomobil yandırmaq və şüşələri sındırmaq heç bir etiraz mədəniyyətinə sığmır. Onun sözlərinə görə, baş verənlər qəbul edilən qərarın nə qədər doğru və vaxtında olduğunu bir daha göstərir.“Belə təhlükəli meyillərin genişlənməsinə, cəmiyyətdə xaos və aqressiya mühitinin formalaşmasına imkan vermək olmazdı”, – deyə Turan Etibaroğlu vurğulayıb.Jurnalist vahid məktəbli formasının tətbiqini sona qədər dəstəklədiyini bildirib. O qeyd edib ki, məsələ təkcə geyimdən ibarət deyil, həm də məktəb mühitində nizam-intizamın, bərabərliyin və...
13 Oktyabr 2026, 09:15
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq
Bu gün Bakının Nizami rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.Citypost.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.Məlumata görə, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun Bəkir Çobanzadə küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
13 Oktyabr 2026, 09:08
Alqış Musayev hicabla bağlı təklif irəli sürüb
YAP İdarə Heyətinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev hicabla bağlı müzakirələrə münasibət bildirib və bu məsələnin həlli ilə bağlı təklif irəli sürüb.Citypost.az xəbər verir ki , Alqış Musayev bu barədə sosial şəbəkə hesabında yazıb.O, qeyd edib ki, hicabla bağlı israr edən şəxslər üçün müəyyən şərait yaratmaq mümkündür.“Hicabla bağlı kim israr edirsə, onlara şərait yaratmaq olar. Və bu mümkündür.Məsələn, hicablı müəllimə və ya şagird məktəbə daxil olanda hicabı açır, sinif otağına bəlli məktəb formasında daxil olur, dərsdən sonra yenə örtünüb gedir.Sadə və rahat”, – deyə Alqış Musayev yazıb.Turan...
13 Oktyabr 2026, 08:45