İTV-nin baş direktor seçkisinin tarixi bəlli olub
Cəmiyyət 15 Aprel 2026, 12:55
418
İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçkisi "İctimai televiziya və radio yayımı haqqında" qanuna əsasən bu ilin mayın sonunda keçiriləcək.
Bu barədə APA-nın sorğusuna cavab olaraq İctimai Televiziyanın Mətbuat xidmətindən məlumat verilib.
Həmçinin oxuyun
Bildirilib ki, baş direktor yalnız seçkinin nəticəsində müəyyən olunacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Tibb Universitetinə yeni mətbuat katibi təyin olundu
Azərbaycan Tibb Universitetinin(ATU) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub.Citypost.az saytı xəbər verir ki, Universitetin rektoru, professor Gəray Gəraybəylinin əmri ilə bu vəzifəyə jurnalist Həqiqət İsabalayeva təyin edilib.Əmək fəaliyyətinə jurnalist olaraq, müxtəlif dövri mətbuat orqanlarında başlayan Həqiqət İsabalayeva bir müddət “Kaspi” gündəlik ictimai-siyasi qəzetində calışıb.Daha sonra bir cox dövlət qurumlarında, o cümlədən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində (məsul katib), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (redaktor), Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (Maarifləndirmə şöbəsinin müdiri) fəaliyyət göstərib. Təyinata qədər sonuncu iş yeri Bakı Mühəndislik Universiteti olub....
15 Aprel 2026, 14:09
Tofiq Hüseyn zirvəsi 80 !
Şirvan şəhərinin etalon vizionu deyəndə sosial-iqtisadi, maddi-mənəvi, siyasi-strateji anlamda bir çox tanınmış şəxsiyyətlərin adını çəkmək olar. Bu şəxslər müxtəlif dövrlərdə şəhərin inkişafında təmsil etdiyi sahədə verdiyi tövhələr və tərəqqi ilə səciyyələnir.Belə mötəbər şəxsiyyətlərdən biri, ali mənəvi dəyərləri yaradıcılığına və həyat fəaliyyətinə ehtiva edən, 1967- ci ildən Şirvan şəhərində ilk əmək fəaliyyətinə başlayan, İşıq, Hacıqabul, Həyat qəzetlərində ədəbi işçi, baş redaktor, 1997 -ci ildən Respublika qəzetində Muğan-Şirvan bölgəsi üzrə xüsusi muxbir vəzifələrində çalışaraq vətənə və millətə ömrünü həsr edən şair, publisist tərəqqi medallı, əməkdar jurnalist, 8 şeir və publisistik məqalələr kitabının müəllifi Tofiq Hüseyndir !Tofiq Hüseyn ömrünün ədəbi qəhrəmanının bu günlərdə...
15 Aprel 2026, 13:28
Sabah hava yağışlı olacaq
Aprelin 16-da gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 8-10° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-60 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı...
15 Aprel 2026, 13:20
İmişlidə əmək yarmarkası keçirilib
İmişli rayonunun Uşaq-Gənclər İdman Şahmat məktəbinin inzibati binasında Dövlət Məşğulluq Agentliyinin və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə əmək yarmarkası təşkil olunub."Report"un Muğan bürosunun məlumatına görə, vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən anket məlumatları qəbul edilərək nəzərdən keçirilib.Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanılıb.Əmək yarmarkasında 18 müəssisə üzrə 100-yə yaxın vakansiya təqdim edilib.
15 Aprel 2026, 13:08
Azərbaycanda son aylarda 5 mindən çox şəxsə əlillik təyin olunub
Azərbaycanda bu ilin yanvar-mart ayları ərzində 11,5 min şəxsə əlillik təyin edilib.Citypost.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.Qeyd edilib ki, onlardan 5,3 min şəxsə ilkin, 6,2 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.
15 Aprel 2026, 13:00
Milli Xalça Muzeyində “Yaddaşa həkk olunan təsvir” adlı fərdi sərgi açılıb
Azərbaycan Milli Xalça Muzeyində .ART qlobal domeninin dəstəyi ilə multidisiplinar rəssam Mədinə Qasımovanın “Yaddaşa həkk olunan təsvir” adlı fərdi sərgisi açılıb.Citypost.az xəbər verir ki, tədbirdə Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər.Sərginin açılış mərasimində çıxış edən Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova qeyd edib ki, sərgidə rəssamın son beş ildə yaratdığı 28 əsər nümayiş olunur. “Muzeyin ənənəvi texnologiya şöbəsində rəssamın eskizləri əsasında toxunan beş yeni xalça ekspozisiyanın mühüm hissəsini təşkil edir. Bu əsərlər müasir obrazın tekstildə ifadə imkanlarını nümayiş etdirərək ənənəvi sənət ilə çağdaş incəsənət arasında məzmunlu dialoq yaradır. Sərgi çərçivəsində “Analar üçün çiçəklər” əsərinin dörd təcəssümü – rəngkarlıq, xalça,...
15 Aprel 2026, 12:49