Bizə yazın

Baku

-°C

USD

-

Zahid Oruc: "“Yaşıl enerji”ni qazana bilsək, neft hasilatının azalmasından narahat olmayacağıq” 

Cəmiyyət 22 Aprel 2026, 16:25

440

Milli Məclisin deputatı Zahid Oruc YAZIR:

Əgər son 280 illik milli taleyimizi şərti bir tarixi qrafik üzərində modelləşdirsək, xanlıqlar dövründən quberniya idarəçiliyinə, oradan Azərbaycan Xalq Cümhuriyyəti mərhələsinə, daha sonra sovet sisteminə və nəhayət, müstəqillik  dövrünə qədər uzanan mürəkkəb bir inkişaf trayektoriyası yerüstü hadisələr olsalar da bir yeraltı sərvətlə ayrılmaz vəhdətdə cərəyan edib. Makroskopik baxış bizə mühüm bir həqiqəti açıq şəkildə göstərir: qədim Şərqin ən mühüm və geosiyasi baxımdan həssas nöqtələrindən biri olan Azərbaycan coğrafiyasında neftin kəşfi, onun sənaye üsulu ilə hasilatı və sonrakı qlobal dövriyyəsi xalqımızın tarixi taleyi ilə paralellik təşkil edib.

Başqa sözlə desək, “coğrafiya taledir”, fikrindən daha çox, neft milli gələcəyimizi müəyyənləşdirən əsas qüvvələrdən biri olub-çarizm onu istismar edib, lakin əvəzində xalqımıza inkişaf edən sənaye və böyük kadrlar ordusu verməyib,  daha sonra ingilislərin Bakıda qurduğu diktatura yenə neftin donanmalarla daşınması ideyasına əsaslanıb, bərabərhquqlu tərəfdaş nəzəri ilə baxmayıb, müstəqil bir dövlətin quruculuğuna kğmək göstərməyib, daha sonra Lenin bolşeviklərin qarşıısna neft Bakısına sahib olmağı  tapşırıb, qarşılığını torpaqların ermənilərlə bölüşüdürülməsi ilə qaytarıb. Nəhayət, ikinci dünya müharibəsinin taleyini yenə də Abşeron yarımadasının qara qızılı müəyyənləşdirib, lakin  100 minlərlər insanın gecəli-gündüzlü 5 illik zəhmətinin mükafatını-Bakını qəhrəman şəhər elan etməyə belə qadir olmayıblar.

Amerikalı tədqiqatçı Daniel Yergin məşhur “Qənimət” əsərində göstərir ki, XX əsrin taleyi böyük ölçüdə neft uğrunda mübarizə ilə müəyyən olunub. Azərbaycan, xüsusilə Bakı nefti, qlobal enerji tarixinin mərkəzində dayanıb. Həqiqətən də bir təbii sərvət ətrafında gedən proseslər yerləşdiyimiz coğrafiyanı dünyanın hərbi-iqtisadi və siyasi cazibə paytaxtına çevirib. İkinci Dünya müharibəsi zamanı Adolf Hitler Bakını ələ keçirməyi strateji məqsəd kimi müəyyənləşdirmişdi. Onun “Edelvess əməliyyatı”nın əsas hədəfi məhz Qafqaz nefti idi. Eyni zamanda,  Çörçill neft Bakısının əhəmiyyətini “müharibənin sinir mərkəzi” kimi qiymətləndirirdi. Şarl de Qoll isə Qafqaz neftinin Avropa təhlükəsizliyi üçün həyati rol oynadığını vurğulayırdı. Tarixi faktlar sübut edir ki, Azərbaycan nefti yalnız iqtisadi resurs olmayıb – o, dünya güc balansını müəyyən edən strateji amil olub.

Statistikaya nəzər salsaq:

1846-cı ildən indiyə qədər Azərbaycanda 2 milyard tondan artıq neft hasil olunub; 

Göstərici ölkəmizi dünya enerji tarixində nadir mövqeyə çıxarır. 

Lakin indi əsas məsələ budur: biz tarixi inkişaf xəttini necə dəyişirik? İrana qarşı son iki aya yaxın davam edən qlobal savaş və gərgin geosiyasi reallıqda yeni enerji xəritəsi formalaşır. Xüsusilə, Hormuz boğazı ətrafında ikiqat embarqo və mühasirə rejimi obrazlı desək, dünya ticarətinin boğazından aslan yükə çevrilib, qlobal enerji təhlükəsizliyi üçün ciddi risklər yaradır.  Belə bir şəraitdə Azərbaycanın qarşısında yeni tarixi imkan yaranır.

