Barat Yusubov həbs edilir – Milyonlar necə yeyilib?
Cəmiyyət 22 Aprel 2026, 21:58
373
Ötən gün işdən uzaqlaşdırıldığı haqda məlumat yayılan Yeni Klinikanın direktoru Barat Yusubovun cinayət məsuliyyətinə cəlb oluna biləcəyi bildirilib.
CityPost.az xəbər verir ki, özəl mənbədən daxil olan məlumata görə, buna səbəb B.Yusubovun fəaliyyəti dövründə maliyyə fırıldaqlarına bulaşmasıdır.
İddialara görə, hər şey TƏBİB-ə yeni icraçı direktor təyin edilən Anar Bayramovun qurumun sağlamlaşdırılması üçün dərhal başlatdığı şəffaflaşma prosesi ilə üzə çıxıb. Belə ki, TƏBİB-in tabeliyində olan klinika rəhbərlərinin bəzilərinin icbari tibbi sığorta vəsaitlərini talamaq üçün qarışıq bir sxem qurduğu bildirilir.
Qanunvericiliyə görə, tibbi sığorta ilə xəstələr TƏBİB-in balansında olan xəstəxanalarda müalicə edilməlidir, yalnız təcili və təxirəsalınmaz əməliyyata ehtiyacı olan xəstələr özəl klinikalara yönləndirilə bilər. Son illər tibbi sığorta vəsaitlərinin özəl klinikalara külli miqdarda yönləndirilməsi və “təcili əməliyyatlar”ın həddən artıq olması isə bu sahədə heç də hər şeyin və yaxud ümumiyyətlə heç nəyin şəffaf olmadığı təsəvvürünü yaradıb.
Anar Bayramovun TƏBİB rəhbərliyinə gəlişi ilə bütün klinikalarda yoxlamalara start verilib və bu araşdırmaların episentrinə düşən klinikaların başında isə Yeni Klinika gəlir. Çünki bu klinika birbaşa dövlət rəhbərliyinin iradəsi ilə qısa müddətdə istifadəyə verilən, ən müasir avadanlıqlarla təmin edilmiş və xəstə qəbulu və müalicəsi imkanları böyük olan səhiyyə ocağıdır.
Məlumata görə, araşdırma zamanı Yeni Klinikaya müraciət edənlər arasında çoxsaylı “təcili əməliyyat” ehtiyacı olanlar üzə çıxıb və maraqlıdır ki, onlar yalnız iki klinikaya yönləndiriliblər: Yasamal Hospital və Ege Hospital.
İşin daha maraqlı cəhəti odur ki, B.Yusubov Yeni Klinikanın direktoru təyin edilməzdən öncə Ege Hospitalın Müşahidə Şurasının sədri olub. Hazırda isə Ege Hospitala nəzarəti Barat Yusubovun həyat yoldaşı, həkim-kosmetoloq Gültəkin Qəniyeva həyata keçirir. Yəni B.Yusubov Yeni Klinikaya müraciət edən xəstələri öz nəzarətində olan özəl xəstəxanaya yönləndirib.
B.Yusubov Yasamal Hospital ilə də eyni “əməkdaşlıq” edib.
Həmçinin oxuyun
Hazırda Yasamal Hospitalda ciddi yoxlamalar aparıldığı da bildirilir.
Qeyd edək ki, məsələ yalnız bununla yekunlaşmır. Özəl klinikalara yönləndirilən xəstələrin tibbi sığorta ilə müalicəsi zamanı onlardan bütün analizlərin götürülməsi təmin edilir. Yəni xəstədən xəstəliyi üzrə deyil, tam şəkildə, kompleks analizlər alınır. Xəstə bu prosesdən tam razı qalır, çünki ondan heç bir təmənna güdmədən, sırf dövlət hesabına bütün analizlər götürülür. Əslində isə onun xəstəliyi ilə bağlı 1-2 analiz doğrudan da laboratoriyaya verilir və cavab alınır, qalan bütün “analiz nəticələri” saxtalaşdırılır, istənilən rəqəmlər yalandan yazılır. Başqa sözlə, onlarla “analizin” laboratoriyaya verildiyi bildirilir, əvəzində cəmi 1-2 doğru-dürüst laborator müayinə aparılır, qalanları isə “yeyilir”.
Bütün bunlar isə külli miqdarda vəsaitin icbari tibbi sığortadan oğurlanması və talan edilməsi, mənimsənilməsidir.
Nəzərə alın ki, söhbət ortada bir neçə yüz milyon, hətta milyardlarla ölçülən vəsaitin dövr etməsindən gedir və bu, həddən artıq böyük prosesdir.
Daha acınacaqlısı MRT aparatları ilə bağlıdır. MRT – qiyməti bir neçə milyonla ölçülən və illik yüz min dollardan çox baxım xərci tələb edən genişfunksiyalı və bahalı aparatdır. Necə olur ki, bu aparat Azərbaycanda az qala bütün dövlət və özəl klinikalarda peyda olur?
Bu böyük şəbəkədə kimlər var?
