TƏBİB-də yarpaq tökümü - Növbə Şahin Qurbanova çatır
Cəmiyyət 22 Aprel 2026, 15:27
4864
İmişli rayon Mərkəzi Xəstəxanasının direktoru Şahin Qurbanovun yarıtmaz fəaliyyətinə dair yerli mətbuatda zaman-zaman xəbərlər yer almaqdadır. TƏBİB-in sabiq icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edilən kimi bir vaxtlar “ağsaqqalım” dediyi, onu vəzifəyə gətirən adamı Şahin Qurbanov “əyyaş”, “içki düşkünü” adlandırdı. Ona içki məclisləri təşkil etdiyi halda “indiyədək onunla bir stəkan çay da içməmişəm” deyərək dostluq münasibətlərini inkar etdi.
Anar Bayramov TƏBİB-ə yeni icraçı direktor təyin edilən kimi Şahin Qurbanov utanmadan onunla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində bir yerdə çalışdığını əsas gətirib “Anar müəllim öz adamımızdır” ifadəsini işlətdi. Böyük filosof Diogen yazırdı ki,kiçik yerlərə gəlmiş böyük insanlardan çəkinməyin.Birdən-birə kiminsə hesabına böyük mətləblərə nail olmuş kiçik adamlardan qorxun.
Ən ağrılısı isə odur ki, gözdən uzaq, könüldən iraq İmişlidə səhiyyə artıq yerlə sürünür. Burada səhiyyə taqətini itirib yerə yıxılan, sanki son günlərini yaşayan insana bənzəyir. İmişlidə səhiyyəni belə duruma salan isə TƏBİB-in sabiq icraçı direktorunun yaxın dostu olmuş Şahin Qurbanovdur. Rayonda səhiyyə işçiləri arasında dolaşan söz-söhbətə görə Şahin Qurbanov 2 diş həkimindən ştatda saxlamaq üçün ayrı-ayrılıqda xeyli miqdarda pul alıb. Burada mühafizəçidən tutmuş tibb bacısına qədər işə düzəlmək üçün hər vəzifəyə görə qiymətlər dəyişir. Məhz, bunun nəticəsidir ki, Şahin Qurbanov bahalı avtomobil idarə edir,dəbdəbəli ömür yaşayır. Xəstəxana direktoru təyin ediləndən sonra Bakıda iki yerdə yeni tikilidə geniş mənzil alıb. İmişlidə “Nərgizim” əyləncə və hotel kompleksində günü 50 manata yaşamaqla lüks həyat keçirir. Yerli sakinlər hesab edirlər ki,onu da keçmiş icra başçısı Vilyam Hacıyevin taleyi gözləyir.
TƏBİB-ə Anar Bayramov yeni icraçı direktor təyin edildikdən sonra burada əsl yarpaq tökümü başlayıb. 15.000 manat əmək haqqı alan 6 müşavirini işdən çıxaran TƏBİB rəhbəri xəstəxana direktorlarına da nəzər salmaqla əncam çəkmək qərarına gəlib deyəsən. Hədəfə ilk tuş gələn direktor isə “Yeni Klinika”nın rəhbəri Barat Yusifov,ardınca isə Klinik Mərkəzin direktoru Könül Ələkbərov,Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova oldu. Maraqlıdır İmişli Mərkəzi Xəstəxanasını özəl obyektdə çevirmiş TƏBİB rəhbərini “öz adamı” adlandıran Şahin Qurbanovun növbəsi bəs nə vaxt yetişəcək görəsən?
Həmçinin oxuyun
Belə ki, İmişli Mərkəzi Xəstəxanasına sığorta ilə müraciət edən şəxslərə “sığortanın pulu 3 aya köçür, siz “şapka” verməlisiniz” deyirlər. Hansı ki, o pul da həkimlərə çatır və nəticədə sığortadan gələn bonus həkimlərə verilmir, şifahi razılaşmaya əsasən direktor Şahin Qurbanovun cibinə axır.
Burada hamilə qadınların qarşılaşdığı mənzərə isə daha qorxunc və acınacaqlıdır. Xəstəxanaya doğuş üçün müraciət edən, ana olmağa hazırlaşanlara əvvəlcə 7-8 nəfərin bir yerdə qaldığı palatanı göstərib vahimə yaradaraq canlarına qorxu salandan sonra lüks otaqları təqdim edirlər. Rahatlığa üstünlük verən bu biçarə doğuş gözləyən xəstələr 70 manatdan 100 manatadək olan tək adamlıq palataları ödəniş etməklə götürüb ödənişsiz olan dövlət xəstəxanasının xidmətlərindən dolayısı yolla pulla istifadə etmək məcburiyyətində qalırlar. Bir sözlə, İmişli Mərkəzi Xəstəxanasında tibbi sığorta kağız üzərində gözəl görsənir, vətəndaş isə bu xidmətdən yararlanarkən çətinliklə üzləşir.
İmişli Mərkəzi Xəstəxanasının direktoru Şahin Qurbanov Citypost.az-a məxsus şəhər və mobil telefon nömrələrini bilərəkdən blokladığı üçün əldə etdiyimiz məlumatları dəqiqləşdirmək cəhdlərimiz uğursuz oldu. Xəstəxananın baş həkimi Rafiq Quliyev isə bizimlə hədsiz dərəcədə kobud rəftar edərək “suallarınıza cavab vermirik, nə istəyirsiniz edin, nə istəyirsiniz gedin yazın” ifadəsini işlətdi.
Bir daha İmişli Mərkəzi Xəstəxanasının direktoru Şahin Qurbanovun və baş həkim Rafiq Quliyevin nəzərinə çatdırırıq ki, jurnalistin peşə fəaliyyətinə mane olmaq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 163-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət məsuliyyəti yaradır.
Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Kontakt Home"da qanun pozuntuları aşkarlandı
"Kontakt Home" mağazalar şəbəkəsinin fəaliyyətində qanun pozuntuları aşkarlanıb.Citypost.az xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.Məlumata görə, Agentlik mağazalar şəbəkəsinin sahibi olan "ABC-Telecom" MMC-də rəqabət qanunvericiliyinin pozulması hallarına dair araşdırma aparıb və reklam fəaliyyəti ilə bağlı bir sıra pozuntular aşkar edib. Belə ki, reklamı qadağan olunmuş məhsul, texnika və xidmətlərin təşviq edilməsi, eləcə də reklam yayımının qanunla müəyyən edilmiş qayda və tələblərinə əməl olunmaması halları müəyyən olunub.Bununla yanaşı, 2026-cı il üzrə reklam haqqında qanunvericiliyin pozulması ilə əlaqədar inzibati xəta haqqında protokollar da tərtib olunub.Faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi nəzərdə tutulur....
22 Aprel 2026, 17:08
Sumqayıtda 10 mindən çox abonentin suyu kəsiləcək
Sumqayıt şəhərində 12 min abonentin içməli su təchizatında müvəqqəti məhdudiyyət olacaq.Sumqayıt Sukanal İdarəsindən Citypost.az-a bildirilib ki, şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar aprelin 22-də saat 21:00-dan etibarən səhər saatlarınadək suyun verilişi dayandırılacaq.Bildirilib ki, fasilə 48, 50, 51, 53-cü məhəllələri, 16 və 17-ci mikrorayonların beşmərtəbəli binaları, 18-ci mikrorayon, eləcə də Corat qəsəbəsinin bəzi hissələrini - ümumilikdə 12 minə yaxın abonent - əhatə edəcək.Təmir işləri başa çatdıqdan sonra suyun verilişi mərhələli şəkildə bərpa olunacaq....
22 Aprel 2026, 17:08
Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun bir hissəsində təmir işləri aparılacaq
Aprelin 24-ü saat 07:00-dan 30 aprel saat 24:00-dək Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun 0–8 km hissəsində təmir işləri aparılacaq.Citypost.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.Bildirilib ki, təmir müddəti ərzində qeyd olunan hissədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq."Bu səbəbdən, nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq Muğanlı–Ağsu–Qaraməryəm–İsmayıllı marşrutu üzrə təmin ediləcək. Bağlanan ərazi boyunca yerləşən yaşayış məntəqələrinə vətəndaşların gediş-gəlişi üçün təmir aparılan hissədən təhlükəsiz keçid təmin olunacaq. Sürücülərdən xahiş olunur ki, qeyd olunan tarixlərdə hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən planlama aparsınlar və alternativ yollardan istifadə etsinlər", - məlumatda qeyd olunub....
22 Aprel 2026, 17:05
Gəncədə fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncə şəhərində yerləşən “Kəpəz-Bazar” ASC-yə məxsus ərzaq məhsullarının satışı bazarında plandankənar yoxlama keçiriblər.AQTA-nın İnformasiya təminatı və innovatov həllər şöbəsindən Citypost.az-a verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulduğu məlum olub. Bazar ərazisində süd və süd məhsullarının, ət və ət məhsullarının açıq hava şəraitində antisanitar vəziyyətdə satıldığı və baytarlıq müşayiətedici sənədlərinin olmadığı, meyvə-tərəvəz və bitkiçilik məhsullarının satışının sanitar-gigiyenik normalara cavab verməyən yerlərdə həyata keçirildiyi, avadanlıqların, qida ilə təmasda olan piştaxtaların və rəflərin korroziyaya uğradığı, müvafiq təmizlik işlərinin aparılmadığı, çalışan şəxslərin gigiyena qaydalarına ciddi əməl etmədiyi aşkarlanıb. Bazarın...
22 Aprel 2026, 17:00
AYNA: Metropolitendə baş verən texniki insidentlə bağlı avtobusların sayı artırılıb
Aprelin 21-də Bakı Metropolitenində yaranan texniki insident səbəbindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib.Bu barədə Citypost.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.Belə ki, Agentlik tərəfindən daşıyıcılara xətlərə əlavə nəqliyyat vasitələrinin buraxılması ilə bağlı tapşırıq verilib. Bu çərçivədə metro xətləri üzrə fəaliyyət göstərən bütün şəhərdaxili marşrutlara əlavə avtobuslar cəlb olunub.Sərnişin axınının tənzimlənməsi məqsədilə metro üzrə daşımaları əvəz edə biləcək marşrutlar üzrə avtobusların sayı artırılır ki, bu da gözləmə intervalının azalmasına, sərnişinlərin daha rahat və vaxtında mənzil başına çatmasına imkan yaradır.Bu səbəbdən xüsusilə sərnişin sıxlığının müşahidə olunduğu metronun “Elmlər Akademiyası”, "Nizami", “28 May”, "Gənclik", “20 Yanvar”, “Nəriman...
22 Aprel 2026, 16:55
Kibercinayətkarlıqda ittiham olunan şəxsə hökm oxunub
Azərbaycanda kibercinayətkarlıqda ittiham olunaraq həbs edilən Vaysero Aleksandr Vladimiroviçın məhkəmə prosesi keçirilib.APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib. O, Aleksandr Vayseronun 5 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.Məhkəmədə hökm oxunub. Hökmə əsasən, A.Vaysero 4 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, Aleksandr Vaysero Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkatlıqla Mübarizə Baş İdarəsi tərəfindən tutularaq istintaqa cəlb edilib.İttihama görə, o, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxslə birgə cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırıb.O, ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz...
22 Aprel 2026, 16:53