Necə ki, Ulu öndər Heydər Əliyev istər sovet Azərbaycanının, eləcə də 1994-cü ildə torpaqları itirilən bir xalqın nefti uğrunda gedən müharibəni qazanaraq, bir tərəfdən regional savaşın taleyini həll etdi, digər tərəfdən gələcək ordu quruculuğu və bölgədə siyasi balansı Azərbaycanın xeyrinə həll etmək üçün imzalamağ nail olduğu “Əsrin müqaviləsi” və Baku-Tbilisi-Ceyhan xətti Xəzər neftini dünya bazarına çıxararaq, enerji xəritəsini dəyişdi, indi də Zəngəzur dəhlizi 21-ci əsrin anlaşması olaraq, qitələri birləşdirən və Hörmüz ətrafında gedən savaşın taleyinə təsir edən strateji layihəyə çevrilə bilər.

 Göründüyü kimi, bir təbii resurs və millətin taleyinin sinxronluğu mütləq şəkildə təsdiqlənir: neftin yüksəliş və eniş mərhələləri ilə dövlətçilik tariximizin dönüş nöqtələri arasında aydın  bağlılıq mövcuddur.

Vətən müharibəsində Qələbəmiz və Azərbaycanın qalib yüz ilinin başlanğıcı sadəcə siyasi təqvimin dəyişməsi deyil, həm də strateji düşüncənin, iqtisadi modelin və milli ideyanın transformasiyasıdır.  Prezident İlham Əliyevin elan etdiyi “Yeni Dövr” konsepsiyası qarşısında duran əsas sual budur: Azərbaycan post-neft mərhələsinə necə keçəcək və  keçid hansı geosiyasi nəticələr doğuracaq? Prezident İlham Əliyevin andiçmə mərasimində bəyan etdiyi Yeni Dövr idealı özündə hansı siyasi hədəfləri, iqtisadi strategiyaları daşıyır, idarəetmə və sosial həyatımızda, o cümlədən regional və beynəlxalq mənafelərimizin təminatında necə bir dəyişiklikləri gətirəcəkdir?

Suala ilkin münasibət təkcə alternativ enerjiyə keçiddən, neftə və qaza, daş kömür və tükənən digər yanacaq növlərinə tələbatı azaltmaqdan, karbon emissiyalarını sıfra endirməkdən getmir, ilk növbədə, sənaye üsulu ilə çıxarmağa başladığımız 280 illik neftin inhisarından çıxmaqdan, iki dünya müharibəsi, o cümlədən, birinci və ikinci Qarabağ savaşlarının taleyində müstəsna rol oynayan bir resursun hakimiyyətindən xilas olmaqdan gedir. 

Gəlin razılaşaq ki, bu o qədər də asan deyil. Buxar maşınları, elektrik enerjisinin kəşfi, internetin ixtirası, smart və süni texnologiyaların meydana gəlməsi kimi, qara mayenin  hökmranlığından azad olmaq, nefti əvəzləyəcək yeni resursu tapmaq Qarabağdan sonra yeni milli ideyanı formalaşdırmaq qədər müstəsna əhəmiyyətli məsələdir.

Əslində prezident yeni hərəkata-“Yaşıl Azərbaycan” hədəfi uğrunda mübarizəyə yenicə hakimiyyət birincisi olduğu dövrdən  başlayıb, 20-dən artıq fərman, sərəncam, dövlət proqramı və qərar qəbul olunub, lakin ölkə başçısının xüsusilə də 2010-cu ildən sonrakı çıxışlarına, o cümlədən qərarlarına baxsanız, əsas dövlət kursunun mühüm bir sahəsinin məhz bərpa olunan enerjiyə yönəldiyini görəcəksiniz. Lakin o zamankı cəhdlər həmin siyasəti reallaşdırmağa məsul olan şəxslərin məsuliyyəti ucbatından o qədər də arzuolunan nəticələri verməyib və biz günəşə-küləyə açılan panelləri-qurğuları yol kənarında qeyri-işlək vəziyyətdə görəndə onlara ekzotik əşyalar kimi baxmışıq, narahatlıq və itki hissi keçirməmişik. 

İndi daha böyük siyasi iradə ortaya qoyulub və dövlətimizin Qarabağ savaşından sonra qlobal ekoloji tədbiri qazanması böyük siyasi uğur olmaqla yanaşı, həm də tarixi fürsətdir. Ona görə də Yeni Dövrün sualı belədir:”biz neftin dominant rolundan imtina edə bilərikmi, yəni süni intellekt kimi yaşıl enerjiyə keçid təkcə yeraltı sərvətləri qorumaq deyil, həm də son 300 illik taleyimizi dəyişdirmək deməkdir. Nəinki büdcə gəlirləri, ixracda payına görə, o cümlədən, gerçək həyatımızın əsas nüvəsi, mövcudluq cövhəri, ədəbi-bədii energetika və daxili mənəvi mühərrikimiz neft olub. 