Bu barədə növbəti yazımızda…/Axar.az/
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Pərviz Hacıyev baş həkim vəzifəsindən getdi
Respublika Kliniki Uroloji Xəstəxananın baş həkimi Pərviz Hacıyev vəzifəsindən ayrılıb.CityPost.AZ xəbər verir ki, bu barədə o özü sosial şəbəkə hesabında yazıb.“RKUX-dan yenidən ayrılmaq qərarı verdim. Bu qərarı vermək asan olmadı, amma bunun üçün əsaslı səbəblərim var. Ən başlıca səbəb, hər zaman olduğu kimi, mənim üçün ən vacib olan balaca dostlarıma, xəstələrimə daha çox vaxt ayırmaq ehtiyacıdır.Bununla yanaşı, Avropa Uroloji Cəmiyyətinin Təlimat komitəsinə üzv seçilməyim səbəbilə çox oxumalı, araşdırmalı, yazmalı və bu istiqamətdə daha çox vaxt ayırmalı olduğum işlər də əhəmiyyətli dərəcədə artıb.TƏBİB və kollektivi hər dönəmdə mənə dəstək olub. Bir müddət əvvəl də öz istəyimlə ərizəmi təqdim etdim və bunu...
22 Aprel 2026, 23:21
Bakının bəzi yollarında təmir işləri həyata keçiriləcək
Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.Qeyd edilib ki, Nəriman Nərimanov prospektində (Abdulla Şaiq küçəsində yerləşən geriyədönmə hissəsindən Qurban Xəlilov küçəsi istiqamətinə qədər), Təbriz küçəsində (K.Rəhimov küçəsi ilə Həsənoğlu küçəsi arasında olan hissədə - Nərimanov metrosu istiqaməti) təmir işlərinin aparılması nəzərdə tutulur.Qeyd olunan işlərlə əlaqədar olaraq, 22 aprel saat 23:00-dan 23 aprel saat 17:00-dək göstərilən ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq."Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb....
22 Aprel 2026, 21:50
İlham Əliyevin sosial şəbəkə hesabında Edqars Rinkeviçslə görüşü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin "X"dəki hesabında dövlət başçısının Azərbaycanda rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçslə görüşü ilə bağlı paylaşım edilib.CityPost.az paylaşımı təqdim edir:Prezident İlham Əliyev Azərbaycanda rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçs ilə görüşüb. pic.twitter.com/RVRM2YUHKT— İlham Əliyev (@azpresident) April 22, 2026
22 Aprel 2026, 21:40
Cəbrayılda 100-ə yaxın vakansiya təqdim edilib
Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Cəbrayıl rayonunda növbəti əmək yarmarkası keçirilib.ƏƏSMN-dən Citypost.az-a verilən məlumata görə, aktiv məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 20 müəssisə tərəfindən növbətçi mühəndis, aqronom, nəqliyyat üzrə mütəxəssis, mexanik, elektrik montyoru, mühəndis, operator, qaynaqçı, avtokar sürücüsü, fəhlə, usta və s. peşə istiqamətləri üzrə 100-ə yaxın vakansiya təqdim edilib.Vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər barədə məlumat verilib, uyğun şəxslərin qeydiyyatı aparılıb.Tədbirdə Agentliyin Qarabağ Peşə Hazırlığı Mərkəzi də öz stendi ilə iştirak edib. İşsiz və işaxtaran şəxslərə Mərkəzdə təşkil edilən...
22 Aprel 2026, 17:52
Anar Əliyev İndoneziya səfiri ilə görüşüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi ilə görüş olub.ƏƏSMN-dən Citypost.az-a verilən məlumata görə, Azərbaycan və İndoneziya arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət əsasında inkişaf etdiyini bildirən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmək, məşğulluq, sosial müdafiə sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.2022-ci ilin dekabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İndoneziyanın İşçi Qüvvəsi Nazirliyi arasında imzalanan əməkdaşlıq sənədinə uyğun olaraq görülən işlərin Nazirliklər arasında əlaqələrin gücləndirilməsinə mühüm töhfə verdiyi vurğulanıb.İslam Əməkdaşlıq Təşkilatının mənzil qərargahı Bakı şəhərində yerləşən Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında...
22 Aprel 2026, 17:42
Hacıqabul sakinləri narkotik asılılığının yaratdığı sosial təhlükələr barədə məlumatlandırılıblar
Maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu Hacıqabul Rayon İcra Hakimiyyəti ilə birgə maarifləndirici aksiya keçirib.Bu barədə AZƏRTAC-a İşçi Qrupundan məlumat verilib.Bildirilib ki, rayon ərazisində təşkil olunan aksiya çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, “Psixotrop maddələr haqqında həqiqət”, “Marixuana haqqında həqiqət”,"Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və “Narkotiklər haqqında həqiqəti bilin” adlı yeni əyani vəsaitlər paylanılıb.Tədbir zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında, istirahət yerlərində, küçə və prospektlərdə sakinlərlə xüsusilə yeniyetmə və...
22 Aprel 2026, 17:28