Bizə yazın

Baku

-°C

USD

-

İmişlidə əmək yarmarkası keçirilib 

Cəmiyyət 15 Aprel 2026, 13:08

349

İmişli rayonunun Uşaq-Gənclər İdman Şahmat məktəbinin inzibati binasında Dövlət Məşğulluq Agentliyinin və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə əmək yarmarkası təşkil olunub.

"Report"un Muğan bürosunun məlumatına görə, vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən anket məlumatları qəbul edilərək nəzərdən keçirilib.

Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanılıb.

Əmək yarmarkasında 18 müəssisə üzrə 100-yə yaxın vakansiya təqdim edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

WUF13-lə bağlı poçt markaları buraxılacaq

"Azərpoçt" MMC Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) münasibəti ilə poçt markalarının buraxılmasını planlaşdırır."Report"un əldə etdiyi məlumata görə, markalar artıq hazırdır.Onlar gələn ay dövriyyəyə təqdim ediləcək.

15 Aprel 2026, 14:48

Mərkəzi Bank 3 şirkəti cərimələyib 

Mərkəzi Bank “A+CO” ASC, “DİADEM” ASC və “Ekolizinq” MMC-ni inzibati məsuliyyətə cəlb edib.Citypost.az-a bu barədə AMB-dən məlumat verib.Belə ki, tənzimləyici tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim olunması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulması səbəbi ilə “A+CO” ASC, “DİADEM” ASC və “Ekolizinq” MMC İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə uyğun olaraq hər biri 2000 manat məbləğində cərimə edilib....

15 Aprel 2026, 14:41

“AzerGold”da fövqəladə hallarda davranış qaydalarına dair tədbir keçirilib 

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin əməkdaşlarının iştirakı ilə “Fövqəladə hadisələr zamanı davranış qaydaları və xilasetmə işləri” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib.“AzerGold”dan Citypost.az verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd əməkdaşların fövqəladə hallara hazırlığın artırılması, bədbəxt hadisələrin qarşısının alınması və kollektivin təhlükəsizlik qaydaları barədə məlumatlandırılmasıdır.Təlim zamanı FHN-in mütəxəssisləri tərəfindən zəlzələ anında təhlükəsiz davranış qaydaları, dəm qazından qorunma üsulları və yanğından mühafizə kimi vacib mövzular ətrafında geniş çıxışlar edilib.Tədbirdə xilasedicilərin istifadə etdiyi müxtəlif növ fərdi mühafizə vasitələri əməkdaşlara nümayiş etdirilib, həmçinin onlardan ekstremal şəraitdə istifadə qaydaları barədə əyani məlumat verilib. Eyni zamanda, iştirakçılara ilkin xilasetmə...

15 Aprel 2026, 14:38

Tibb Universitetinə yeni mətbuat katibi təyin olundu 

Azərbaycan Tibb Universitetinin(ATU) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub.Citypost.az saytı xəbər verir ki, Universitetin rektoru, professor Gəray Gəraybəylinin əmri ilə bu vəzifəyə jurnalist Həqiqət İsabalayeva təyin edilib.Əmək fəaliyyətinə jurnalist olaraq, müxtəlif dövri mətbuat orqanlarında başlayan Həqiqət İsabalayeva bir müddət “Kaspi” gündəlik ictimai-siyasi qəzetində calışıb.Daha sonra bir cox dövlət qurumlarında, o cümlədən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində (məsul katib), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (redaktor), Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (Maarifləndirmə şöbəsinin müdiri) fəaliyyət göstərib. Təyinata qədər sonuncu iş yeri Bakı Mühəndislik Universiteti olub....

15 Aprel 2026, 14:09

Tofiq Hüseyn zirvəsi 80 !  

Şirvan şəhərinin etalon vizionu deyəndə sosial-iqtisadi, maddi-mənəvi,  siyasi-strateji anlamda bir çox tanınmış şəxsiyyətlərin adını çəkmək olar. Bu şəxslər müxtəlif dövrlərdə şəhərin inkişafında təmsil etdiyi sahədə verdiyi tövhələr və tərəqqi ilə səciyyələnir.Belə mötəbər şəxsiyyətlərdən biri, ali mənəvi dəyərləri yaradıcılığına və həyat fəaliyyətinə ehtiva edən, 1967- ci ildən Şirvan şəhərində ilk əmək fəaliyyətinə başlayan, İşıq, Hacıqabul, Həyat qəzetlərində ədəbi işçi, baş redaktor, 1997 -ci ildən Respublika qəzetində Muğan-Şirvan bölgəsi üzrə xüsusi muxbir vəzifələrində çalışaraq vətənə və millətə ömrünü həsr edən şair, publisist tərəqqi medallı, əməkdar jurnalist, 8 şeir və publisistik məqalələr kitabının müəllifi Tofiq Hüseyndir !Tofiq Hüseyn ömrünün  ədəbi qəhrəmanının bu günlərdə...

15 Aprel 2026, 13:28

Sabah hava yağışlı olacaq

Aprelin 16-da gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 8-10° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-60 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı...

15 Aprel 2026, 13:20