İndi biz mədəniyyət və incəsənət adamlarını, fikir və ideya təmsilçilərini yeraltı sərvətlərdən göylərdəki enerji qatlarına, hava mədənlərinə qaldırmağı bacarmalıyıq ki, onlar Günəşi və küləyi təkcə təbiət-kainat və atmosfer hadisəsi saymasınlar, həm də tükənməz enerji mənbəyi, transformasiyası və ekoloji inqilabın əsas nüvəsi hesab etsinlər. 

Neft olduğu üçün orta illik temperaturu yüksək olan bir xalq göydə Günəşi və Bakı küləyini tükənməz sərvətə çevirə bilməyib. Son 30 ildə keçdiyimiz iqtisadi yol-Əsrin neft müqaviləsindən Əsrin Qələbəsinə gəldiik, 8 noyabr Zəfər və 20 sentyabr Suverenlik günü də məhz ekohərəkatla  başladığını yaxşı bilirik. Qarabağ müharibəsi, 1988-ci ildə Topxana meşəsi ilə başlayan nifaq Ocağı, 2022-ci ilin12 dekabr soyuq qış günlərində Xankəndi yoluna xüsusi təyinatla çıxan dinc ekoaksiyaçıların sülh Ocağı ilə yekunlaşdı və qələbəmizlə bitdi. Bu təkcə rəmzi və simvolik hadisə deyil, ana təbiətin də ilahi ədaləti idi. Bərpa olunan bütövlük, həm də müqəddəs torpaqlarımızın, onun üzərindəki canlı aləmin və bizi diri saxlayan atmosferin də azadlğı idi. 

Son 20 ildə Qarabağı təmsil edən bir parlament üzvü kimi elmi əsaslara söykənərək deyə bilərik ki, ərazilərimizin işğaldan azad olunması Bərdədən Ağdama, Goranboydan Kəlbəcərə, Tərtərdən Xankəndi və Şuşayadək təkcə yolların açılması, çayların və su hövzələrinin qovuşması deyil, eləcə də hava axınlarının, yağışın, küləyin və günəşin bütün ərazilərimiz boyunca tam dövr etməsinə səbəb olub. Ona görə də ölkə rəhbərinin Yeni dövrü ilk növbədə, “Yaşıl Azərbaycan” deməkdir. Əgər Ulu öndər Heydər Əliyev 1994-cü ildə “Əsrin neft müqaviləsi”ni imzaladısa, İlham Əliyev yeni yüz ilin “Yaşıl enerji kontraktları”nı həyata keçirir. Ona görə də Qələbəmizin birinci müəllifi neft savaşını qazanan Ulu öndərdir. Lakin Zəfər hərəkatı davam edir.

Əgər biz “Yaşıl enerji”ni qazana bilsək, neft hasilatının azalmasından narahat olmayacağıq, Xəzəri dünya ilə birləşdirən kəmərləri alternativ enerji ilə təchiz edə biləcəyik. İndi yalnız neft-qaz müqavilələri ölkəmizin iqtisadi-siyasi təhlükəsiziyinin qarantıdırsa, “Yaşıl enerji” dəhlizini qura bilsək, 2030-cu ilədək “yaşıl artım”a nail olunacağına, o zaman Zəngəzur dəhlizi ilə Yaşıl Enerji ixrac kəmərlərinin çəkilməsinin mümkün olacağına inanırıq. Tam real bir perspektivdən bəhs edirik. O zaman “Orta dəhliz” strategiyası öz həllini tapacaq. 

Sonda bir fikri xüsusi vurğulamaq istərdik: əsl enerji təkcə yerin altında və Göylərdə deyil, insanların ideallarında, iradəsində və birliyindədir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Cəbrayılda 100-ə yaxın vakansiya təqdim edilib 

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Cəbrayıl rayonunda növbəti əmək yarmarkası keçirilib.ƏƏSMN-dən Citypost.az-a verilən məlumata görə, aktiv məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 20 müəssisə tərəfindən növbətçi mühəndis, aqronom, nəqliyyat üzrə mütəxəssis, mexanik, elektrik montyoru, mühəndis, operator, qaynaqçı, avtokar sürücüsü, fəhlə, usta və s. peşə istiqamətləri üzrə 100-ə yaxın vakansiya təqdim edilib.Vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər barədə məlumat verilib, uyğun şəxslərin qeydiyyatı aparılıb.Tədbirdə Agentliyin Qarabağ Peşə Hazırlığı Mərkəzi də öz stendi ilə iştirak edib. İşsiz və işaxtaran şəxslərə Mərkəzdə təşkil edilən...

22 Aprel 2026, 17:52

Anar Əliyev İndoneziya səfiri ilə görüşüb 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi ilə görüş olub.ƏƏSMN-dən Citypost.az-a verilən məlumata görə, Azərbaycan və İndoneziya arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət əsasında inkişaf etdiyini bildirən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmək, məşğulluq, sosial müdafiə sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.2022-ci ilin dekabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İndoneziyanın İşçi Qüvvəsi Nazirliyi arasında imzalanan əməkdaşlıq sənədinə uyğun olaraq görülən işlərin Nazirliklər arasında əlaqələrin gücləndirilməsinə mühüm töhfə verdiyi vurğulanıb.İslam Əməkdaşlıq Təşkilatının mənzil qərargahı Bakı şəhərində yerləşən Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında...

22 Aprel 2026, 17:42

Hacıqabul sakinləri narkotik asılılığının yaratdığı sosial təhlükələr barədə məlumatlandırılıblar 

Maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu Hacıqabul Rayon İcra Hakimiyyəti ilə birgə maarifləndirici aksiya keçirib.Bu barədə AZƏRTAC-a İşçi Qrupundan məlumat verilib.Bildirilib ki, rayon ərazisində təşkil olunan aksiya çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, “Psixotrop maddələr haqqında həqiqət”, “Marixuana haqqında həqiqət”,"Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və “Narkotiklər haqqında həqiqəti bilin” adlı yeni əyani vəsaitlər paylanılıb.Tədbir zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında, istirahət yerlərində, küçə və prospektlərdə sakinlərlə xüsusilə yeniyetmə və...

22 Aprel 2026, 17:28

"Kontakt Home"da qanun pozuntuları aşkarlandı 

"Kontakt Home" mağazalar şəbəkəsinin fəaliyyətində qanun pozuntuları aşkarlanıb.Citypost.az xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.Məlumata görə, Agentlik mağazalar şəbəkəsinin sahibi olan "ABC-Telecom" MMC-də rəqabət qanunvericiliyinin pozulması hallarına dair araşdırma aparıb və reklam fəaliyyəti ilə bağlı bir sıra pozuntular aşkar edib. Belə ki, reklamı qadağan olunmuş məhsul, texnika və xidmətlərin təşviq edilməsi, eləcə də reklam yayımının qanunla müəyyən edilmiş qayda və tələblərinə əməl olunmaması halları müəyyən olunub.Bununla yanaşı, 2026-cı il üzrə reklam haqqında qanunvericiliyin pozulması ilə əlaqədar inzibati xəta haqqında protokollar da tərtib olunub.Faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi nəzərdə tutulur....

22 Aprel 2026, 17:08

Sumqayıtda 10 mindən çox abonentin suyu kəsiləcək 

Sumqayıt şəhərində 12 min abonentin içməli su təchizatında müvəqqəti məhdudiyyət olacaq.Sumqayıt Sukanal İdarəsindən Citypost.az-a bildirilib ki, şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar aprelin 22-də saat 21:00-dan etibarən səhər saatlarınadək suyun verilişi dayandırılacaq.Bildirilib ki, fasilə 48, 50, 51, 53-cü məhəllələri, 16 və 17-ci mikrorayonların beşmərtəbəli binaları, 18-ci mikrorayon, eləcə də Corat qəsəbəsinin bəzi hissələrini - ümumilikdə 12 minə yaxın abonent - əhatə edəcək.Təmir işləri başa çatdıqdan sonra suyun verilişi mərhələli şəkildə bərpa olunacaq....

22 Aprel 2026, 17:08

Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun bir hissəsində təmir işləri aparılacaq 

Aprelin 24-ü saat 07:00-dan 30 aprel saat 24:00-dək Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun 0–8 km hissəsində təmir işləri aparılacaq.Citypost.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.Bildirilib ki, təmir müddəti ərzində qeyd olunan hissədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq."Bu səbəbdən, nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq Muğanlı–Ağsu–Qaraməryəm–İsmayıllı marşrutu üzrə təmin ediləcək. Bağlanan ərazi boyunca yerləşən yaşayış məntəqələrinə vətəndaşların gediş-gəlişi üçün təmir aparılan hissədən təhlükəsiz keçid təmin olunacaq. Sürücülərdən xahiş olunur ki, qeyd olunan tarixlərdə hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən planlama aparsınlar və alternativ yollardan istifadə etsinlər", - məlumatda qeyd olunub....

22 Aprel 2026, 17:05